QAZİLƏR BİRLİYİ VƏ MÜHARİBƏ HƏQİQƏTLƏRİ.

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

QAZİLƏR BİRLİYİ VƏ MÜHARİBƏ HƏQİQƏTLƏRİ.

#1 Сообщение Nazim Bayram » 13 янв 2015, 18:27

Qarabağ müharibəsi iştirakçılarının birliyi ilk növbədə Qarabağın gələcəkdə azadlığına yönəlmiş arzu və istəkləridi.
Bəzilərimiz buna mütləq şərt kimi baxır və birliyin yaranmasını və yaşamasını veteran borcumuz hesab edirik.

Qarabağın azad olunmasının bir şərti də məğlubiyət tariximizdən ibrətlər almaqdı. Bunun üçün keçən müharibənin tarixi yaxşı öyrənilməlidi. Qarabağ müharibəsinin tarixcəsini müxtəlif səviyələrdə araşdıranlar isə müəyyən ziddiyətli məqamlara rast gəlirlər.
Ziddiyətlər və eyni müharibə epizodunun müxtəlif versiyaları başqa müharibələrin tarixində də olub. Marşal və generalların xatirələrində də belə şeylərə rast gəlmək olar. Lakin belə ziddiyatların arxasında mexaniki səhv, səmimi yanılmalar durur, həqiqətin əyilməsində, təhrif olunmasında şəxsi maraqlar durmayıb. Buna görə həqiqət tam aydınlaşandan sonra, onunla razılaşırlar.
Bizdə isə, təəsüf ki, həm səmimi yanılmalar münasibətləri pisləşdirir, həm arxasında barışmaz siyasi ziddiyətlər və maraqlar duran müharibə tarixinin müxtəlif versiyaları mövcuddu, müxtəlif insanların(liderlərin, siyasətçilərin, komandirlərin) müharibədəki rollarına müxtəlif, bəzən bir birini kökündən inkar edən, qiymətlər verilir. Belə hallar qazilərin birliyi mümkünsüz edir, məsələni birlik ya həqiqət dileması qarşısında qoyur.

Hörmətli qazilər, forum iştirakçıları. Qazilərin birliyi və Qarabağ müharibəsi həqiqətləri qarşılıqlı təsiri və bunları necə uzlaşdıraq barəsində ümumi dərdimiz kimi sakit başla düşünmək və müzakirə etmək üçün bu mövzunu açmağı lazım bildim.

Ayrıca qeyd edim ki, Vətən uğrunda gedən döyüşlərdə düşmən gülləsinə sinə gərən oğullarını bir çox siyasilərdən daha üstün, daha vətənpərvər və söz sahibi vətəndaş hesab edirəm.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: QAZİLƏR BİRLİYİ VƏ MÜHARİBƏ HƏQİQƏTLƏRİ.

#2 Сообщение mirotvores70 » 14 янв 2015, 10:43

Salam Qazilər. Hörmətli Nazim-bu mövzunu acmaq ücün sizə təşəkkür edirəm.
Həqiqətləri bütün Qazilər bilir.
Lakin gəlin bu həqiqətlərə bir fərqli prizmadan baxaq. Bu günlərdə artıq reallıq və bir növ dəbə cevrilib ki,sosial şəbəkələrdə Qazilər,bu və ya digər Qarabağ birincı savaşının hansısa əməliyyatını rəhgli başlıq altında və mənim gəldiyim qənaətə görə"sifarişli" halda yerləşdirirlər. Bir cox zaman bu işi görən insanların Qarabağ və Qarabağ savaşı haqda hec bir elmi və bilgisi olmur. Elm sözün mən boşdan yazmadım.Hər bir müharibə-bir hərb elmidir. Bu elmdə alimlər,müəllimlər pis və yaşı şagordlər olub və olacaq da.Bu labüddür. Bu bir cərrahi əməliyyata bənzər ki,yaxşı elm görmüş cərrah xəstəni həyata qaytarar-pis cərrah isə onu məhf edər. Burada isə biz cox zaman "pis şagird və naşı cərrahlarla" üz-üzə qalmaq zəruriyyətindəyik.Bildiyiniz kimi "Qazi" deyilən məxluqlar-müharibəni ona berilmiş və hec zaman yenidən təkrar olmayacaq həyatında yaşamış insanlardır.Mən deyərdim ki, həyatını ,sağlamlığını,vasitələrini,əmlakını və ən sonda həyatda yaşam ücün ən ümdə məsələ olan ANA VƏTƏN ƏRAZİSİNİ itirmiş insanlardır. Fərqli dünya görüşlü,fərqli tərbiyəli,fərqli anlamlı və fərqli sağlamlığa malik insanlardır. Buradan da həqiqətlər prizması dəyişir. Düzdür hamının qəbul elədiyi ümumi həqiqət mövcuddur. Bunlar aparılan döyüş əməliyyatlarının uğurlu və uğursuzluğu,komandir bə batalyon liderlərinin hərəkəti ,döyüşcülərin vasitələrdən düzgün və yaxud səhf istifadəsi və s. Bunlar ümumən analiz olunub və yekdil fikr formalaşıb. Hərdən müzakirələrdə hyuanslar olsa belə.Bu normaldır. Baxış prizması fərqli ola bilir. Məsələn(burada hec kimi dəqiq misal gətirmirəm): Mənim görüntümə görə,Yaqub Rzayev müharibə aparan və apara bilən komandir deyildi. Onun bu işdə nə səriştəsi,nə təcrübəsi,nə də elmi vardı. O zamanki fikirlərimə görə(Allah Rəhmət Eləsin-dünyadan gedənin arxasınca pis danışmırlar-mən də bundan uzağam-sadəcə məsəl gətirirəm) bi insan və onun ətrafındakı əmr verə biləcək insanlar sadə Maxno bandası idilər. Lakin yenə də deyirəm-bu sırf mənim baxış prizmamdı. Yaqub Rzayevin ətrafında olan döyüşcülərin isə özünün baxış prizması var. Onlar görə isə mənim xidmət etdiyim DQ nı serjant,hec bir hərbi elmi olmayan və adı müəmmalı əməliyyatlarda hallanan Fəhmin Hacıyev idarə edir,onun zabitləri də onun günündədir və burnu fırtıxlı uşaqları ölümə göndərir. Bəli baxış prizması fərqlidir və yanaşma da.Bu normaldır.Cün mən Yaqub Rzayevi olsa-olsa 3-4 dəfə təmasda olmuşam və 1-2 müştərək əməliyyatımız olub. Belə zamanda insana və onun əməlinə qiymət vermək ücün psixoloq olmaq lazımdır-o zaman isə hec kim psixoloq deyildi. Bu məlum. Həqiqət və fərqli baxışla anlaşdıq.
Kecək başqa məsələyə-araşdırılma mə araşdıranlara.Yuxarıda qeyd elədiyim kimi-bunlar fərqli məqsədli insanlardır. Burada bir cox məqsədlər var. Araşdırma aparanların bir qismi-o zamankı əməliyyatların səhf təqdimini,səhf analizini və bundan əmələ gələn haqsızlıqları özündə və ətrafında olan Qazilər vasitəsi ilə analiz edib dəqiq həqiqəti üzə cıxartmaq,yetişən nəsilə Qazilərin əzab və əziyyətlərini aşılamaq,buradan da gələcək nəsillərə Qazilər və Qarabağ müharibəsinin həqiqi və qərəzsiz xronologiyasını təqdimj eləmək.
Bir başqa toplum isə bu araşdırmaları-23 il ərzində olmayan və buna indi tendensiya yarandığı halda-Qazilərin birlik,qütbləşmədən qacma amilinə əks təsir göstərmək,onların arasında"bazar razborkası" acmaqla sonu yumruqlaşmaya sürükləmək və pozuculuqla məşqul olmaqdır. Buna elmdə "ideoloji müharibə" yaxud "pozuculuq əməlləri" deyirlər.Pafoslu cıxsa belə,belə tendensiyalar var.
Baxaq-yuxarıda qeyd elədiyim kimi,müharibə,onun tarixindən,onun taktikası və aparılma xronologiyasından xəbəri olmayan insanlar-"araşdırmacı" adı altında ortaya düşür,debatlar,görüşmələr,höcətləşmələr,qarşılıqlı ittihamlar irəli sürür və "Qaziləri" güya buna rəy bildirməyə dəvət edirlər. İlk görüntüdə burada hec bir şey yoxdur. Lakin buna rus dilində "промывка мозгов"," принуждения действиям" deyirlər. Bəli Qazilərin bir coxunun fərqli baxışları olduğunu və bir coxunun da əsəblə problemi olduğunu bilən bu insanlar,bilərəkdən onları cəlb edir-sonda isə yenidən Qaziləri ağızlaşmaqda,höcətləşməkdə günahkar cıxarırlar. Cox zaman da bu cür mənfur araşdırmaları,güya " vətənpərvər olduqlarından","həqiqəti işıqlandırmaq arzusundan və təmənnasız " etdiklərini vurğulayırlar. Bu obıvatel ücün belədir. Lakin gəlin fikirləşək. Dünyada yaşamın bahalaşdığı,yaşamın əziyyətləşdiyi bir zamanda bu insanlar hansı vəsait hesabına,hansı resurs hesabına günlərlə-aylarla kompyuter arxasında oturaraq bu işləri görür?
Bax bu zaman məlum olur ki-kənardan barmaq var.Bu barmağın da məqsədi coxşaxəlidir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Yaxın Tariximiz»