KƏLBƏCƏR

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

KƏLBƏCƏR

#1 Сообщение Nazim Bayram » 25 ноя 2014, 06:35

Qazi polkovnik Balay Nəsibovun xatirələrindən:
"HƏR BİR KELBƏCƏRLİNİN BİLMƏSİ MƏQSƏDƏ UYĞUNDUR

YEQIN KI, NAZIRIN ƏMRİ ICRA OLUNSAYDI AQDABAN FACİƏSİ O MİQYASDA OLMAZDI.
BU GUNE QEDER BILINMEYEN FAKTLARDAN KICIK BIR EPIZOD.

1992-ci ilin fevral ayinin axirinda Zabaykalskiy Voenniy Okrukdan kapitan rutbesinde Azerbaycana geldim. Ailemi oz valideyinlerinin evlerinde yerlewdirerek Mudafie Nazirliyine getdim.
Mart ayinin evvelleriydi menimle Kadrlar idaresinde sohbet apardılar- "Kelbecerde 2 batalyon var, biri genclerden ibaret batalyondur onlari idare eden zabit heyyeti ehtiyyatdan caqirilan zabitlerdi iwlerini bacarirlar. O biri bataliyon ise konullu batalyondur teze yaradiblar orada veziyyet urek acan deyil. Emrini o batalyona verdik ki, 5 gun erzinde batalyonu(844) qebul edib bize meruze edirsiniz. Hal-hazirda oranin komandiri leytenant Ilham Hesenovdur. Siz Kelbecere catana qeder ona tapwiriq verilecek."
Kelbecere batalyonun yerlewdiyi mekana catdim. Ozumu MN-in yazili emriyle teqdim etdim. Ilham bey dedi uzaq yol gelmisiniz, ele bizde nahar etmemiwik, nahar edek sonra iw haqqinda daniwariq. Nahar bawladi(xirdaciliq etmirem)!
Iclas caqirdilar, konullulər İ. Hesenova dediler ki, "bey, Siz komandir vezifesinden gedirsinizse, bizde movqelerden geri cekileceyik ve silahlari qebul ede bilersiniz." Ilham bey dedi, "kapitan, bu yuxaridakilara axi men demiwdim ki, mene ixtisasci herbici komandir vzvod, komandir rota gondersinler, onlar isə komandir batalyon gonderibler. Eybi yoxdur men Rehim beye deyerem deyiwiklik eder." Dedim, "indi icazenizle bir soz de men demek isteyirem. Birincisi, ozunuzde bilirsiniz ki, men Kelbecerliyem, kefimle yox, MN-in emriyle bura teyin olunmuwam. Men oz valideyinlerimle goruwmeden bir herbici olaraq mesuliyyeti derk ederek tez movqelerle taniw olaraq duwmenin qarwisini almaq ucun tedbir haqqinda telesdiyim bir zamanda, bu anlawisizliqla qarwilawmaqim aydin deyil. Vetenim ucun neyin ki, komandir vzvod, siravi esger kimi de haziram." ILham bey dedi: "beyler nazirin sehvidir, deyerem bu ruslardan qalan 1-2 BTR var onlarin sazliqini berpa eder." Cox xirdaciliq etmirem!!! Gordum veziyyeti gerginlewdirirler. Getdim rayonun komendantini ve KQB emekdawlarini melumatlandirdim ki, veziyyet ne yerdedir. Nehayet qayitdim Bakiya.

Xahiw edirem AQDABAN FACIESINE nezer yetirek:(Kelbecer Batalyonu ve efsanevi alay)

"Kelbecer Batalyonu bolgenin hem Ermenistanla hemde Dagliq QARABAGLA olan cox uzun serheddini qorumaqda davam edirdi.Bu qeder boyuk erazinin mudafiesini tewkil etmek bir batalyon ucun cox cetin idi. Hem canli quvve, hem de herbi texnika catiwmirdi. Serhed kendlerinin heresinde bir vzvod yerlesdirmisdik. Rota ve Vzvodlar arasinda elaqe demek olar ki yox idi. 12 eded serhed menteqesinde yerlewdirilmiw Rota ve Vizvodlar bir birleri ile weher telefonlari ile elaqe saxlayirdilar.
1992 ci il fevralin sonu ve martin evvelllerinde KELBECERDE xalq cephesi uzvlerinden ibaret ikinci bir Batalyon yaradilmisdi. Hemin batalyona Ilham Hesenov komandirlik edirdi. Bu batalyonda hec bir qayda qanun ve nizam intizam yox idi. Onlar MUDAFIE Nazirliyi terefinden bizim batalyona ayrilmis avtomat silahlarla silahlanaraq musteqil fealiyyet gosterirdiler. Butun bunlara baxmayaraq biz Kelbecerin mudafiesinde onlardan da istifade etmeyi lazim bilirdik. Cunki, bizim batalyonun quvveleri 100km den cox erazinin mudafiesinde durmaq ucun azliq edirdi. Bakidan gelmis 60neferlik deste ise coxdan geriye Bakiya cagrilmisdi.
Mart ayinin sonu idi.Xalq cephesi batalyonu komandiri Ilham Hesenov bize muraciet ederek, Agdaban ,Soyudlu,Mercimek ve Cerekdar movqelerinin onlara tehvil verilmesini xaiw etdi. Cunki Kelbecerin serheddi boyuk olduguna gore bizim batalyonun wexsi heyyeti ve silahimiz bes etmirdi. Biz hemin movqeleri xalq cephesine tehvil verdik ve oz esgerlerimizi her ehtimala qarsi hemin kendlerde ehtiyatta saxladiq.
Aprel ayinin 7 sinden 8 ne kecen gece ermeniler Agdabana hucum etdiler. Onlar evvelceden kesfiyyat apararaq Agdaban yuksekliginde XALQ CEBHESI batalyonu doyusculerinin kewikde olmadigini yeqin etmis ve kendi muhasireye almiwdilar. Seher acilanda ise kendi gulle boran etmiwler."
Gunahkar ermenidi bu danilmazdir.
Bes biz ne etdik? Netice belli ..."

Elbrus Vahidov
Новобранец
Сообщения: 5
Зарегистрирован: 21 окт 2014, 22:17

Поблагодарили: 3 раза

KƏLBƏCƏR

#2 Сообщение Elbrus Vahidov » 13 янв 2015, 14:40

ИзображениеAzərbaycan Milli Ordusunun 1992-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsindən qorxuya düşən Ermənistan Respublikasının rəhbərliyi anladı ki, 1993-cü ildə hərbi əməliyyatlar belə davam etsə, Qarabağı əldə saxlamaq mümkün olmayacaq. Ermənistan Respublikası rəhbərliyi Rusiya hökumətinə müraciət edərək, 50 milyard rubl hərbi kredit aldı. Bundan əlavə, Rusiya mütəxəssislərinin köməkliyi ilə Moskva şəhəri yaxınlığında 1200 nəfər, Ermənistyandakı Rusiyaın hərbi bazasında 2500 nəfər tankçı, topçu, snayper, kəşfiyyatçı, rabitəçi, istehkamçı, hava hücumundan müdafiəçi və digər hərbi mütəxəssislər hazırlamağa başladılar. Bu mütəxəssislərin və kiçik komandir heyətinin altı aylıq təlimləri 1993-cü ilin fevral ayında başa çatdırıldı.

Qarabağ Erməni Ordusu (QEO) Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində hücuma keçmək, 703 saylı motoatıcı briqadanın bölmələrinin müdafiəsini yarmaq, irəliləyib Sərsəng su anbarını və onun ətrafındakı yolları ələ keçirmək, bununla da Azərbaycan Milli Ordusunun Laçın rayonunun şimalında yerləşən və Qarabağ Erməni Ordusunun həyat əhəmoiyyətli təminat yoluna – Laçın dəhlizinə təhlükə yaradan bölmələrini əsas qüvvələrdən ayırmaq, təminat yollarını kəsmək, Ömər aşırımının mövsümlə əlaqədar olaraq bağlanmasını nəzərə alaraq ordumuzu mühasirə vəziyyətinə salmaq qərarına gəldi.

Bu məqsədlə Rusiya və Ermənistanda təlim keçmiş kiçik komandir və mütəxəssislər Laçın dəhlizindən Qarabağa keçirildi və Qarabağ Erməni Ordusunun sıraları komplektləşdirildi. Şuşa MRQ (Müdafiə Rayonu Qruplaşması) şimala doğru genişləndi və “Stepanakert” MRQ ehtiyata çıxarıldı. Əsgəran MRQ və Hadrut MRQ öz ərazilərini genişləndirərək “Martuni” MRQ-ni ehtiyata çıxardı. QEO yenidən qruplaşma həyata keçirdi. “Mardakert” MRQ, Mərkəzi MRQ və “Martuni” MRQ bölmələri, 54-cü əlahiddə tank taburu, “Şaumyan” (Goranboy), “Mardakert” (Ağdərə) rayonu silahlı dəstələri, Ermənistanın müxtəlif rayonlarından olan “fədai” ölüm dəstələri və başqa bölmələr Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində cəmləşdirildi.

5 Fevral 1993-cü il tarixindən 25 fevral 1993-cü il tarixinədək 20 gün ərzində düşmən irəliləyərək Ağdərə şəhərini, Sərsəng su anbarını, orada həyat əhəmiyyətli elektrik stansiyasını və taktiki cəhətdən əlverişli Ağdərə-Kəlbəcər yolunun vacib sahəsinə tam nəzarəti ələ keçirdilər. Düşmən ilk növbədə Sərsəng su anbarına çıxaraq, onun ətrafı ilə Kəlbəcərə gedən yolları kəsdi, Laçın rayonunun şimalını müdafiıə edən 701 saylı briqadanı Azərbaycan Milli Ordusunun əsas qüvvələrindən ayırdı və faktiki blokadaya saldı. Kəlbəcər və Laçın rayonunda döyüş əməliyyatları aparan Azərbaycan Milli Ordusunun hissələri: 701 saylı briqada və başqa bölmələr sağ cinahdan Ermənistan Respublikası ilə dövlət sərhəddi boyunca erməni silahlı birləşmələri, cəbhə və sol cinahdan QEO və erməni ölüm dəstələri, arxada isə Murovdağ silsiləsi əhatəsində əlverişsiz vəziyyətə düşdülər.

Erməni mənbələrinə əsasən 1993-cü il yanvar ayında Qeo-nun tərkibində 18000 nəfərdən ibarət şəxsi heyət vardı. Onlardan 12000 nəfər qarabağlı, 6000 nəfər isə ermənistanlı idi. Bu ordunun əasısını SSRİ zamanı Qarabağda təhlükəsizliyi təmin edən 4 daxili qoşun alayının silah və zirehli texnikası təşkil edirdi. Ordunun tərkibində 100 ədəd tank, 190 ədəd zirehli döyüş maşını, 60 ədəd artilleriya-minaatan sistemləri, 6 ədəd ZU-23-2, 5 ədəd özüyeriyən ZSU-23-4 Şilka, 4 ədəd 57 mm-lik S-60 zenit qurğusu, Ural avtomobili üzərində ZU-23-2 və Ermənistandan göndərilmiş 179 ədəd artsistem, 82 ədəd minaatan vardı. Ermənistan Respublikasının Azərbaycanla sərhədinin Laçın-Kəlbəcər sahəsini sayı 3000-ə qədər olan 8 tabor qoruyurdu. Bu zamanbu zaman Ermənistanın rəsmi olaraq 20000 nəfərlik ordusu, 154 ədəd tankı, 44 ədəd PDMi, 6 təyyarəsi var idi. Ermənistana Rusiya tərəfindən verilmiş 19 ədəd vertolyotdan 11 ədəd Mİ-24 döyüş vertolyotu qalmışdı.

701 saylı motoatıcı briqada 15 sentyabr 1992-ci il tarixindən əsas qüvvələrini Laçın-Kürdhacı yaşayış məntəqələri istiqamətində cəmləyərək, soldan Dəlidağ-Alxaslı yaşayış məntəqəsinin, sağdan Fərraş-Taxtabaşı yaşayış məntəqələrinin ara sərhəd xətləri zolağını, Alxaslı-Hoçaz-Tiqik-1-Fərraş yaşayış məntəqəsinin ön xətti boyunca, tərkibində 1,2,3,4 və 5-ci Bərdə taboru, Laçın polisi toboru, reyd dəstəsi, kəşfiyyat bölüyü, zirehli dəstə, D-30 artilleriya dvizionu, MT-12 batareyası, BM-21 batareyası (şəxsi heyət 1985 nəfər), 7 ədəd tank, 7 ədəd PDM, 27 ədəd artilleriya vasitəsi olmaqla müdafiə edirdi. Briqadanın 3-cü taboru yalnız atıcı silahlarla silahlanmış şəxsi heyəti 473 nəfərdən ibarət olmaqla briqadanın tabeliyindən alınmışdı və Azərbaycan-Ermənistan dövlət sərhəddinin Kəlbəcər rayonu sahəsində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. Bu tabor 70 km-lik sərhəd boyunca Qaraqaya, Söyüdlü, Kürdyurdu, Oktyabr, Ayrım, Dikyurd, Yellicə, Zəylik, Ağduzdağ, Taxta sərhəd dəstələrinə bölünmüşdü.

701 saylı briqadaın təminat yolları iki marşrutla həyata keçirilirdi:
1. əsas marşrut: quru yolla. Sərsəng su anbarının sahili ilə Ağdərə yaşayış məntəqəsindən
2. ehtiyat marşrut: hava yolu ilə. 3261 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən, ilin payız-qış mövsümündə istifadə üçün yararsız olan Ömər aşırımından.

1993-cü il Fevralın 15-dən etibarən quru yolun - əsas marşrutun bağlanması nəticəsində ordu rəhbərliyi 701 saylı briqadanın təminatını hava yolu ilə (vertolyotla) həyata keçirməyə məcbur oldu.
Mart ayının 5-də Azərbaycan Milli Ordusunun müdafiə cəbhəsinin Ağdərə rayonunda yarılmış sahəsini Ağdərə-Kəlbəcər istiqamətində bərpa etmək məqsədilə 701 saylı briqadanın müdafiə xətti üç dəfə uzadıldı. Briqadaya iki əsas istiqamətdə müdafiə olunmaq barədə əmr verildi:
- birinci istiqamət: Laçın rayon mərkəzi – Kürdhacı yaşayış məntəqəsi
- ikinci istiqamət: Çərəktar yaşayış məntəqəsi – Kəlbəcər rayon inzibati mərkəzi.
Изображение
Briqadaya Dəlidağ-Alxaslı, Çərəktar-Kəlbəcər yaşayış məntəqələrinin müdafiə zolağını Alxaslı-Hoçaz-Tiqik 1-Fərraş-Nereştar-Mərcimək-Çərəktar yaşayış məntəqələrinin ön xətti boyunca müdafiə etmək tapşırığı verildi. 701 saylı briqadanın 1-ci taboru tərkibində 130 nəfər canlı qüvvə ilə Çərəktar yaşayış məntəqəsində Ağdərə-Kəlbəcər yolu üzərindəki yüksəkliklərdə mövqe qurdu.

Artırmalardan sonra 701 saylı briqada dağlıq ərazidə 120 km-ə qədər uzunluqda səpələndi. Briqadanın müdafiə zolağının mərkəzində 20 km müdafiəsiz dağlıq ərazi yarandı. Briqadanın sağ və sol cinahları, həmçinin arxası və mərkəzi boş qaldı. Solda Çərəktar yaşayış məntəqəsindən Ömər aşırımına kimi 25 km-lik dağlıq ərazi, sağ cinahda və arxada Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca 70 km-lik dağlıq ərazi, mərkəzdə Fərraş yaşayış məntəqəsindən Nareştar yaşayış məntəqəsinə qədər 20 km-lik dağlıq ərazi müdafiəsiz qaldı.

11 Mart 1993-cü ildə Ermənistanın Müdafiə Naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın Ağdərə rayonunda Şaumyan və Mardakert rayonlarının yerli erməni sakinlərindən ibarət silahlı dəstəsinin nəzdində xüsusi təyinatlı alay yaradıldı.

15 Mart 1993-cü ildə 701 saylı briqada 3000 kvadrat km-lik dağlıq ərazidə mərkəzində Mıxtökən dağ silsiləsi olmaqla iki yerə parçalanmasına baxmayaraq, öncə verilmiş tapşırığı yerinə yetirməklə yanaşı Kəlbəcər rayonunun inzibati mərkəzini 20 km-lik dairəvi xətt boyunca müdafiə etmək əmrini aldı. Döyüş düzülüşü ümumqoşun ehtiyatı ayırmaqla bir eşolonda mövqe tutmaq idi.

Kəlbəcər rayonunda yerli əhalidən ibarət könüllü dəstə yaradıldı. Zabit və gizir heyəti olmadığı üçün dəstəyə yerli mülki insanlar rəhbərlik edirdi. Bu könüllü dəstə təlim keçmədən 6-cı tabor kimi 701 saylı briqadanın sərəncamına verildi. 6-cı tabor Nareştar, Mərcimək, Ağqaya və Ağdaban yaşayış məntəqələrinin mövqelərində yerləşdirildi. Kəlbəcər rayonunu müdafiə etmək məqsədilə Kəlbəcər rayonu inzibati mərkəzində dağ atıcı alayının yaradılmasına və yerli sakinlər hesabına komplektləşdirlməsinə sərəncam verildi. Alayın formalaşdırılmasına 22 Mart 1993-cü il tarixində başlanıldı.

25 Mart 1993-cü ildə Ağdərə istiqamətində əldə etdikləri mövqelərdə möhkəmlənən ermənilər yenidən qruplaşma həyata keçirdi. Tərkibində Stepanakert Müdafiə Rayonu Qruplaşması, martuni Müdafiə Rayonu Qruplaşması, xüsusi təyinatlı alay, tank taboru, ölüm dəstələri, əlahiddə artilleriya və reaktiv divizion, döyüş aviasiyası olmaqla Getevan-Çərəktar yaşayış məntəqəsi, həmçinin Kaşataq (Laçın) və Şuşa alayı olmaqla Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətlərində hücuma keçdilər.

İbrahim Məsimoğlu, "İlk Briqadanın İbrətli Döyüş Dərsləri", Bakı 2014. səh-238-243

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

KƏLBƏCƏRİN İŞĞALI

#3 Сообщение smersh70 » 02 апр 2017, 13:20

Ən acı məğlubiyyətlərdən biri :think:
Bu taktikanı göstərənlər,görən o vaxtı niyə briqadanın əməliyyat bölməsinə yardım etmədilər :?:
Qənizadə cəsur komandir olsada,görünür taktikadan və irarəçilikdən bir balaca uzaq idi
hər rota,tabur komandirindən hərbi hissə komandiri çıxmır,özüdə xüsusi təyinatlılardan
spesifika ayrıdı
Kəlbəcəri ancaq və ancaq Zaur Rzayev kimi idarəetmənin bütün mərhələləri keçən zabit qoruyurdu.
Onu isə qəsdən ordan götürdülər və yerinə Qənizadəni təyin etdilər
Ruslar demişkən-Все было изначально задумано так,чтобы сдать районс целью дестабилизации в стране и смены власти
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#4 Сообщение smersh70 » 02 апр 2017, 13:21


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#5 Сообщение smersh70 » 02 апр 2017, 13:22

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#6 Сообщение smersh70 » 02 апр 2017, 13:25

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#7 Сообщение smersh70 » 02 апр 2017, 13:30

briqada komandiri avtomatla yox, ağılla vuruşmalıdır
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#8 Сообщение smersh70 » 02 апр 2017, 15:12

döyüşün əvvəli
biz tərəfdən
[youtube]
erməni tərəfdən
bu tankın qabağına çıxıblar..ekipajda elə bilib ki-bizimkilərdi,bizim dildə qışqıraraq,saxlayıblar
ekipajı elə tankın üstündə də güllələyiblər
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#9 Сообщение smersh70 » 02 апр 2017, 15:13

bu isə 1993-cü ilin 30 dekabr hücumu
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153785
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: KƏLBƏCƏRİN İŞĞALI

#10 Сообщение smersh70 » 04 май 2017, 00:48

smersh70 писал(а):Ən acı məğlubiyyətlərdən biri
Bu taktikanı göstərənlər,görən o vaxtı niyə briqadanın əməliyyat bölməsinə yardım etmədilər
Bir qaqaş forumda elə yazıb ki,guya Kəlbəcəri ermənilər yox,bu alıb... :shifty:
O qədər plan cızın,izah verin,ancaq o vaxt silahı və ordu birləşmələri Sizə tapşırmışdılar,mənə yox.... :?
Bu məğlubiyyət Sizin alnınıza yazılıb..Gör döyüşü kimə uduzdunuz-Amerikadan gələn,savadı olmayan, ancaq yapon dilini bilən Monteyə..
Siz isə SSRİ kimi dövlətin ali hərbi məktəbini bitirmisiniz, xidmət etmisiniz...İndi Sizin hərbi biliyiniz mənim tağım komandiri biliklərindən azdı ,yoxsa çox :roll: :?:
Və bil ki,qaqaş, Hərbi kafedrəni bitirənlərə leytenant -hərbi rütbə verirlər və tağım komandiri vəzifələrinə və biliklərə yiyələnirlər..Bizim ali Məktəb isə SSRi dövlətin 3-4 ali Məktəbi idi...

Ответить

Вернуться в «Yaxın Tariximiz»