1993-cü il, 4 iyun Gəncə hadisələri

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#1 Сообщение Oberleytenant » 19 фев 2013, 00:59


1993-cü il, 4 iyun Gəncə hadisələri haqqında ziddiyyətli və bir birinə uyğun gəlməyən fikirlər və versiyalar var. Əslində hadisələr necə cərəyan edib? Bu mövzuda hadisə şahidlərindən fikirlərini və şahidi olduqları hadisələri işıqlandırmaqlarını xahiş edirəm.

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#2 Сообщение Oberleytenant » 19 фев 2013, 01:02

Bu mövzuda debat aparmaq istərdim
Вложения
461089_202896189832091_655181065_o.jpg
461089_202896189832091_655181065_o.jpg (178.64 КБ) 12585 просмотров

Sarmatian
партизан
Сообщения: 144
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 272 раза
Поблагодарили: 110 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#3 Сообщение Sarmatian » 19 фев 2013, 01:44

Herr Oberleutnant, lassen Sie das. Die Jungs werden euch dafür nicht danken!

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#4 Сообщение Oberleytenant » 19 фев 2013, 02:04

Almanca yazmaga gərək yox. Ancaq bu mövzunun geniş müzakirəsinə ehtiyac var

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#5 Сообщение Oberleytenant » 19 фев 2013, 02:06

İch bin Frau, nicht Herr. Schreiben Sie nicht deutsch! Es ist Respektlosigkeit für Freunde.

Sarmatian
партизан
Сообщения: 144
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 272 раза
Поблагодарили: 110 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#6 Сообщение Sarmatian » 19 фев 2013, 02:08

Ela! Frau Oberleutnant! Xosh gelmisiniz!

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#7 Сообщение Oberleytenant » 19 фев 2013, 02:17

Morgen werde ich lege einen neuen Artikel und fortsetzen die Diskussion morgen. Bis Morgen! Gute Nacht.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#8 Сообщение mirotvores70 » 19 фев 2013, 02:55

Geboren im Wald Weihnachtsbaum im Wald wuchs
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#9 Сообщение Oberleytenant » 19 фев 2013, 03:14

HEC HƏNANIN YERİDİR?

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#10 Сообщение Oberleytenant » 19 фев 2013, 18:23

GƏNCƏ QIRĞINININ QURBANI MEHMAN ƏLƏKBƏROVUN QARDAŞI AĞAKƏRİM ƏLƏKBƏROVUN 4 İYUN QIRĞINIYLA BAĞLI AÇIQLAMALARI.

Mən Agakərim Ələkbərov – 4 iyun 1993-cü il Gəncə qırğınının qurbanı Mehman Ələkbərovun qardaşıyam. Son vaxtlar xəbər saytlarında və sosial şəbəkələrdə 4 iyun hadisəsi və qardaşımın ölümüylə bağlı yayılan uydurma və heç bir həqiqətə uyğun gəlməyən xəbərlər bu hadisələrin şahidi kimi məni hiddətləndirmişdir. Belə iftira və böhtan xəbərlərə dözməyərək mətbuata açıqlama vermək məcburiyyətindəyəm. Amma istərdim hər şeyi əvvəldən danışım.
Qardaşım Mehman Ələkbərov 1990-cı ilin əvvəllərində silahlı ermənilər Todan, Sarısu, Çaykənd kimi yaşayış məntəqələrində at oynadıb, şəhər üçün təhlükə yaradan vaxt Mehman yaxın silahdaşları olan Ruzigar, Bəxtiyar, Abbasqulu ilə birlikdə həmin kəndlərin müdafiəsində xidməti olmuş və bir neçə dəfə Nüvədinin müdafiəsində iştirak etmişdir. O, sonralar silahdaşlarının həlakından bərk sarsılmışdı. Mehman sonradan batalyon təşkil etdi, 1991-ci ilin əvvəllərində Gəncə batalyonunun yaranmasında böyük rolu və xidməti olmuşdu. İlk xidməti yuxarıda adlarını çəkdiyim İndiki Göygöl rayonunun Çaykənd-Todan-Sarısu istiqamətində erməni silahlılarına qarşı Gəncə könüllülərindən ibarət döyüşlər təşkil etmişdi. 1992-ci il Tərtərin ərazisində Gəncə Ərazi Müdafiə batalyonunun tərkibində rota komandiri kimi xidmət etmiş, qısa müddətdə döyüşləri yüksək dərəcədə keçirmiş və Müdafiə Nazirliyinin əmriylə kapitan rütbəsinə layiq görülmüş və Gəncə batalyonunun komandiri vəzifəsinə təyin edilmişdir. Gəncə batalyonu ilə birlikdə Mehman Ələkbərov 1992-ci ilin mart-aprel aylarında Tərtərin ən şiddətli döyüşlərində iştirak etmiş, Marquşavanın müdafiəsində və azad edilməsində əsil igidlik göstərmiş, erməninin 370-ə yaxın canlı qüvvəsini məhv etmişdi. Mehman eyni zamanda Tərtər rayonunun hərbi komendantı vəzifəsini də icra edirdi. Sonrakı aylarda cəsur komandirin rəhbərlik etdiyi batalyonun döyüşçüləri Ağdərənin Levanex, Yuxarı Çaylı və Aşağı Çaylı kəndlərinin düşməndən təmizlənməsində iştirak etmişdilər. Keçirdiyi döyüş əməliyyatları həmişə qələbəylə nəticələndiyi üçün bu da içimizdəki bəzi ermənipərəst qüvvələrin qısqanclığına səbəb olurdu, Mehmana arxadan zərbə vurmaq istəyənlər vardı.
Tərtərin İcra hakimiyyəti prokurorluğu, daxili işlər idarəsinin yarıtmaz işini görən Mehman bu tərkibi ona verilən səlahiyyət səviyyəsində tamamilə dəyişmiş, hətta bəzilərini həbs etdirmiş və bu haqda o vaxtkı Prezident mərhum Ə. Elçibəyə məlumat da vermişdi.
Mehmanın qəhrəmanlığı sayəsində Həsanqaya adlı ərazidə, Gəncə batalyonu yüksək döyüş nümayış etdirərək erməni silahlılarının əfsanəvi ”Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv etmişdi. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunmuşdu və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehmanın başına 6 milyon məbləğində pul qoymuşdular. Ama təəssüf verici haldır ki, bizim tərəfin Mehmana verməli olan polkovnik rütbəsi bu günə qədər də sahibinə çatdırılmadı. Bütün bunlara baxmayaraq, Mehman öz batalyonu ilə Ağdərənin Kasaped, Drmbun, Aterk kəndləri ilə yanaşı, Sədərək, Şuşa , Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edirdi. Bu döyüşlərdə Mehman 28 yara almasına baxmayaraq sarsılmamış və həmişə özünü yeri vuruşlara hazırlamışdır. Lakin 2-ci Marquşavan döyüşü uğursuzluqla nəticələnmişdi, bunun səbəbi isə Mehmanın həmin döyüşdən yayındırılması olmuşdur.
Onu da qeyd etmək istərdim ki, Mehman Tərtər döyüşlərində olarkən, Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri mərhum Heydər Əliyev Mehmanla əlaqə saxlamış, Sədərəkdə gedən agır döyüşlərdə bağlı xəbər vermiş və həmin yerə canlı qüvvəylə kömək etməyini istəmişdi. Dərhal Mehmanın tələbiylə Sədərəyə Gəncə Ərazi batalyonunun, yəni 818 saylı batalyonun 20 nəfərlik heyəti göndərilmiş və onlar yüksək döyüş əməliyyatları keçirmişlər. Sonra H. Əliyev həmin heyətin döyüşçüləriylə görüşmüş, onlara təşəkkür edərək, “ Əziz Vətən övladları, siz həqiqətən xalqın qəhrəman övladlarısız.” demişdir. Hətta onlardan birinə qol saatı da hədiyyə etmişdi.
Ağdərə uğrunda gedən döyüşlər rəhmətlik Milli Qəhrəman Şikar Şikarov və Mehmanın xüsusi tərtib etdiyi plan əsasında çox uğurla nəticələnmiş və cinahdan hücum planı tam tərkibdə baş tutmuşdu, ernənilər Ağdərədən tamam çıxarılmışdı. Lakin Şikar Şikarov bu döyüşlərdə qəhrəmanlıqla həlak oldu.
İyun – iyul ayları ərzində Azərbaycan ordusunun uğurlu əməliyyatları, ermənilərin torpaqlarımızdan cıxarılmasıyla nəticələnmişdir.
Lakin 1992-ci ilin yay aylarında, qələbənin yaxın olduğu bir vaxtda, hətta Xankəndinə 20 km dən də az məsafə qaldığı bir vaxtda Müdafiə Naziri Rəhim Qazıyevin 01/56 saylı əmrinə əsasən Gəncə batalyonu da daxil olmaqla, bütün könüllü batalyonlar ləğv edildi. Bundan sonra biz silahlarımızı Müdafiə Nazirliyinə təhvil verərək, bütün heyətlə qayıtdıq Gəncəyə. Ama keçmiş Müdafiə Nazirimizin bu qərarını mən bugünəcən də başa düşmədim.
Gəncə batalyonunun biz döyüşçüləri bu halı özümüzə təhqir bilmiş və prezident səviyyəsində məsələ qaldırdıq və buna cavab olaraq bizi Şəmkirdəki Seyfəli poliqonuna yerləşməyimizə və yenidən təşkil olunmağimiza razılıq verildi. Həmin ərəfədə də Gəncə hərbi prokurorluğu çox təəssüfedici bir qərar çıxartdıki, Mehman mütləq 002 saylı qarnizonun tərkibundə döyüş əməliyyatlarında iştirak etməlidir. Lakin Mehmanın döyüşlərdə aldığı çox saylı qəlpə yaraları onun səhhətini dözülməz hala salmışdır. Ona görə Mehman həmin vaxt korpus komandiri olan Sürət Hüseynova ərizəylə müraciət etmiş və ərizəsi müsbət qəbul edilmiş, səhhətiylə bağlı onun döyüşlərdən azad olması, korpus komandirinin şəxsi imzasıyla təsdiq edilmişdir.
Çox təəssüflə qeyd etmək istərdimki 1993-cü illər Azərbaycanda daxili siyasi vəziyyət çox gərgin halda idi, belə gərginliyin nəticəsində də 4 iyun Gəncə qırğını baş verdi. 4 iyun qırğını bütünlüklə gözlərimin qabağında baş verib və bu qanlı tarix mənim həyatıma elə bir sağalmaz yara vurubki, bu yara mənimlə birgə qəbrə gedəcək.
4 iyun, 1993-cü il tarixində səhər saatlarına Dövlət qoşunları tərəfindən Gəncə şəhərində yerləşən 709 saylı hərbi hissəyə hücum oldu. Mən Mehmanla ora çatanda gördük ki, çox qarışıqlıqdı, Mülkü əhaliylə hərbçilər bir birinə qarışmış vəziyyətdə idilər. Mehman mənə göstəriş verdiki dərhal əhalini hərbi hissənin ətrafından uzaqlaşdırmaq lazımdır. Mən çalışdıqca mülki əhalini həmin ərazidən uzaqlaşdırdım. Sonra Mehmanla birgə hərbi hissəyə daxil olanda gördükki, dövlət qoşunları hərbi hissəni mühasirəyə alıb və silahdan istifadə edirlər. Bu vaxt yaxınlıqdaki PDM lər döyüş vəziyyətindəydilər. Mehman bunu görüb onları söndürməyi əsgərə əmr etdi və birini özü söndürdü. O birini də əsgər özünü itirdiyindən söndürə bilmirdi, həmin PDM də özü söndürdü. Sonrada ağ cib yaylığını yuxarı qaldıraraq “Qardaşlar, qardaş qardaşa güllə atmaz. Silahları endirin.” deyərək çagırdı. Bir anda silahlar susdu. Mehmanın əmrinə tabe olaraq hamı silahı endirdi. Sevindik ki, yəqin atəş dayandı. Ancaq qəfil güllələr açıldı, Mehman və yanındakı silahdaşları atəşə tutuldular. Qardaşım elə yerindəcə həlak oldu. Onun vücuduna pərakəndə şəkildə 18 güllə dəymişdi. Güllələr boyun, əl, qarın nahiyəsindən dəymişdi. Qardaşıma atəş açanlar Qazax taborunun dəstəsindən idi. Çünki mən onların biriylə söhbət etmişdim, mənə demişdiki “Bizim komandir İsa Sadıqovu Surət hüseynov həbs etmişdir, buna görə qisas alırıq biz.” Həmin taborun əsgərləri Mehmanı vurandan sonra maşınlarına oturub, sürətlə sürüb, hələ hərbi hissənin divarını dağıdıb qaçdılar. Sonra Mehmanın vurulması hərbi hissənin bütün heyətini hiddətləndirmiş, buna cavab olaraq dövlət qoşunlarına dayanmadan atəş açmışdılar. Nəticədə ölənlər, yaralananlar oldu. Bəziləridə girov götürüldü. 709-saylı hərbi hissədə və Gəncə hava limanında şiddətli atışmalar getdi, Surətçilər hava limanını tutandan sonra Dövlət qoşunları limanı bombalamaq da istəmişlər.
Hətta Qazax taboru o qədər başıpozulmuş və azgınlaşmış halda idiki , onlar bilərəkdən ya bilməyərəkdən oz hərbiçiləri Müşfiqi də güllələmişdilər. Onun meyidini necə sürüklədikləri hələ də gözümün qabağındadı.
Araşdırdığım müəyyən məlumatlara əsasən deyə bilərəmki, Gəncəyə hücüm planı, “ Tufan əməliyyatı ” həm Prezident, həm Ali Sovet, həm Daxili İşlər Naziliyi, həm Müdafiə Nazirliyi, həm də Milli Təhlükəsizlik nazirliyinin diqqət mərkəzində olmuş, əməliyyata Qazax hərbi taboru, Daxili qoşunlar, MTN qüvvələri, Prezident qvardiyası və s qoşun növləri cəlb edilmişdir. 709 saylı hərbi hissənin yaxınlığındakı binaların damlarına hərbi hissəni vurmaq üçün snayperlər və digər atıcı silahları yerləşdirilmişdir. Bir epizodu da qeyd edim ki, Daxili Qoşunların komandiri Fəhmin Hacıyevin Gəncə şəhərini Hava Qüvvələri vasitəsilə bombalanması təkilifi də həmin “Tufan ”əməliyyatının tərkibində idi.
İndi üzümü tuturam xalqıma və sorucuram, bir Sürət hüseynovun təslim olmasından ötrü bu qədər qoşunun Gəncəyə hücümü, Gəncənin bombalanması planı hansı vicdana, hansı məntiqə uyğundur? Bu qədər günahları ola ola bəzi xainlər nə üzlə mənim qardaşımın haqqında agızlarına gələn böhtanı və şəri danışırlar. Guya Mehmanı Surətçilər güllələyib, sonra dedilər öz əsgəri arxadan güllələyib. İndi də yazırlar Mehmanı Rus kəşfiyyatçıları güllələyib. Mehmanı mənim yanımda güllələləyiblər, sizin yox. Bu yalan və fırıldaqlardan nə vaxt əl çəkəcəksiz?
Sürət Hüseynov əsl Vətən oğlu ola ola, ona xain və qiyamçı adını qoyublar. Mən demişəm, yenədə deyirəm, Sürət Hüseynov qiyamçı deyil, xain deyil, satqın deyil. Sürət xalqının qəhrəman oğludur. Əsl satqınlar və xainlər tezliklə ifşa olacaqlar.
Aşkar şəkildə bildirirəmki, kimlərki ki, bizim Vətən övladlarının qanına bais olublar, Gəncə hadisəsinin səbəbkarlarıdırlarsa, aradan illər keçsədə, əgər daxillərində qeyrət və vicdan hissi duyurlarsa, şəhid olmuş övladlarımızın analarından əhf diləsinlər, xalqın qarşısında cavab versinlər. Əks halda qüdrətli allah onların nə bu dünyalarını, nə də o dünyalarını bağışlamayacaq.
Bu dediklərimin hamısının məsuliyyətini üzərimə götürürəm. Əgər mənim bu danışdıqlarımla kimsə razılaşmırsa, kiminsə iradı varsa, Mehmanın, Sürət Hüseynovun və bütünlüklə Gəncə hadisəsi haqqında mənim bilmədiyim nəyisə daha yaxşı bilirsə, mənimlə üz üzə gəlməyə dəvət edirəm.

Ответить

Вернуться в «Yaxın Tariximiz»