Səfəvilər

Eşitdiyimiz və öyrəndiyimiz
Автор
Сообщение
shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#21 Сообщение shahkulu » 05 дек 2013, 18:42

3.Şah Xətai yaradıcılığında Ələvi-Qızılbaş ideologiyası

Şah İsmayıl Xətayi dövrü Azərbaycanın dövlətçiliyinin,dilinin,ədəbiyyatının ən yüksək səviyyəsi və təntənəsi dövrüdür.Ondan öncə aşağı səviyyəli qara camaatın dili sayılan türk dili,türk-türkmən mədəniyyət nümunələri olan saz,dördlük şeir nümunələri qoşma,gəraylı,bayatı,varsağı saraya yol tapdı.Türk dili dövlət dili oldu.
XVI əsrdə Azərbaycan millətinin formalaşması üçün də münbit şərait yaranmışdı.Qızılbaş adı altında təkcə Ələvi-Qızılbaş inancına aid olan türk-türkmən tayfaları deyil həmçinin daha geniş anlamda Azərbaycan və Şərqi Anadoluda yaşayan eyni dildə danışan və eyni kökə malik olan tayfaların birliyi nəzərdə tutulurdu ki,məhz bu anlayış elə bugünkü anlamda işlətdiyimiz azərbaycanlı termininə tam mənada uyğun gəlməkdədir.Beləliklə tarixi mənbələrin təhlili onu deməyə tam əsas verir ki,qızılbaşlar dedikdə azərbaycanlılar,Qızılbaş dövləti dedikdə isə həmin bu azərbaycanlıların qurmuş olduğu dövlət-yəni Azərbaycan dövləti idi.
Yuxarıdakı bölümlərdə biz olduqca geniş bir şəkildə Qızılbaşlıq ideologiyasının və Qızılbaşlıq hərəkatının Azərbaycan xalqının formalaşmasında və Azərbaycan səltənəti uğrunda mübarizədə oynadığı rol haqqında danışmışdıq.Həmçinin Qızılbaşlıq ideologiyasının əsaslarını izah edən iki mühüm mənbədən biri kimi məhz Şah İsmayıl Xətainin divanını göstərmişdik.Bu bölümdə Xətayi divanından alıntılar gətirməklə və onu bu günkü Ələvi-Qızılbaş inancının əsasları və Şeyx Səfi və ya İmam Cəfər Buyruğu adlanan normativ sənədlərlə müqayisə edəcəyik.
Birinci fəsildə biz Ələvi-Qızılbaşlıq ideologiyasının əsasları barədə məlumat verərkən bildirmişdik ki,bu inancın əsasını tanrı ilə bəndə arasında olan eşq təşkil edir.Bu eşq özünü aşiqin məşuqa,talibin pirinə,Muhamməd Əliyə və 12 imama olan eşqində biruzə verir.Şah Xətayinin də yaradıcılığında məhz İlahi eşq,pir talib münasibətləri,qırxlara inam ümumiyyətlə ələvi-qızılbaşlıq inancının əsasını təşkil edən nə varsa hamısı öz yerini tapmışdır.Əsasən də İlahi eşq Xətayi yaradıcılığında qırmızı xətt kimi keçir.
Xətayi yaradıcılığında məşuq Haqq,ona qovuşmaq istəyən talib isə aşiqdir.Haqqın məkanını yalnızca insan və insanın qəlbi sayan Xətayi Haqqı yalnızca insanda görmək mümkün olduğuna inanır.

Bu üzdən didarda(cəmalda,üzdə,gözəllikdə) Haqqı arayan,ancaq kamil gözəlliyə baxıb ibrət almaqla Haqqı görmək və dərk etmək mümkün olduğuna inanan Xətayi bu üzdən insanın səcdəyə layiq olduğunu vurğulayır:

Vücudim şəhrin seyr edib gəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.
Həmən bir nəsnədə qaldı nəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.

Bir gözəlin vücudunun şəhrinə,
Bax, nəzər eylə də həmən arif оl.
Dükanında dedigin mətaına
Bax, nəzər eylə də həmən arif оl.

Məhəbbət xaslar xasıymış,
Etməyən haqqın nəsiymiş,
Sevgi haqqın sevgisiymiş,
Ərənlər nə der buraya?

Aqil, gəl bəri, gəl bəri,
Gir könülə nəzər eylə.
Görür göz, eşidir qulaq,
Söylər dilə nəzər eylə.

Sən haqqı yabanda arama, sağın,
Uyduysan qəlbinə, həq sana yaxın,
Adəmə xоr baxma, kəndini saqın,
Cümləsin adəmdə buldum, ərənlər.


İlahi sufiyanə eşq motivi Şah Xətayinin Dəhnaməsində tapır-oradakı Aşiq-simvolik olaraq talib,məşuq isə Haqqdır-aşiqin məşuq arasında gedən macəralar isə məhz simvolik anlamda Haqqa qovuşmaq istəyən talibin keçdi-
yi yolu və çəkdiyi iztirabları simvolizə edir.
Şah Xətayinin yaradıcılığında pir-talib münasibətləri,dədələrə hörmət,yol əhli olmaq məsələləri,pirlərin,rəhbərlərin yolunu tutmaq izi ilə getmək məsələsi də öz əksini tapmışdır.

Talib demə pir yanında utana,
Talib dönməz pir yanında ötənə.
Güman ilə yatur оlsa sitəmə,
Yuma оnda murdar göndər sininə

Pir оldur ki, pir yurdunda оtura,
Talibin nöqsan yerini yetirə,
Təsəlli verübən yоla gətirə,
İrişdirə dörd qapunun cəminə.


Ərənlərin ərkanına, yоluna,
Ta əzəldən talib оldum, ərənlər.
Can ilə könüldən durdum, düşündüm,
Bu gün mürşüdümü buldum, ərənlər.

Can ilə könüldən gəzdim, aradım,
Həqqin didarını görmək muradım,
Didar ilə məhəbbətdir tələbim,
Ya bu gün, ya yarın öldüm, ərənlər.

Gəl könül, pirlərin nəsihətini
Biz tutalım, tutmayanda nəmiz var?
Dоst məhəbbətini məhəbbətmizə
Biz qatalım, qatmayanda nəmiz var?

Yenə haq səndədir sən sənə baxa,
Sən sənə baxıb da sən səndən qоrxa,
İxlas ilə niyazımızı haqqa
Biz edəlim, etməyəndə nəmiz var?

Qalxdı, havalandı könlün quşu,
Qоvğa, qeybət etmək kötünün işi,
Ustadın tanımaz bunda hər kişi,
Оnun kim mürşüdü ər оlmayınca.

Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi оlmayanlar dərdə tuş оlmaz,
Mürşidsiz, rəhbərsiz yоllar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?

Ələvi-qızılbaşlıq ideologiyasında əsas yerlərdən birini tutan Dörd qapı qırx məqam da Xətayi yaradıcılığında mühüm yeri tutut.
Ala gözlü pirim gəldi
Duyan gəlsin işdə meydan
Dörd qapıyı qırx məqamı
Bilən gəlsin işdə meydan

Dörd qapu, qırx məkan, yetmiş iki qat
Məhəbbət dedigin təcəlliyi-zat,
Mö’minə, müslümə, xeyir, nəsihət,
Məhəbbətdən keçən haqdan da keçər.


Ələvi qızılbaşlığın təməl inanışlarından olan Qırxlara inam Şah Xətai poeziyasında olduqca tez tez xatırlanır.Ən əsas məlumatlar isə Meracnamədə verilir.Meracnama Ələvilərin cəm ibadəti zamanı saz eşliyində ifa olunur.Bundan əlavə Xətayinin gəraylılarında qoşmalarında qırxlar haqqında məlumatlar vardır:

Qırxlar meydanına vardım
Gəl bərü ey can dedilər
İzzət ilə səlam verdim
Gəl işdə meydan dedilər
.

Bundan əlavə Şah İsmayıl Xətainin yaradıcılığında Cəm ibadəti və 12 xidmət haqqında da şerləri vardır:

Haktan bize nida geldi
Pirim sana beyan olsun
Şahdan bize name geldi
Rehberime haber olsun

Şah kuluna kıldı nazar
Dört kalıptan adem süzer
Zeval gelmiş cemi bozar
Gözcü sana haber olsun

Zakirin zikri saz ile
Kuran okur avaz ile
Mümin müslim niyaz ile
Zakirlere haber olsun

Hak kuluna nazar eyler
Hakkın kelamını söyler
Mümin gelmiş mürvet diler
Peyik sana haber olsun

Mümin yolun yakın ister
Münkirlerden sakın ister
Delil yanmaz yağın ister
Delilciye haber olsun

Bu yola giden nâcidir
Erenler kardeş bacıdır
Cem kilidi kapıcıdır
Kapıcıya haber olsun

Zakirlerin zikri sazdır
Okunan deyiş düvazdır
Mümin hak ile niyazdır
Niyazcıya haber olsun

Hak kuluna kıldı rahmet
Sana niyaz Ya Muhammed
Hizmet görüldü muhabbet
Tezekere haber olsun

Yola giden haslar hası
Mümin giyer Hak libası
Doldur ver engürün tası
Sakkacıya haber olsun

ŞAH Xətayi’m varı geldi
Müminlerin kârı geldi
Hakkın armağanı geldi
İznikçiye haber olsun

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#22 Сообщение shahkulu » 05 дек 2013, 18:48

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

ÜMUMİLƏŞDİRİCİ ƏSƏRLƏR.
Azərbaycan dilində
Azərbaycan tarixi(ən qədim çağlardan 1870-ci ilə qədər) S.Əliyarlının redaktəsi ilə-Bakı.1996
Azərbaycan tarixi-Y.Yusifov və Z.Bünyadovun redaktəsi ilə Bakı-1994
Azərbaycan tarixi (7 cilddə) III cild-B- 2007
Azərbaycan tarixi( 3 cilddə) -II cild.B- 1964
Azərbaycan tarixi .Mahmud İsmayıl-B- 1992
Yaxın və Orta Şərq ölkələri tarixi (2 cilddə) I cild.(Gülxanım Qarayevanın re- daktəsi ilə)
Şah İsmayıl Xətayi (Səfəvi) Divanı:Külliyatı-Bakı 2004

Rus dilində
История стран Азии и Африки(Средние века) т-2.
История Ирана с древнейших времен до конца XVIII века(под.пед.В.В.Струве) Л-1958
Всемирная история. Энциклопедия. Том 4. (1958 год)
Хрестоматия по Исламу.Переводы с арабского введение и примечание.Москва 1994.
И.М.Фильштинский.История арабов и Халифата(750-1517).Москва 2006
Türk dilində
A.R.Uğurlu.Aşk-ı Muhabbet.Cem yayınları.İstanbul 2009
A.Uğurlu.Alevilikde Cem ve Musahiblik.Ankara 1996.
İ.Arslanoğlu. Şah İsmail Hatayi ve Anadolu Hatayileri. İstanbul.1992

QAYNAQLAR
Şeyx Səfi təzkirəsi(“Səffat əs Səfa”-nın XVI əsr türkcə tərcüməsi)-Bakı 2010
“Şah Təhmasib təzkirəsi”-Bakı 1996
İskəndər Bəy Münşi.Tarix-i Aləm aray-i Abbasi.1-ci cild.Bakı 2010
Xacə Zeynəl-əbdin Əli Əbdi bəy Şirazi.”Təkmilatül-Əxbar”.Bakı 1996
A.A.Bakıxanov.”Gülüstan-i İrəm” Bakı 2000
“Azərbaycan tarixi üzrə qaynaqlar “ B-2008
“Buyruk”, Hazırlayan: Fuad Bozkurt, İstanbul, 1982
Фазлаллах Рашидаддин:Сборник летописей.(vosltit.info)
Tarix-i alam aray-i Sefevi(vostlit.info)
Şah İbrahim ocağından gelen bir Şeyh Safi buyruğu//Şah İbrahim Veli Ocağı/-2007.

TƏDQİQAT ƏSƏRLƏRİ
Azərbaycan dilində
M.Abbaslı.Şah İsmayıl Xətayinin həyat yolu.Bakı 1981
Y.M.Mahmudov.Səyyahlar,kəşflər,Azərbaycan,Bakı 1985
Məmmədov Z.C.Azərbaycan fəlsəfəsi tarixi.Bakı 1994
Y.M.Babayev.XIII-XIV əsrlərdə Anadilli lirik şeirimizin inkişaf yolu.Bakı 2009
Y.M.Babayev.Təriqət ədəbiyyatı:Sufizm,Hurufizm.2009
Belyayev İ.A:”Müsəlman təriqətləri” B-1958
O.Əfəndiyev: ”Azərbaycan Səfəvilər dövləti” B-1993
Ş.Fərzəliyev: ”Azərbaycan XV-XVI əsrlərdə” (Həsən bəy Rumlunun “Əhsən-ət Təvarix “ əsəri üzrə)B-1983
R.Dadaşova:”Səfəvilərin son dövrü”(ingilis tarixşünaslığında) B-2003
E.Qarayev:”Azərbaycan XVIII əsr Avropa rus səyyahlarının əsərlərində” B-2005
R.S.Hüseynli:Azərbaycan ruhaniliyi XVIII yüzilin sonu XIX yüzilin ortalarında(dissertasiya )-1996.
S.Əliyarov.Azərbaycanda bidətçilik hərəkatına dair mənbələrin araşdırma təcrübəsindən-AFM, I buraxılış,Bakı,1983.
S.F.Nağıyev.Qızılbaşlar.Bakı 1997.
Rus dilində
А.А.Рахмани:Азербайджан в конце XVI и в XVII веке(1590-1700 гг.)Бaку 1981
А.А.Рахмани.Тарих-и Алам арай-и Аббаси как источник по истории Азербайджана.Баку 1960
А.С.Сумбатзаде.Азербайджанцы-этногенез и формирование народа.Баку 1990
В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира.соч.т2.ч1.Москва 1963
В.В.Бартольд.Краткий обзор истории Азербайджана.соч.т2.ч1.Москва 1963.
В.В.Бартольд.Халиф и Султан.соч.т6.Москва 1966
В.В.Бартольд.Культура мусулманства.Моксва 1971
И.П.Петрушевский.Ислам в Иране VII-XV вв.Ленинград 1966
И.П.Петрушевский.Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв.Ленинград 1949


Türk dilində
Faruk Sümer.Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü,Ankara 1976.
Nihat Çetinkaya,Kızılbaş Türkler.İstanbul 2009.
İsmail Kaygusuz.Anadolu Aleviliyinin Kızılbaş siyasetinden kesitler.//Şah İbrahim Veli Ocağı-2010.
İsmayil Kaygusuz.Şah Hatayi kimdir? (http://kigionline.net/" onclick="window.open(this.href);return false; )
F. Kılıç,T.Bülbül.Erdebil dergahının Anadolu Aleviliyindeki yeri//Şah İbrahim Veli Ocağı-2007.
H.Aksüt. Şeyh İbrahim Ocağının Talibi Olan Oymak ve Obaların Tarihi//Şah İbrahim veli ocağı-2007/
H. Aksüt: Safevi Türkmenlerinin Türkiye'deki Emmidaşları.2007
Aleviliğin Anadolu'da tarihsel gelişimine kısa bir bakış/ (http://www.aleviweb.com/forum/showthrea ... 265&page=3" onclick="window.open(this.href);return false;)
Aziz KILINÇ.ALEVÎ BEKTAŞÎ GELENEĞİNDE VASİYET VE BUYRUK ÜZERİNE.Istanbul 2010.
Mehmet YAMAN.Cem ibadeti.İstanbul 1998.

İNTERNET RESURSLAR.
http://vostlit.info/" onclick="window.open(this.href);return false; -Средневековые исторические источники
http://istoriya.ucoz.com/" onclick="window.open(this.href);return false; -Исторический сайт: "История".
http://historic.ru/" onclick="window.open(this.href);return false; Всемирная история
http://history.az/" onclick="window.open(this.href);return false; Azərbaycan tarixi portalı
http://www.sahibrahimveli.com/" onclick="window.open(this.href);return false; Şah İbrahim Veli Ocağı
http://www.alevibektasi.org/" onclick="window.open(this.href);return false; Alevi-Bektaşi sitesi.
http://www.aleviweb.com/" onclick="window.open(this.href);return false; Alevi forumu
http://www.cemevi-gooi.nl/dosyalar/Alevilik_nedir.html" onclick="window.open(this.href);return false; Alevilik nedir?

Одиссей
партизан
Сообщения: 3764
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 617 раз

Re: Səfəvilər

#23 Сообщение Одиссей » 01 июл 2014, 05:53

[youtube][/yout
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#24 Сообщение shahkulu » 11 июн 2015, 21:48

Одиссей писал(а):[youtube][be]
Bu Guntayi ne meqsedle qoymusunuz bura??Guntay Turkiyede xususi qurumlar terefinden maliyye desteyi alib-Azerbaycanda anti Sefevi ve anti Shie tebligati aparmaga calisan axmagin boyuyudur...o hec ne yazdigini ne danisdigini da bilmir

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 150791
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11479 раз
Поблагодарили: 16349 раз

Re: Səfəvilər

#25 Сообщение smersh70 » 25 фев 2023, 19:22


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 150791
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11479 раз
Поблагодарили: 16349 раз

Re: Səfəvilər

#26 Сообщение smersh70 » 19 июн 2024, 05:05


Ответить

Вернуться в «Uzaq Tarix»