DAŞALTI ƏMƏLİYYATI

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

DAŞALTI ƏMƏLİYYATI

#1 Сообщение qaqali01 » 15 янв 2015, 19:19

Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. [1]



Kəndin panoraması. Yuxarıdakı qayalıq üzərində Şuşa şəhəri yerləşir
1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyatı keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi, bununla əlaqədar olaraq, əməliyyata rəhbərliyi Azərbaycanın müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü həyata keçirirdi. 19 yanvar 1992-ci ildə T.Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin Musayevə növbəti göstərişlərini verir: Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək; kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək: bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi: iki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı, daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, guya onu tapa bilmədilər, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.

Şuşaya gələn Tacəddin Mehdiyev Şuşa milisinin müdiri Vahid Bayramovla müşavirə keçirdi. Müşavirədə şəhərin ətrafındakı vəziyyət müzakirə edilirdi. Şəhərin müdafiəsi çox pis təşkil edilmişdi. Gecə nəzarət buraxılış məntəqələri və müşahidə postları çox vaxt qoyulmurdu. Bəzi silahlar qorunmurdu. Şəhərin küçələrində çoxlu silahlı insan gəzirdi. Vahid komandanlıq yox idi, hər dəstə öz-özlüyündə idi. Dəstələrdə və bölmələrdə çox aşağı intizam vardı. Milli ordunun Şuşa batalyonunun heyət sayı 385 nəfər hərbi qulluqçu təşkil etməsinə baxmayaraq, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlmişdi. Tacəddin Mehdiyev batalyonu tam olaraq bir yerə yığmağa cəhd etsə də, onun cəhdləri bir nəticə vermədi. Gecə vaxtı Şuşa şəhəri Topxana adlanan yerdən ermənilər tərəfindən atəşə tutulan vaxtı Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan podpolkovnik Riad Əhmədov ilə birgə Topxanada kəşfiyyat keçirmişdi. Onlar burada düşmənin atəş nöqtələrini təyin etmişdilər. Riad Əhmədov bu atəş nöqtələrinin susdurulması üçün əməliyyat keçirməyi təklif etdi. Səhər T.Mehdiyev Vahid Bayramovla müşavirə keçirdi. Müşavirə zamanı general Vahid Bayramovdan yerli əhali içindən 4 bələdçi ayırmağı xahiş etdi. Onlar gecə vaxtı rəqibin atəş nöqtələrinə qədər bizim kəşfiyyat-diversiya qrupumuzu keçirməli idilər. V.Bayramov 4 nəfər ayırdı. Riad Əhmədov, Riad Əhmədovun bölməsindən olan bir neçə zabit, bu dörd nəfər bələdçi və T.Mehdiyev birlikdə qarşıdakı əməliyyatın detalları müzakirə etdilər. Sonra bələdçilər onları evə paltarını dəyişmək üçün buraxılmalarını xahiş etdilər. Ancaq təyin olunmuş vaxtda yalnız iki bələdçi qayıtdı. Mehdiyev milis müdirinə zəng vuraraq, qalan iki bələdçini tapmağı və gətirib çıxarmağı tələb etdi. Amma bu iki bələdçini tapmaq müvəffəq olmadı. Gecə vaxtı əməliyyatı təxirə salmaq qərarı qəbul edildi. Həmin gecə Riad Əhmədov, bəzi döyüşçülər ilə birgə Topxana yerində ermənilərin atəş nöqtələrinə müstəqil şəkildə çatır və onlarla döyüşə girirlər. Döyüşün gedişatında bir neçə erməni hərbi qulluqçusu öldürüldü, lakin ermənilər şəhərə daimi atəş açdıqları silahları vaxtında evakuasiya etməyə müvəffəq olurlar. Növbəti gün Tacəddin Mehdiyev şəhərin icra hakimiyyətinin başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakıyla daha bir müşavirəni keçirir. Müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirməyi, komendant saatı tətbiq etməyi təklif edir. Bu təklifə etiraz edilir, bildirilir ki, bütün silahlı insanlar hərəsi hansısa bir klana tabe olurlar, bu klanlara qarşı çıxmaq lazım deyil, əks halda o da Şuşanın keçmiş icra başçısı Gözəlov kimi öldürülə bilər. Bu müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul edilir.

Əməliyyat planı[redaktə]
İki gün ərzində kəşfiyyat aparılır, bu zaman təyin edilmişdi ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var, qalanları isə mülki əhali idi. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 insan ayrıldı. T.Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin müdirləri və zabitləri yığıb vəzifələri bölür. Həmin gün Mehdiyev telefonla Ş.Musayevə göstərişini verir ki, cəbhənin müxtəlif sahələrində eyni zamanda müxtəlif zərbələr vurulmalıdır, əsas zərbə bu halda Əsgərana endirilməli idi. Həmin gecə N.Abdullayev təxminən 30 nəfərlik dəstəsiylər Nəbilər kəndində kəşfiyyat keçirir və təyin edir ki, kənddə heç kəs yoxdur. Kənddə 10 nəfərlik nəzarətçi dəstə qoyulur. Səhər N.Abdullayev T.Mehdiyevə bildirir ki, milli ordunun Şuşa batalyonundan 10 nəfər bələdçi onlar tərəfindən əməliyyata götürülmüşdür. Əməliyyatın keçirilməsi üçün 5 vzvod və R.Əhmədovun rəhbərliyi altında 10 nəfərlik ayrı bir qrup formalaşdırılır. Bu qrup ən peşəkar dəstə idi, onun üzvləri yalnız Əfqanıstanda xidmət keçmiş, döyüş mükafatlarına və yüksək əlbəyaxa döyüş qabiliyyətinə malik əsgərlərdən ibarət idi. Əməliyyat planı belə idi. Birinci vzvod Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsməli idi. İkinci vzvod birinci vzvodun köməyi ilə Daşaltıdan Şuşakəndə aparan yolu kəsməli idi. Bu vzvodlardan irəlidə, yoldan 400-500 metr məsafədə, sağda və solda üçüncü və dördüncü vzvodlar yerləşməli və hücum əmrini gözləməli idilər. Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət olmuş 5-ci vzvod ehtiyatda olmalı idi. Nəzərdə tutulmuş yerə çatdıqdan sonra bizim birinci dəstə Nəbilər kəndi istiqamətindən Daşaltını atəşə tutmalı idi. Cavab olaraq ermənilər bizim mövqelərimizə atəş açmağa başlayırdılar. Bu zaman üçüncü və dördüncü vzvod kəndə yaxınlaşmalı və rəqibin atəş nöqtələrini təyin edərək onları məhv etməli idilər. Bu vzvodların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi bundan sonra 3-cü və 4-cü vzvodların atəş dəstəyi zamanı Daşaltıya girməli və kənddəki erməni dəstələrinin bazasını məhv etməli idi. Bundan sonra 3-cü və 4-cü vzvod kəndə girməli və rəqibin sağ qalmış əsgərlərini məhv etməli idilər. Şuşakənddə yolda durmuş ikinci vzvod, dinc əhalinin Daşaltıdan Şuşakəndə doğru çıxışını təmin etməli idi. Əsas qüvvələrə dəstək üçün, kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi. Bu vzvodların hərəkət taktikası belə olmalı idi: 1 kilometr irəlidə iki bələdçidən və iki kəşfiyyatçıdan ibarət olan patrul getməli idi, onlar arxalarında qrupu aparmalı idilər. Bütün komandirlər bələdçilərin göstərdiyi yol ilə diqqətlə getmək tapşırığı alırlar. Ancaq T.Mehdiyevin dediklərinə görə, hər qrupda sonradan əlavə 1-2 bələdçi meydana çıxdı. Bundan başqa, guya 1-ci vzvodun əsgərlərinin bir hissəsi əməliyyatın keçirilməsinə başlanan zaman sərxoş vəziyyətdə idilər. Hər iki amil zabitlərin məsuliyyətsizliyinin nəticəsi idi.

Döyüş[redaktə]
1992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bundan başqa əsgərlər özüylə böyük miqdarda silah və döyüş sursatı aparırdılar. Həmçinin hərbi əlaqənin çox pis təşkil olunmasını qeyd etmək lazımdır: vzvodların və əməliyyatın komandanlığının arasında, həmçinin qarşılıqlı fəaliyyət göstərən bölmələrin arasında informasiya mübadiləsi üçün möhkəm əlaqə təmin edilməmişdi. Hərbi əlaqənin pis təşkil olunması nəticədə bölmələrin hərəkətlərində uyğunsuzluğa gətirib çıxardı, həmçinin komandanlığı vaxtında informasiya almaq imkanından məhrum etdi. Komandanlıq öz əsgərlərinin harada olmalarından, nə etmələrindən, nəyə ehtiyacları olduqlarından xəbərsiz olmaqla bərabər, həm də döyüşün gedişinə təsir etmək üçün lazımi qərarları verə bilmirdilər. Mövcud olan radioaparatlar çox köhnə idi və müasir tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun bölmələri arasında olan danışıqların gedişatı zamanı ermənilər tez-tez danışıqları yaxalayırdılar, hətta onlar bəzən efirə də çıxaraq danışıqlara müdaxilə edir və danışıq aparan azərbaycanlı əsgərləri təhqir etməyə başlayırdılar. 1-ci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq kiçik fasilə üçün dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləriylə dolu bir Kamaz yük avtomobili gəlir. Mövqedə qalmış 6 əsgər bu avtomobilə atəş açırlar və demək olar ki, orada olan erməni əsgərləriylə birlikdə bu "Kamazı" tamamilə məhv edirlər. Bu zaman erməni əsgərləriylə dolu ikinci "Kamaz" yük avtomobili yaxınlaşır. Onların arasında və mövqedə dayanan 6 əsgər arasında döyüş başlanır. Döyüşün gedişatında 2 Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralıları götürərək geri çəkilirlər. Bizim əsgərlərimizin geri çəkilməsindən sonra, erməni dəstəsi Sığnaxdakı yolda olan mövqeləri tutur və bununla da 3-cü və 4-cü vzvodların arxasına çıxırlar.

Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod isə ermənilərin pusqusuna düşür. Ermənilər bu vzvodu mühasirəyə alırlar və demək olar ki, vzvoddakı bütün əsgərlərin hamısını məhv edirlər. Yalnız iki yaralanmış əsgər sağ qalaraq qaça bilir. Onlardan biri olan Azər adlı əsgərin sözlərinə görə, döyüşdən sonra o, ermənilərin ratsiya vasitəsilə vzvodu pusquya doğru aparan Maxış adlı bələdçiylə necə danışıqlar apardığını eşidirdi. Bu danışığın gedişatında bələdçi ona söz verilmiş mükafatı ermənilərdən tələb edirdi. Ermənilər isə cavabında ona deyirdilər ki, get həlak olmuşların avtomatlarını yığ və onları sat, bu da sənin mükafatın olacaq. Üçüncü və dördüncü vzvodlar isə təyin olunan yoldan kənara çıxıb, nəzərdə tutulmuş mövqelərdən 2 kilometr daha uzaqda mövqe tuturlar. Buna görə onlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərə yardıma gələ bilmirlər.

Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Nəbilər kəndində olan dəstə Daşaltıya doğru atəş açmağa başlayır, qarşılığında erməni dəstələri cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma "Kələmlik" adlı yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və bütün üzvləri ermənilər tərəfindən öldürülür. Riad Əhmədov özü isə itkin düşür. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndin kənarlarından Daşaltıya daxil olurlar və erməni dəstələriylə döyüşə başlayırlar. Lakin bu zaman, Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri "ura" qışqırıqlarıyla 3-cü və 4-cü vzvodların arxalarıyca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən gələn vzvodu düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı istiqamətindən, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bundan başqa, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Azərbaycan əsgərləri hər tərəfdən sıxılmasına, həmçinin Daşaltı və Sığnax istiqamətindən düşmənin çarpaz atəşi altına düşməsinə baxmayaraq, əsgərlərdən heç biri döyüş meydanından qaçmadı. Mühasirəyə düşmüş əsgərlər döyüşməyə davam edirdilər. Azərbaycanlı əsgərlərin döyüşdə şücaət göstərdiyinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partlatdı, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurdu.

Daşaltıda vəziyyətin kritik olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvodu kənddəki döyüşçülərə kömək üçün göndərir. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur olur. Əməliyyatın iflasa uğradığını başa düşən T.Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilirlər.

Nəticəsi[redaktə]
Bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər və bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhunda ciddi təsir etdi. Lakin eyni zamanda Daşaltıdakı döyüş bizim əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır. T.Mehdiyevin sözlərinə görə, sonradan sağ qalmış bələdçiləri tapmaq cəhdləri heç nəyə gətirib çıxarmadı. O, yanvarın sonuna kimi Şuşada qaldı, amma bu vaxt ərzində bələdçilərdən heç birini tapmadılar. Bir neçə gün sonra Azərbaycan əsgərləri vaxtından gec göndərilmiş zirehli texnikadan və artilleriyadan istifadə edərək Daşaltını güclü atəşə məruz qoydular. [2]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#2 Сообщение smersh70 » 04 дек 2016, 19:09

Adını dəyişiblər--Olub-Карин так (арм. Քարին տակ)
ermənilər 22 nəfər itki verdiyini deyir,onlardan 12 kənd sakinləri
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#3 Сообщение smersh70 » 23 дек 2016, 15:46

В фойе школы висят портреты героев войны. Под каждым портретом — несколько куцых предложений.
Кизогян Арусяк, родилась 18.12.1976 в городе Чаренцаване. Погибла 2 августа 1992 года, защищая село Айгедзор Тавушского района.
Маргарян Гаяне, родилась 02.03.1975 в городе Ехегнадзоре. Военная медсестра. В бою под Матагисом потеряла мужа. Выпросила себе его автомат, воевала до последнего. Погибла 9 января 1994 года в неравном бою, защищая село Магавуз.
Саакян Наира, 03.09.1970, родилась в городе Ереване. Разведчик. За высокий профессионализм получила прозвище «Белая лиса». Погибла 9 марта 1993 года — под Мардакертом.
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#4 Сообщение smersh70 » 26 янв 2017, 22:19

Bu boyda balaca kəndi Ordunun qaymaqları ala bilmədi..Gör satqınlıq nə dərəcədi imiş :o :think:
Məlumatı ermənilər qoyub...Bəzi mətləblərər aydınlıq gətirir..Baxmayaraq ki,öz stillərində yazıblar :)
Изображение
Арамаис Ованесян. Директор школы в легендарном арцахском селе Карин так. 52 года. Родился здесь, здесь начинал учителем биологии. С первых столкновений с азербайджанцами был в отряде самообороны села.
В 1991 году, во время операции "Кольцо" месяц провел в Шушинской тюрьме. Выдержав пытки и истязания, не подписал ничего против себя, потому не поехал умирать мученической смертью в Баку и под давлением московской следственной группы был освобожден. На исходе советской страны такие чудеса еще случались. С тех пор у него огромный шрам через затылок, головные боли и оглохшее навсегда ухо. Потом была настоящая война, которую он прошел всю, на которой потерял отца. Отца застрелил снайпер, когда он, зоотехник, спасая голодную скотину - враг целенаправленно уничтожал скирды, перегонял стадо в соседнее село. Уважаемого во всем селе человека хоронили ночью всего несколько человек. Любое скопление и передвижение людей, азербайджанцы, контролирующие тогда все господствующие высоты, расстреливали как в тире.
После войны, с 1994 года директор школы. Звали не раз в Шуши и Степанакерт на повышение. Не хочет. За эти годы только однажды покидал село. Поехал лечиться. Должен был на полгода, вернулся через месяц.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#5 Сообщение smersh70 » 27 янв 2017, 03:46

Изображение

BRDM görən kimin kidi :?: hücümda texnika olmayıb axı :roll:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#6 Сообщение smersh70 » 28 янв 2017, 03:37

25 il sonra.....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#7 Сообщение smersh70 » 28 янв 2017, 16:48

Ermənilərin mövqesidi....urus dilindədi..bir çox mətləblərə aydınlıq gətirir...
Şəhid olanların yeri göstərir ki,onları həqiqətən gözləyirdilər... :think:
Изображение

- Таджеддин говорит.
- Кто?
- Та-дже-ддин говорит!
- Слушаю вас, товарищ генерал.
- Идиот, не называй меня по званию.
- Виноват, товарищ генерал.
- Вот б…дь. Ладно, быстро подготовьте моих 120 ребят и завтра отправьте ко мне. Ясно?
-Есть, товарищ ген.., понял.

Маленькая запись телефонного разговора, вроде бы, ничего особенного.
Однако необходимо было сопоставить эту запись, полученную из отдела технической разведки, с той информацией, что стекалась за последние сутки из постов наблюдения в аналитический центр разведки.

Скрытые посты наблюдения, расположенные в районе города Шуши, с утра докладывали о необычном переполохе в городе. Насторожило в сообщениях поспешная подготовка вертолетной площадки. Всех солдат вывели на улицу. Все бегали, подметали, красили, провели строевой смотр. Было понятно, что азербайджанцы готовятся к встрече важной персоны. Посты сообщили, что вертолет совершил посадку в 15.10. Гостя встретили по-военному, с докладом.

Упомянутый выше разговор состоялся в 19.30 того же дня. Сомнений не оставалось, 20 января 1992 года в Шуши прибыл министр обороны Азербайджана.

46-летний Таджеддин Мехтиев был назначен министром обороны в декабре 1991 года, сменив на этом посту Валеха Баршатлы. Вечером по телефону Мехтиев разговаривал с оперативным дежурным штаба министерства обороны Азербайджана. Штаб размещался в здании бывшего клуба КГБ, в центральной части Баку. Нерадивость оперативного дежурного, и то обстоятельство, что Мехтиев представился только по имени, не сыграли большой роли, чтобы осознать, кто в этот момент разговаривал по телефону. Но цель его прилета в Шуши еще нужно было выяснить.

Понятно, что во время войны не может быть нормированного рабочего дня: командующему силами самообороны Аркадию Тер-Тадевосяну (Командос) была возможность доложить о последних данных техразведки в 2 часа ночи. Новость его встревожила. Ему было бесспорно понятно, что Мехтиев прибыл в Шуши не для проверки боеспособности тогда еще четырех отрядов, дислоцированных в городе. Аркадию было очевидно: новоназначенному министру крайне необходима быстрая, эффективная военная операция.
В первую очередь для самоутверждения, для того, чтобы показать политическому руководству Азербайджана свою состоятельность на посту министра и, естественно, «проучить» непокорных арцахцев.
За короткий промежуток времени Командос пришел к выводу, что Мехтиев предпримет атаку на село Каринтак. Это маленькое село под восточным обрывом Шуши особого стратегического значения в районе боевых действий не имело, но оно расположено прямо под Шуши, ниже города на 600 метров, в каменном мешке, и, казалось, представляло собой удобную мишень для безнаказанного проведения молниеносной резни его жителей.
Для Мехтиева, незадолго до этого советовавшего президенту Муталибову, что для наведения порядка в Баку «нужно расстрелять сотню, а лучше пятьсот человек» из требовавших отставки президента демонстрантов народного фронта Азербайджана, жизнь армян Карабаха не имела никакой цены. Ему, профессиональному военному, было понятно, что жителям села некуда бежать, они окажутся в смертоносной ловушке, и это будет отменная акция устрашения.
Изображение
Все опасения Аркадия получили подтверждение через двое суток. 21 и 22 января обследовавшие и изучавшие подходы к селу азербайджанские разведчики не остались незамеченными на белом снеге в белых маскхалатах. Отрядом разведчиков руководил Риад Ахмедов. В начале января 1992 года он был назначен на должность заместителя начальника Разведывательного Управления Министерства Обороны Азербайджанской Республики. Ахмедов окончил высшую школу КГБ в Минске и курсы института КГБ имени Ю.В.Андропова. Задача же наших разведчиков состояла в том, чтобы, не обнаружив себя, докладывать обо всех передвижениях отряда Ахмедова.
Нужно было незаметно организовать оборону села. На помощь жителям Каринтака были направлены отряды самообороны из ближайших сел Шош, Сызнек, Схнах, Кармир гюх. Все работы проводились ночью, а в видимое время суток деревня жила обыденной жизнью.
Каринтак как на ладони просматривался из Шуши, любое передвижение в селе, любая подготовительная работа была бы замечена. Хотя еще в ноябре Командос отправил туда группу, как он сам называл их «отряд кротов», с задачей организовать оборонительные сооружения – окопы, блиндажи и т.д. Было ясно, насколько позиция азербайджанцев имеет превосходство для наступления на село, ровно настолько же она будет препятствовать им при отступлении и бегстве. Но видимо в планах генерала Мехтиева отступление не рассматривалось.
Изображение
Изображение
так, нам удалось скрытно организовать «встречу» непрошеным гостям. Количество наступающих сил азербайджанцев составляло 180 человек. Спецназ Мехтиева – 120 человек, 21 человек из офицерского взвода, и 39 человек из местного ОМОНа.
Вооружение: 1 БРДМ местного ОМОНа, 1 станковый гранатомет АГС-17 который был доставлен из Баку, склада МВД, как и 3 гранатомета РПГ-7, два пулемета ПК, прихваченные спецназовцами Мехтиева по дороге в Лачине. К этому надо прибавить и ведущуюся из Шуши огневую поддержку из градобойного орудия. Разработанной генералом Таджеддином Мехтиевым операцией непосредственно командовал майор Нуреддин Абдуллаев.
Наступление началось в ночь с 25 на 26 января.
Изображение
Бой продлился чуть более 12 часов. Наступавший противник прямиком наткнулся на грамотно подготовленные оборонительные позиции армян. В завязавшемся бою 79 солдат противника погибли. Еще несколько десятков были уничтожены во время бегства. К концу дня заснеженный горный кряж был весь покрыт трупами азербайджанских солдат.
После этого сокрушительного разгрома Мехтиев покинул Шуши и вскоре был отстранен от должности министра обороны.
Большинство арцахцев прекрасно знают местоположение этого села. Под камнем – это дословный перевод слова «Каринтак» на русский язык. Высоко, «на камне», расположен Шуши.
«Я в шоке. Нас предали. Мы попали в мясорубку. Они ждали. Они знали заранее про наше наступление. Среди нас есть предатель»... (отрывок из последнего разговора из Шуши Таджеддина Мехтиева со своим сокурсником в Баку).
Изображение

пахан
партизан
Сообщения: 334
Зарегистрирован: 10 мар 2017, 10:21
Откуда: оттуда

Благодарил (а): 1 раз
Поблагодарили: 89 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#8 Сообщение пахан » 14 мар 2017, 14:26

пахан писал(а):Ermənilərin mövqesidi....urud dilindədi..bir çox mətləblərə aydınlıq gətirir...
Şəhid olanların yeri göstərir ki,onları həqiqətən gözləyirdilər... :think:
Изображение
был я там в 91 летом и риад был зашли шороху навели человек 5 забрали с собой отвезли в шушу

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#9 Сообщение smersh70 » 30 мар 2017, 01:25

пахан писал(а):был я там в 91 летом и риад был зашли шороху навели человек 5 забрали с собой отвезли в шушу
а че в той операции не было тебя :?:

блин,такая маленькая деревня и так просраться :think:

вот еще фотки оттуда.может узнаешь места
Изображение
Изображение
Изображение

пахан
партизан
Сообщения: 334
Зарегистрирован: 10 мар 2017, 10:21
Откуда: оттуда

Благодарил (а): 1 раз
Поблагодарили: 89 раз

Re: DAŞALTI ƏMƏLİYYATI

#10 Сообщение пахан » 30 мар 2017, 09:53

smersh70 писал(а): а че в той операции не было тебя :?:
вот еще фотки оттуда.может узнаешь места
► Показать
я тогда в других операциях принимал участие а село вообще ни о чем его можно быо сжечь сверху из шуши колеса старые зажигай и вниз там метров 800 высота я это предлагал в 91 сказали нэ надо а группу риада свои же и заложили кто то из шуши твари

Ответить

Вернуться в «Yaxın Tariximiz»