1993-cü il, 4 iyun Gəncə hadisələri

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 13 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#21 Сообщение revolution » 23 дек 2013, 23:29

Fərəc Guliyev 1995-2002 həbsdə olub.Axsam evə gedirdi səhər razvoda gəlirdi.Belə də həbs olar?

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 13 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#22 Сообщение revolution » 24 дек 2013, 01:31


Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#23 Сообщение Nazim Bayram » 11 дек 2014, 07:40

Smerş, fikir verdinsə, mən, bizim "4 oktyabr"la bağlı həbsimizdən sonrasını da qeyd elədim ki, hətta o zaman da heç birimizə "4 iyunla" bağlı ittiham irəli sürülmədi. O zaman S. Hüseynovu və bizi bircə Kennedinin ölümündə ittiham etmədilər və "4 iyun"da.
Əgər dediyin kimi, "... солдат ,если он подымает руку,винтовку,камень против своего гланокомандующего,он считается восставшими нарушившим присягу....", onda əlbəttə bu qiyamdı. Olmayıbsa, deməli qiyam deyil.
Anlayıram, azərbaycanlıları dalana salan sual- 4 iyun qiyam deyildisə, onda niyə AXC iqtidardan uzaqlaşdırıldı? Səbəbi çox aydın və sadədi. AXC iqtidarı hansısa məlumatlarına əsasən(konkret desək, S. Əkbərovun və H. Hacızadənin falşivkaları əsasında) belə qənaətə gəlmişdi ki, "S. Hüseynov onları devirəcək". Bu, onların ağlına ilk dəfə deyildi ki, gəlirdi. 1-ci dəfə meydan xadimlərində bu kütləvi paranoya :doh: 92-ci ilin sonunda kəskinləşdi. Onda Seyfəlidə hazırlanan Azərbaycanın yeganə ehtiyat qüvvəsini 93-cü ilin yanvarında atdılar Ağdərə- Fərruh genişmiqyaslı hücuma. Sonu məlimdu- S. Hüseynovu hərbi vəzifələrdən uzaqlaşdırdılar.
Bunun davamında fevral-mart qarşıdurması baş verdi. Bu qarşıdurma S. Hüseynovun dövlətə tabe olmaması kimi qələmə verilsə də, gerçəkdə S. Hüseynov 2 OK-un qərargahını tərk etmədən, MN-nin təhvil-təslim komisiyasının iştirakı ilə korpusun anbarlarını ondan qanuni şəkildə qəbul olunmasını tələb edirdi :naughty: , çünki keçmiş komkor kimi maddi məsul şəxs idi. O çəkinirdi ki, bu gedişlə(gedişatın üzərində ayrıca dayanmıram) onu anbarlarda çatışmazlıqda və talançılıqda ittiham edə bilərlər. MN-i təhvil-təslim komisiyasını göndərəndən və komisiya işini bitirib, aktları tərtib edib, imzalayandan sonra S. Hüseynov bir nüsxəsini cibinə qoyub, korpusun ərazisini tərk etdi. "Bəylərin" yaratdıqları ajiotaj və boş hay-haray bu cür bitti.

Nəhayət paranoyanın yaz kəskinləşməsi yeni ajiotaja səbəb oldu. Lakin bu səfər "bəylər" işə "ciddi" yanaşdılar, çünki ölkədə bütün sahələrdə vəziyyət son dərəcə ağır idi və 91-ci ilin sonundan Ali Sovetdən kənarlaşdırılmış deputatlar Ali Sovetin sessiyasının çağırılmasını tələb edir, AXC iqtidarı isə P. Hüseynovun təbirincə desək, sessiyanın çağırılmasını dövlət çevrilişinə cəhd hesab edirdilər. Onda deputatlar, ADR-in təcrübəsindən ilhamlanaraq, sessiyanın çağırılmasını Bakıda təmin etməsələr, Gəncədə keçirəcəklərini dövlət rəhbərliyinə bəyan etdilər.
Bunun qarşısını almaq üçün AXC iqtidarı "S. Hüseynov faktorunu zərərsizləşdirmək" qərarına gəldilər, çünki AXC strateqlərinin qəti qənaətinə görə o, ona sadiq hərbi qüvvələrlə sessiyanın Gəncədə keçirilməsini təmin edə bilərdi. Sessiya isə P. Hüseynovun və İ. Qənbərovun istefasını tələb edə bilərdi. Məhz buna görə bu ikisi "Tufanın" təşkilatçıları və ideoloqları qismində çıxış etdilər. Yuxarıda qeyd etdiyim, İ. Qəmbərə yaxınlıqları ilə seçilən iki məmur "Tufan" keçirilməsini zəruri edən "əməliyyat məlumatları" bazası yaratdılar. Onlar Elçibəyin intellektinə və zəif xarakterinə bələd olduqlarından bilirdilər ki, o, bu məlumatların nə dərəcədə etibarlı olduğu ilə heç maraqlanmayacaq(daha doğrusu ağlına gəlməyəcək). Belə də oldu. 93-cü ilin mayın 26-i Dövlət təhlükəsizlik şurasında Elçibəy hələ heç bir qiyam törətməmiş Ali Sovetin deputatı S. Hüseynov barədə "ya həbs olunmalı, ya məhv edilməlidi" əmrini verdi. Lakin S. Hüseynovun deputat toxunulmazlığı var idi. Onu qaldırmaq üçünsə Hikinin və baytar həkimi Sulhəddinin tərtib etdikləri "filkina qramotalar" yetmirdi. Ona görə baş strateqlər İ. Qəmbərov və P. Hüseynov çox sadə çıxış yolu buldular- 709-cu briqadanı MN-ə itaətsizlikdə ittiham etmək, onun ləğvi bəhanəsiylə Gəncədə silahlı təxribat törətmək :violence-guntoting: və bu qarışıqlıqda S. Hüseynovu məhv etmək. Sonra isə ictimayətə məlumat vermək ki, Gəncədə rusiyapərəst hərbi müxalifət məhv edildi və qalanlarını da qorxuya salıb hakimiyəti bərkitmək. Məramları sadə olduğu kimi, dünən elmi laborantları icrasını da sadə sandılar. Lakin təxribat "provalitsa" oldu. Bakıda və bir sıra rayonlarda xalq AXC iqtidarına qarşı çoxsaylı etiraz mitinqlərinə çıxdı. Bu, artıq xalq hərəkatı idi.
Məhz bunun nəticəsində ölkədə yaranmış ağır vəziyətə dərin siyasi və hakimiyyət böhranı əlavə olundu. Böhrandan çıxmaq yolu kimi AXC iqtidarı tamamilə legitim yolla H. Əliyevi Bakıya gətirib, iyunun 13-ü istefa verərək yerini H. Əliyev üçün boşaltmış İ. Qəmbərin yerinə, H. Əliyevi MM-də səs çoxluğu ilə Ali Sovetə sədr seçdilər.
Elçibəy hələ bir əvvəl demişdi ki, "hakimiyyətə bir illik gəlirik". Ona görə komandasız qaldığını anlayaraq, S. Hüseynovu sadəcə qaçması üçün bəhanə edib, getdi Kələkiyə. Ali Sovetə sədr seçdilər. Yəni hakimiyyətin 4 iyunda Gəncədə keçirdikləri "Tufan" adlı silahlı təxribat ölkədə dərin siyasi və hakimiyyət böhranına səbəb oldu, nəticədə hakimiyyət tamamilə qanuni şəkildə H. Əliyevə təslim olundu.

Ancaq yenə də ürəyində hansısa xal qaldısa ki, Nazim özünə bəraət qazanmaq istəyir, bunu demişəm və deyəcəm- AXC iqtidarının hakimiyyətdən getməsində əlim olubsa, bunu Vətənimə ön böyük xidmət hesab edir və ömrümün sonucan bununla yalnız fəxr edərəm.

Yenə təgid edirsənsə ki, 4 iyun qiyamdı, icazənlə(artıq onsuzda vaxtından sui-istifadə etmişəm) bir filmi xatırladım. Hadisələr 18- 19-cu əsrdə baş verir. Bir holland gəlib Yaponiyaya döyüşkən keyfiyətlərinə görə samuray olur. Yaponiya imperatoru onu bir cəngavər kimi tanıyır və hörmətini saxlayır. Bir gün imperatora məlum olur ki, bu holland samuray Yaponiyay gəlməmişdən vaxtilə öz Niderland kralına qarşı qiyamda iştirak edib. İmperator onu yanına çağırtdırır və qəzəbli şəkildə ona- "sən kralına qarşı qiyam qaldırmısan! bilirsən ki, bunun cəzası edamdı?!", deyir. Samuray deyir, "bəli, bilirəm". İmperator- "özünə bəraət üçün nə deyə bilərsən?" Samuray- "bu, uğurlu qiyam olmuşdu", cavab verir. İmperator samuraya baxıb deyir, "bəli, bu, bəraətdi".
Nəzər alaq ki, Elşibəy kral deyildi. Özü də bir əvvəl hakimiyyəti devirərək, iqtidara gəlmişdi. Onu da nəzərə alaq ki, İnsan Haqları Bəyannaməsinin preambluasında çox aydın müddəa var- heç bir hakimiyyət xalqı özünə qarşı qiyama vadar etməməlidi. AXC iqtidarı xalqına qarşı bütün yazılmış və yazılmamış qanunları kobud sürətdə pozmuşdu və getməsi labüd idi. Belə bir yarıtmaz hakimiyyətin getməsində vətənpərvərləri təqsirləndirmək- ən azı hadisələrin real gedişatını kənara qoyub, hansısa formal priznaklarla "bukvoyed"lik etməkdi. ;)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146197
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#24 Сообщение smersh70 » 11 дек 2014, 11:32

Nazim Bayram писал(а):Smerş, fikir verdinsə, mən, bizim "4 oktyabr"la bağlı həbsimizdən sonrasını da qeyd elədim ki, hətta o zaman da heç birimizə "4 iyunla" bağlı ittiham irəli sürülmədi. O zaman S. Hüseynovu və bizi bircə Kennedinin ölümündə ittiham etmədilər və "4 iyun"da.
əzizim ,Sizi hakim edən Ənvər Seyidov idi...bir neçə il bundan qabaq o etiraf etdi ki, ona güclü təzyiq var idi və hakimiyyətin tapşı bələ idi ki, qarşıdurmadan əl çəkmək lazımdı... ona görə də Sizi bu işlərdə cəza etmədilər...Lakin ümumi baxanda, bu qiyama yox, cəzanı o bii işlərə görə verdilər...Eləmi,səhf etmirəmsə.....Cəzanı onsuzda verdilər...Yəni hakim verdi....Məhkəmə hakimiyyəti....Onun vicdanında idi bu işlər....
Qaldı əl qaldırmağa......
Siz elə dediniz ki,güya Gəncədə mirnı miting idi......Qvardiyanı kim güllədi, Vəzifəli şəxsləri kim tutdu...Kİmin ixtiyarı var ki,hakimiyyət nümayəndəsini tutasan, güllələyəsən,sonra da deyəsən ki, bu qiyam deyil....Faktiki qiyam idi, etiraf etsək də,etməsək də.... Siz yenə də öz fikirlərinizdə qalacaqsınız....Lakin adı məktəb kitablarında da bu öz əksini tapıb....
.Факт налицо...тут спорить.....---даже нету смысла....Наооборот в этот деле надо просто выявлять нераскрытые обьстоятельства...как раз все участники тут налицо--с одной стороны Вы,с другой-Миротворец....
Допустим некоторые утверждают,что ГРУ оставил тут светлых бойцов,выдававшихся за русских-бакинцев,которые и растреляли автобус в Гвардией....такие веши надо обсуждать...--а это было ли восстание или нет.....и в это деле хорошо сказал--Панах,наша вина-впоражении,а если бы НФА вас разоружило бы..то тогда что--осудили бы вас и на этом все закончилось бы...Вы фактически выиграли ,вот и не осудили.....Победителей не судят :character-oldtimer:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146197
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#25 Сообщение smersh70 » 11 дек 2014, 11:39

Nazim Bayram писал(а):ə yazılmamış qanunları kobud sürətdə pozmuşdu və getməsi labüd idi. Belə bir yarıtmaz hakimiyyətin getməsində vətənpərvərləri təqsirləndirmək- ən azı hadisələrin real gedişatını kənara qoyub, hansısa formal priznaklarla "bukvoyed"lik etməkdi.
но только не во время войны...Это приводит к ужасным последствиям....Представь,16 октября 41 года,НКВД арестовало бы Сталина,за то,что он отдал почти всю Рассею :shock: главное враг,а не внутренние склоки :character-oldtimer: тогда все мы были демократами,у нас главное было демократия и ее устои...А враг все приближался....Политик должен сперва прикрыть свои амбиции,как говорится все для фронта,все для победы,а потом уж меж собой воевать.....А у нашего миллятя на первом месте---власть иеще раз власть...ну и чего мы добились,когда шли ожесточенные бои,основные силы с обеих сторон втянуты были в разборки, вот и потеряли 20%.территории....и хачики смеются вместе с русскими.........

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#26 Сообщение mirotvores70 » 11 дек 2014, 12:31

Допустим некоторые утверждают,что ГРУ оставил тут светлых бойцов,выдававшихся за русских-бакинцев,которые и растреляли автобус в Гвардией....такие веши надо обсуждать...--а это было ли восстание или нет.....и в это деле хорошо сказал--Панах,наша вина-впоражении,а если бы НФА вас разоружило бы..то тогда что--осудили бы вас и на этом все
Dopustim deyəndə ki,mən illər kecdoikcə buna 1000 dəfə əmin oluram.Cünki,cox şeylər mənə müəmmalıdır. Bu haqda sabah inşaAllah yazacam. Mənim fikrimə görə və müşahidələrimə görə özünü Surətin döyüşcüləri adlandıranların arasında-hec Surətin və onun döyüşcülərinin tanımadığı-lakın məqsədli şəkildə özlərini belə adlandıranlar vardı.Arqumentlərim ağır ,böyük və faktlarladır. Elə Nazim də mənnə 100 faiz razılaşacaq.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#27 Сообщение mirotvores70 » 13 дек 2014, 14:31

QRU-nun burada iştirakına tam əminəm.
Burada QRU nun mən düşünürəm ki,zaman-zaman hazırladığı insanlar yox deyildi. O zaman Gəncədə parakəndə qüvvələr fəaliyyətdə idi. Əsasən Surətin dediyimiz qoşunlar kompakt olaraq hərəkət edirdilər. Lakin ücüncü qüvvə vardı ortada. Bunlar əsasən mülki geyinmiş,əllərində silah,özləri də hər addımda "Surət,Surət" qışqıran toplumlar idi. Onların vəzifəsi hər bir işi aqressiyaya cevirmək idi. Məsələn:
Gəncə dəmir yol vağzalı ,demək olar ki onların əlində idi. Sərbəst olaraq vağzalda göyü gülləbaran etməklə,sərnişinləri incitməklə,qatarda olan kişiləri"Bakının şpionları" adlandırmaqla düşürüb.incitməklə məşqul idilər.
Bu dəstənin bir hissəsi də DQ nın hərbi hissəsini təhvil götürəndə vardı.Onlar əsasən ELDAR ƏLİYEVLƏ və onu müşayət edən hərbcilərlə gəlmədilər.Sonradan HH-nin qabağına yığışmağa başladılar.
Eldar Əliyev deyir: Mən HH-nin bütün silah və sursatını qəbul edib təhvil vermişəm.Əslində yumşaq desək Eldar Əliyev yalan danışır. Cünki,HH-nin silah və sursatı sayılmadan,hec bir sənədə tərtib olunmadan maşınlara yığılırdı. Bu zaman isə bayırda olan həmən "mülki geyimlilər" bu silahlarda secib götürürdülər.Və bunun nəticəsidir ki,sonradan 22 AK -74,4 PM, 1 RPK, 1 KS-23 müxtəlif cinayətlərdə DİN strukturları tərəfindən götürüldü.
Belə ki ,məlum olur ELDAR ƏLİYEV hec də özü ilə gələn yaxud onlara sonradan qoşulan şəxsi heyət barədə məlumatsız idi və HH-ni təhvil-təslim vəzifəsini lazımi qaydalara uyğun aparmadı. Bundan əlavə başqa faktlar da var. Lakin mən demişdim bu hadisəni qurdalamayacam-cün həm mənim ücün ağırdı,həm də dostlarım ücün. :character-oldtimer:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#28 Сообщение qaqali01 » 14 дек 2014, 17:39

4 iyun Gəncə qiyamı[1] – Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı qiyam.

Heydər Əliyev və Sürət Hüseynov.jpg
4 iyun 1993 – Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.[2]

8 iyun 1993 – Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.[2]

9 iyun 1993 – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.[2]

13 iyun 1993 – Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.[2]

15 iyun 1993 – Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib.[2]

17 iyun 1993 – Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993 – Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalılının nəticəsiz geri dönməsindən sonra parlament Konstitusiyanın tələbini nəzərə alaraq prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

27 iyun 1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.

30 iyun 1993 – Milli Məclis prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Bu təyinat Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, S.Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#29 Сообщение mirotvores70 » 17 дек 2014, 11:37

Qaqali-biz bunu 100 lərlə dəfə oxumuşuq. Şəxsən özüm o zamanki hadisələrdə Dövlət tərəfdən iştirak etmişik. Mövzunun məğzi-tərəflərin dediyi iddialara aydınlıq gətirməkdir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#30 Сообщение mirotvores70 » 20 дек 2014, 13:25

Həə Smerş qağa -oxu atıb yayı gizlədib cıxdın aradan. :character-oldtimer:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Yaxın Tariximiz»