Re: Səfəvi Qızılbaş ruhaniliyi
Добавлено: 05 дек 2013, 18:42
3.Şah Xətai yaradıcılığında Ələvi-Qızılbaş ideologiyası
Şah İsmayıl Xətayi dövrü Azərbaycanın dövlətçiliyinin,dilinin,ədəbiyyatının ən yüksək səviyyəsi və təntənəsi dövrüdür.Ondan öncə aşağı səviyyəli qara camaatın dili sayılan türk dili,türk-türkmən mədəniyyət nümunələri olan saz,dördlük şeir nümunələri qoşma,gəraylı,bayatı,varsağı saraya yol tapdı.Türk dili dövlət dili oldu.
XVI əsrdə Azərbaycan millətinin formalaşması üçün də münbit şərait yaranmışdı.Qızılbaş adı altında təkcə Ələvi-Qızılbaş inancına aid olan türk-türkmən tayfaları deyil həmçinin daha geniş anlamda Azərbaycan və Şərqi Anadoluda yaşayan eyni dildə danışan və eyni kökə malik olan tayfaların birliyi nəzərdə tutulurdu ki,məhz bu anlayış elə bugünkü anlamda işlətdiyimiz azərbaycanlı termininə tam mənada uyğun gəlməkdədir.Beləliklə tarixi mənbələrin təhlili onu deməyə tam əsas verir ki,qızılbaşlar dedikdə azərbaycanlılar,Qızılbaş dövləti dedikdə isə həmin bu azərbaycanlıların qurmuş olduğu dövlət-yəni Azərbaycan dövləti idi.
Yuxarıdakı bölümlərdə biz olduqca geniş bir şəkildə Qızılbaşlıq ideologiyasının və Qızılbaşlıq hərəkatının Azərbaycan xalqının formalaşmasında və Azərbaycan səltənəti uğrunda mübarizədə oynadığı rol haqqında danışmışdıq.Həmçinin Qızılbaşlıq ideologiyasının əsaslarını izah edən iki mühüm mənbədən biri kimi məhz Şah İsmayıl Xətainin divanını göstərmişdik.Bu bölümdə Xətayi divanından alıntılar gətirməklə və onu bu günkü Ələvi-Qızılbaş inancının əsasları və Şeyx Səfi və ya İmam Cəfər Buyruğu adlanan normativ sənədlərlə müqayisə edəcəyik.
Birinci fəsildə biz Ələvi-Qızılbaşlıq ideologiyasının əsasları barədə məlumat verərkən bildirmişdik ki,bu inancın əsasını tanrı ilə bəndə arasında olan eşq təşkil edir.Bu eşq özünü aşiqin məşuqa,talibin pirinə,Muhamməd Əliyə və 12 imama olan eşqində biruzə verir.Şah Xətayinin də yaradıcılığında məhz İlahi eşq,pir talib münasibətləri,qırxlara inam ümumiyyətlə ələvi-qızılbaşlıq inancının əsasını təşkil edən nə varsa hamısı öz yerini tapmışdır.Əsasən də İlahi eşq Xətayi yaradıcılığında qırmızı xətt kimi keçir.
Xətayi yaradıcılığında məşuq Haqq,ona qovuşmaq istəyən talib isə aşiqdir.Haqqın məkanını yalnızca insan və insanın qəlbi sayan Xətayi Haqqı yalnızca insanda görmək mümkün olduğuna inanır.
Bu üzdən didarda(cəmalda,üzdə,gözəllikdə) Haqqı arayan,ancaq kamil gözəlliyə baxıb ibrət almaqla Haqqı görmək və dərk etmək mümkün olduğuna inanan Xətayi bu üzdən insanın səcdəyə layiq olduğunu vurğulayır:
Vücudim şəhrin seyr edib gəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.
Həmən bir nəsnədə qaldı nəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.
Bir gözəlin vücudunun şəhrinə,
Bax, nəzər eylə də həmən arif оl.
Dükanında dedigin mətaına
Bax, nəzər eylə də həmən arif оl.
Məhəbbət xaslar xasıymış,
Etməyən haqqın nəsiymiş,
Sevgi haqqın sevgisiymiş,
Ərənlər nə der buraya?
Aqil, gəl bəri, gəl bəri,
Gir könülə nəzər eylə.
Görür göz, eşidir qulaq,
Söylər dilə nəzər eylə.
Sən haqqı yabanda arama, sağın,
Uyduysan qəlbinə, həq sana yaxın,
Adəmə xоr baxma, kəndini saqın,
Cümləsin adəmdə buldum, ərənlər.
İlahi sufiyanə eşq motivi Şah Xətayinin Dəhnaməsində tapır-oradakı Aşiq-simvolik olaraq talib,məşuq isə Haqqdır-aşiqin məşuq arasında gedən macəralar isə məhz simvolik anlamda Haqqa qovuşmaq istəyən talibin keçdi-
yi yolu və çəkdiyi iztirabları simvolizə edir.
Şah Xətayinin yaradıcılığında pir-talib münasibətləri,dədələrə hörmət,yol əhli olmaq məsələləri,pirlərin,rəhbərlərin yolunu tutmaq izi ilə getmək məsələsi də öz əksini tapmışdır.
Talib demə pir yanında utana,
Talib dönməz pir yanında ötənə.
Güman ilə yatur оlsa sitəmə,
Yuma оnda murdar göndər sininə
Pir оldur ki, pir yurdunda оtura,
Talibin nöqsan yerini yetirə,
Təsəlli verübən yоla gətirə,
İrişdirə dörd qapunun cəminə.
Ərənlərin ərkanına, yоluna,
Ta əzəldən talib оldum, ərənlər.
Can ilə könüldən durdum, düşündüm,
Bu gün mürşüdümü buldum, ərənlər.
Can ilə könüldən gəzdim, aradım,
Həqqin didarını görmək muradım,
Didar ilə məhəbbətdir tələbim,
Ya bu gün, ya yarın öldüm, ərənlər.
Gəl könül, pirlərin nəsihətini
Biz tutalım, tutmayanda nəmiz var?
Dоst məhəbbətini məhəbbətmizə
Biz qatalım, qatmayanda nəmiz var?
Yenə haq səndədir sən sənə baxa,
Sən sənə baxıb da sən səndən qоrxa,
İxlas ilə niyazımızı haqqa
Biz edəlim, etməyəndə nəmiz var?
Qalxdı, havalandı könlün quşu,
Qоvğa, qeybət etmək kötünün işi,
Ustadın tanımaz bunda hər kişi,
Оnun kim mürşüdü ər оlmayınca.
Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi оlmayanlar dərdə tuş оlmaz,
Mürşidsiz, rəhbərsiz yоllar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?
Ələvi-qızılbaşlıq ideologiyasında əsas yerlərdən birini tutan Dörd qapı qırx məqam da Xətayi yaradıcılığında mühüm yeri tutut.
Ala gözlü pirim gəldi
Duyan gəlsin işdə meydan
Dörd qapıyı qırx məqamı
Bilən gəlsin işdə meydan
Dörd qapu, qırx məkan, yetmiş iki qat
Məhəbbət dedigin təcəlliyi-zat,
Mö’minə, müslümə, xeyir, nəsihət,
Məhəbbətdən keçən haqdan da keçər.
Ələvi qızılbaşlığın təməl inanışlarından olan Qırxlara inam Şah Xətai poeziyasında olduqca tez tez xatırlanır.Ən əsas məlumatlar isə Meracnamədə verilir.Meracnama Ələvilərin cəm ibadəti zamanı saz eşliyində ifa olunur.Bundan əlavə Xətayinin gəraylılarında qoşmalarında qırxlar haqqında məlumatlar vardır:
Qırxlar meydanına vardım
Gəl bərü ey can dedilər
İzzət ilə səlam verdim
Gəl işdə meydan dedilər.
Bundan əlavə Şah İsmayıl Xətainin yaradıcılığında Cəm ibadəti və 12 xidmət haqqında da şerləri vardır:
Haktan bize nida geldi
Pirim sana beyan olsun
Şahdan bize name geldi
Rehberime haber olsun
Şah kuluna kıldı nazar
Dört kalıptan adem süzer
Zeval gelmiş cemi bozar
Gözcü sana haber olsun
Zakirin zikri saz ile
Kuran okur avaz ile
Mümin müslim niyaz ile
Zakirlere haber olsun
Hak kuluna nazar eyler
Hakkın kelamını söyler
Mümin gelmiş mürvet diler
Peyik sana haber olsun
Mümin yolun yakın ister
Münkirlerden sakın ister
Delil yanmaz yağın ister
Delilciye haber olsun
Bu yola giden nâcidir
Erenler kardeş bacıdır
Cem kilidi kapıcıdır
Kapıcıya haber olsun
Zakirlerin zikri sazdır
Okunan deyiş düvazdır
Mümin hak ile niyazdır
Niyazcıya haber olsun
Hak kuluna kıldı rahmet
Sana niyaz Ya Muhammed
Hizmet görüldü muhabbet
Tezekere haber olsun
Yola giden haslar hası
Mümin giyer Hak libası
Doldur ver engürün tası
Sakkacıya haber olsun
ŞAH Xətayi’m varı geldi
Müminlerin kârı geldi
Hakkın armağanı geldi
İznikçiye haber olsun