QAZI-Nazim Bayram

Tanıt özünü vətən oğlu.
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 123-cü alay.

#21 Сообщение Nazim Bayram » 21 окт 2013, 17:28

mirotvores70 писал(а):Nazim bəy,123-cü alayın bilavasitə Daxili Qoşunlarla əlbir əməliyyatlarından yazmanızı xahiş edirəm. Cünki Ağdərə zonasında bir cox əməliyyat və döyüş pozisiyalarında bu alayın döyüşcüləri ilə əlaqəmiz olub. Mənim yadımdadır. Amma adlarını yaddan cıxarmışam. Yaş o yaş deyil, 20 il kecib. Əsasən məni yaralananda tərtərə catdırmış tankcı kapıtanı axtarıram. Uzun arıq bir oğlandı. Üzü təmiz qırxılmış.Duman kimi yadıma gəlir-ya 145 ya 45 yazılmışdı tankda.
123-cü alay və DQ bütövlükdə müxtəlif istiqamətlərdə hərəkət etmələrinə baxmayaraq, bir neçə əməliyyatlarda birgə hərəkət ediblər.
Əvvəlcə onu da qeyd edim ki, 92-ci ilin mayın sonlarından Yevlax Yun ilkin tədarükü kombinatında qəbul edilib, h/h və bölmələrə paylaşdırılan könüllülərin hamısı 123-cü alaya daxil deyildilər, amma döyüş hazırlıqlarını 123-cü alayın stansiya Mingəçevirdəki təlim mərkəzində keçdiklərinə görə, xalq arasında onları da 123-cü alay yaxud “Sürətin dəstəsi” kimi qəbul edirdilər. Bu dəstələr Yevlaxdan, 123-cü alayın bazasından təhciz olunurdular.
Belə, 123-ün təlim bazasında hazırlıq keçmiş bir böyük dəstə(ancaq 123-ə daxil olmayan) 12 iyun 92-ci ildə Fred Asifin batalyonu ilə Naxçivanik və Pircamalda döyüşürdülər. Bizdə döyüş hazırlığı keçmiş bir dəstə iyun 92-ci il hücumu zamanı həmçinin Sırxavənd istiqamətində hərəkət edən Milli Ordunun və könüllü dəstələrin tərkibində vuruşurdular.

Bilavasitə 123-cü alayın DQ-ın bölmələri ilə ilk döyüş əlaqələndirməsi 92-ci ilin iyulun sonlarında Məniklinin üstündə vurulmuş azərbaycan təyyarəsinin pilotu Konstantin Virtsevin ermənilərin ərazisindən xilas və təhliyyə əməliyyatında olmuşdir.
92-ci ilin sentyabırın sonları- oktyabırın əvvələrində DQ-ın hücum istiqamətində 123-cü alayın 1-ci batalyonun Neftçala "əfqan" rotası "General Ərşadın" dəstəsi ilə birgə Kiçana hücum etmiş, oranı tutmuş, lakin ermənilər əkshücuma keçmiş, amma Neftçala rotası sona qədər döyüşmüş, mövqelərini tərk etməmiş və hamısı Şəhid olmuşdular. Ermənilər hətta açığa düşüb, onların meyitlərini bizə vermədilər.

Üçüncü birgə döyüşlərimiz 92-ci ilin 15-18 noyabrda Laçının Fingə kəndi ətrafında olmuşdur. O zaman 123-cü alay müdafiə mövqelərini DQ batalyonuna təhvil vermiş və bir neçə gün bir mövqelərdə qalmışdıq.

Dördüncü birgə əməliyyat 93-cü ilin qış Ağdərədə hücumu olmuşdu.
Bundan başqa, Paprəvənddə yerləşən DQ-la Seyfəlidə hazırlanmış ehtiyyat qüvvələrin hissələri ilə də Fərruxda birgə hərəkət etmişdilər.

zaur
Новобранец
Сообщения: 2
Зарегистрирован: 21 окт 2013, 09:41

Re:

#22 Сообщение zaur » 21 окт 2013, 19:06

Nazim Bayram писал(а):123-cü alay Baş Qərargahın ehtiyyat qüvvəsi kimi, həmlə- zərbə alayı kimi, müdafiə naziri R. Qaziyevin əmrilə 20 may 1992 ildə Yevlax şəhərində yaradılmışdı. Ancaq xalq arasında bu 2 minlik motoatıcı alaya "Sürətin dəstəsi" deyirdilər.
Alay artıq o zaman döyüşlərdə məhşurlaşmış, cəbhə yanı olmayan rayonların könüllü dəstələrindən və OMONun çevik zirehli qrupundan yaradılmışdı.
1-ci batalyon Şəhid Xosrov Əhmədovun Yevlaxın Qaramanlı(əfqanıstan veteranları) batalyonun əsasında yaradıldı.
2-ci batalyon Murad Qurbanov(Kobra Murad) komandiri olduğu Borsunluda yerləşən Yevlax AXC könüllü dəstəsinin əsasında yaradıldı.
3-cü batalyon bir qədər sonra, Bakı, Xaçmas, Quba, Neftçala, Səlyan, Balakən və ölkənin başqa rayonlarından gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradıldı. Komandiri kadr zabit k-n Hümbət Əliyev idi.
4-cü batalyon Şəhid Mehman Ələkpərovun Gəncə AXC-nin könüllü özünümüdafiə batalyonu əsasında yaradıldı.
123-cü alayın tank batalyonu OMONun çevik zirehli qrupunun əsasında yaradıldı. Komandiri mən idim. Tank batalyonun qərargah rəisi də kadr tankşı zabit, sonradan bu batalyonun komandiri olmuş, Altay Bayramov idi(xeyr, qohum deyilik).
Müxtəlif vaxtlarda alayın ştatına və ştatdan kənar batalyon və dəstələr daxil edilirdi. O zaman ordu quruculuğu hələ yeni başlamışdı, ona görə könüllüləri birləşdirən zaman, bizə də əlavə dəstələr daxil etdilər. Ancaq bizə seçmək hüququ verdilər. Biz, komandiri Eyvaz Əliyev olduğu, Bərdənin əfqanlar batalyonunu götürdük və komandiri Sayıl Məmmədov olduğu Zəngilan rotasını.
Alay yüksək səviyyədə hərtərəfli təmin olunurdu. Alalyın ixtiyarında daim iki döyüş təyyarəsi və 2 döyüş helihopteri var idi. O zamanlar bu böyük şey idi. Elə indi də.
Alayın komandirləri mayor Mehman Şirinov və sonra p-k Rəsul Suleymanov olmuşlar.
Alay Ordumuzun 92-ci ildə Qarabağın şimalında və cənub- qərbində bütün hücum əməliyyatlarında iştirak edib.
Alayın döyüş yolu 12 iyun 92-ci ildə Şaumyan(Ağcakənd), daha sonra 16 iyundan Ağdərə- Karmiravan, Cerabert, Həsənqaya, Levonarx, Nerkin Orataq, Aqabekalenc, Dəmirli, Mehmana, Kasapet, Drmbon, Arqomer, Verin Orataq, Böyük, Kiçik Paqosaqomer, Kiçan, Çıldran, Araçadzor(Dovşanlı), Vəng, "Laçın dəhlizi" əməliyyatı, 93-cü il qış Ağdərə əməliyyatından keçir.
12 fevral 1993-cü ildə siyasi səbəblərdən alay buraxıldı, 27 mart 93-cü ildə MN-ə təhvil-təslim yekunlaşdırıldı və alayın Döyüş Bayrağı MN-ə təhvil verildi.
Bununla bir kərə məğlubiyyət görməmiş alay müharibənin ən kəskin məqamında, ermənilərin Ağdərədə əks-hücuma keçərək, əsas Tərtər- Kəlbəcər yolunu kəsən və bununla da Kəlbəcər işğal təhlükəsilə üzləşən zaman, buraxıldı.
Bu, 123-cü alay haqqında, linkdəki məqalə rus dilində olsa da, biz onu oxuyub, azərbaycan dilində müzakirə edə bilərik.
http://samella.ru/publ/azerbajdzhan/pol ... 3-1-0-3550" onclick="window.open(this.href);return false;
Mən 123-cü alayın tank batalyonun, sonra isə alayın qərargah rəisi olmuşam, kadr zabitəm. Alay haqqında suallara cavab verə bilərəm.
Nazim müəllim ,alay buraxılandan sonra döyüş vasitələri və şəxsi heyyət necə oldu.məsələn siz?

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: Re:

#23 Сообщение Nazim Bayram » 22 окт 2013, 02:55

zaur писал(а): Nazim müəllim ,alay buraxılandan sonra döyüş vasitələri və şəxsi heyyət necə oldu.məsələn siz?
Zaur bəy, sualınıza tam cavab vermək üçün, əvvəlcə 123-cü alay buraxılan zaman şəxsi heyyətin vəziyyəti haqqında qısa arayış verməliyəm.
93-cü il 14-27 yanvar və 6-9 fevral döyüşlər ərzində 123-cü alay 2 minlik ş/h-dən 35% bu döyüşlərdə (Şəhid və yaralı) itirmişdi.
123-cü alayın buraxılmasına baxmayaraq, alayın 2-ci batalyonu fevraldan 703-cü briqadanın bölmələri ilə birlikdə Ağdərədə döyüşlər aparırdı. Həmçinin bizim ştatdankənar Gəncə batalyonumuz Gülüstanda, Zəngilan rotası isə Zəngilanda döyüş mövqelərində qalmışdılar.
Qalan şəxsi heyyətdən bir hissəsi hələ fevralın 10-dan F. Quliyevin məlum bəyanatından dərhal sonra Ağdərədəki döyüş mövqelərində həbs edilib, 40 gündən artıq Tərtərdə saxlanılıb, İ. Həmidov 27 martda Gəncəyə gələndə azad edilmişlər.
Alayın qalan ş/h isə fevraldan( buraxılma əmri veriləndən)evlərinə buraxılmışdılar. Mən qalmışdım h/h-də, çünki yaralılar müalicədən sonra və türmədən azad edilən əsgər və zabitlərimiz gəlirdilər sənədlərini və pul məvaciblərini almağa.
123-ün tank batalyonu hələ 92-ci ilin dekabırında alaydan alınıb, ayrıca tank batalyonu- 032 saylı h/h yaradılmışdı. 032-nin tankları Ağdərə və Ağdamda idilər. 26 ədəd zenit qurğularımızı və toplarımızı da Ağdərədə 703-cü briqadaya və orada qalmış bizim 2-ci batalyonumuza saxlamışdıq. Qalan silah-sursat MN-nin təhvil-təslim komisiyasına təhvil verilmişdi.
93-cü ilin aprelin ilk günlərində ermənilər Kəlbəcəri işğal etdikdən sonra, Murov Dağ Silsiləsini tutdular. Ermənilər Murovda mövqelərini bərkidib, oraya toplarını çıxartsaydılar, Xanlar, Göranboy və Gəncə onların top atəşi altında qalırdı.
Bu şəraitdə ölkə rəhbərliyi, 12 fevral 93-cü ildə hərbi vəzifəsindən uzaqlaşdırılmış və həmin gündən “Azəryun” dövlət şirkətinin prezidenti təyyin olunmuş, Sürət Hüseynova yenidən könüllülərə müraciət etməyini və Murovun müdafiəsində hər cür yardım etməyini xaiş etdi.
Bu məqsədlə MN D. Rzayevin 01. 04. 93 il tarixli 062 nömrəli əmrilə 709 saylı motoatıcı briqada yaradıldı. Briqadanın komandiri, keçmiş 123-cü alay komandirinin döyüş hazırlığı üzrə müavini p/l-nt Eldar Əliyev təyyin edildi.
709-cü briqadanın sıralarında yenidən 123-cü alayın əsgər və zabitləri və başqa könüllülər yığılmağa başladı.
Mən 709-cu briqadada rəsmən xidmət etməmişəm, lakin vəziyyət ağır olduğuna görə ilk 80 nəfər yığışmış könüllülərlə 5 apreldə Murova qalxdım, Ömər və "Güzgü" uğrunda döyüşlərdə iştirak etdim, 11 apreldə isə yaralandım. Məni "yuxarıda" 709-un komandir müavini mayor Mehman Şirinov əvəz etdi.

Аватара пользователя
Herbi jurnalist
Новобранец
Сообщения: 10
Зарегистрирован: 22 сен 2013, 16:01
Откуда: Bakı

Благодарил (а): 13 раз
Поблагодарили: 1 раз

Re: 123-cü alay.

#24 Сообщение Herbi jurnalist » 22 окт 2013, 03:31

я смею все, что можно человеку, кто смеет больше, тот не человек

zaur
Новобранец
Сообщения: 2
Зарегистрирован: 21 окт 2013, 09:41

Re: 123-cü alay.

#25 Сообщение zaur » 22 окт 2013, 14:29

Nazim Bayram писал(а):123-cü alay Baş Qərargahın ehtiyyat qüvvəsi kimi, həmlə- zərbə alayı kimi, müdafiə naziri R. Qaziyevin əmrilə 20 may 1992 ildə Yevlax şəhərində yaradılmışdı. Ancaq xalq arasında bu 2 minlik motoatıcı alaya "Sürətin dəstəsi" deyirdilər.
Alay artıq o zaman döyüşlərdə məhşurlaşmış, cəbhə yanı olmayan rayonların könüllü dəstələrindən və OMONun çevik zirehli qrupundan yaradılmışdı.
1-ci batalyon Şəhid Xosrov Əhmədovun Yevlaxın Qaramanlı(əfqanıstan veteranları) batalyonun əsasında yaradıldı.
2-ci batalyon Murad Qurbanov(Kobra Murad) komandiri olduğu Borsunluda yerləşən Yevlax AXC könüllü dəstəsinin əsasında yaradıldı.
3-cü batalyon bir qədər sonra, Bakı, Xaçmas, Quba, Neftçala, Səlyan, Balakən və ölkənin başqa rayonlarından gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradıldı. Komandiri kadr zabit k-n Hümbət Əliyev idi.
4-cü batalyon Şəhid Mehman Ələkpərovun Gəncə AXC-nin könüllü özünümüdafiə batalyonu əsasında yaradıldı.
123-cü alayın tank batalyonu OMONun çevik zirehli qrupunun əsasında yaradıldı. Komandiri mən idim. Tank batalyonun qərargah rəisi də kadr tankşı zabit, sonradan bu batalyonun komandiri olmuş, Altay Bayramov idi(xeyr, qohum deyilik).
Müxtəlif vaxtlarda alayın ştatına və ştatdan kənar batalyon və dəstələr daxil edilirdi. O zaman ordu quruculuğu hələ yeni başlamışdı, ona görə könüllüləri birləşdirən zaman, bizə də əlavə dəstələr daxil etdilər. Ancaq bizə seçmək hüququ verdilər. Biz, komandiri Eyvaz Əliyev olduğu, Bərdənin əfqanlar batalyonunu götürdük və komandiri Sayıl Məmmədov olduğu Zəngilan rotasını.
Alay yüksək səviyyədə hərtərəfli təmin olunurdu. Alalyın ixtiyarında daim iki döyüş təyyarəsi və 2 döyüş helihopteri var idi. O zamanlar bu böyük şey idi. Elə indi də.
Alayın komandirləri mayor Mehman Şirinov və sonra p-k Rəsul Suleymanov olmuşlar.
Alay Ordumuzun 92-ci ildə Qarabağın şimalında və cənub- qərbində bütün hücum əməliyyatlarında iştirak edib.
Alayın döyüş yolu 12 iyun 92-ci ildə Şaumyan(Ağcakənd), daha sonra 16 iyundan Ağdərə- Karmiravan, Cerabert, Həsənqaya, Levonarx, Nerkin Orataq, Aqabekalenc, Dəmirli, Mehmana, Kasapet, Drmbon, Arqomer, Verin Orataq, Böyük, Kiçik Paqosaqomer, Kiçan, Çıldran, Araçadzor(Dovşanlı), Vəng, "Laçın dəhlizi" əməliyyatı, 93-cü il qış Ağdərə əməliyyatından keçir.
12 fevral 1993-cü ildə siyasi səbəblərdən alay buraxıldı, 27 mart 93-cü ildə MN-ə təhvil-təslim yekunlaşdırıldı və alayın Döyüş Bayrağı MN-ə təhvil verildi.
Bununla bir kərə məğlubiyyət görməmiş alay müharibənin ən kəskin məqamında, ermənilərin Ağdərədə əks-hücuma keçərək, əsas Tərtər- Kəlbəcər yolunu kəsən və bununla da Kəlbəcər işğal təhlükəsilə üzləşən zaman, buraxıldı.
Bu, 123-cü alay haqqında, linkdəki məqalə rus dilində olsa da, biz onu oxuyub, azərbaycan dilində müzakirə edə bilərik.
http://samella.ru/publ/azerbajdzhan/pol ... 3-1-0-3550" onclick="window.open(this.href);return false;
Mən 123-cü alayın tank batalyonun, sonra isə alayın qərargah rəisi olmuşam, kadr zabitəm. Alay haqqında suallara cavab verə bilərəm.
Döyüş və əməliyyat şəraitinin ağır olduğu bir vaxta h/h-ni ləğv etmək hərbi sahədən bilməməklikdir.komandir başarıqsızdır komandiri dəyiş.h/h -ni niyə burazırsan.S.Hüseynov təhlükə hesab olunub,yəqin.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: 123-cü alay.

#26 Сообщение mirotvores70 » 22 окт 2013, 14:57

Döyüş və əməliyyat şəraitinin ağır olduğu bir vaxta h/h-ni ləğv etmək hərbi sahədən bilməməklikdir.komandir başarıqsızdır komandiri dəyiş.h/h -ni niyə burazırsan.S.Hüseynov təhlükə hesab olunub,yəqin.
O zamanlar ücün h.h-lərin buraxılması,könüllü batalyonların ləğvi bir növ dəb halını almışdı. Bir cox döyüşcülər də bu hh-lərlə və könüllü batalyonlarla itirildi. Nəticəsi isə məlumdur.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145760
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10545 раз
Поблагодарили: 15855 раз

Re: QAZI-Nazim Bayram

#27 Сообщение smersh70 » 03 апр 2017, 01:28

-Dünya birliyi və işğalçı əmin oldular ki, Azərbaycan Qarabağdan heç vaxt, heç bir şəraitdə keçməyəcək, danışıqlar nəticə verməzsə, ərazi bütövlüyünün bərpası üçün hərbi gücə əl atacaq
-Ermənistanın üzv olduğu və ümid bəslədiyi hərbi blok onu dəstəkləmədi
-Düşmənin, özü barədə 22 il idi uydurduğu “qalibolunmaz” mifi 2-3 saata dağıdıldı və unuduldu
-Ermənistanda Qarabağ məsələsinə rasional baxan siyasi və ictimai kəsimlərin səsi ucaldı, cəmiyəti qütbləşdi
- Hakimiyətə münasibətindən və siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyətinin bütün kəsimləri işğal olunmuş torpaqların hərbi yolla azad olunmasında dövləti yekdilliklə dəstəklədi və milli birlik nümayiş etdirdi. Xalq böyük ehtiramla Şəhidlərini son mənzilə yola saldı və ehtiramla yad edir
-Ordumuz, qarşısına qoyulmuş döyüş vəzifələrini tam həcmdə və vaxtında yerinə yetirdi. Hərbçilərimiz yüksək döyüş ruhu, şücaət, peşəkarlıq və müasir hərbi texnika və vasitələrin idarə olunmasında yüksək bacarıq göstərdilər
--Hərbi baxımdan strateji və mühüm əməliyat əhəmiyətinə malik Lələ-İlahi dağ silsiləsi və Talışətrafı yüksəkliklər ələ keçirildi
-Azərbaycan Ermənistan üzərində tam hərbi-texniki üstünlüyünü və regionda ən müasir orduya malik olduğunu nümayiş etdirdi
Eyni zamanda aprel müəyyən nöqsanlarımızı aşkar etdi.
-Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyünü hərb yolu ilə azad etməyə siyasi iradə nümayiş etdirərkən döyüşdə qətiyətsizlik göstərdi
-Döyüşdə qazanılmış uğurlar diplomatik uğura çevrilmədi
-İnformasiya müharibəsində və dünya ictimayətinə haqq işimizin çatdırılmasında ciddi boşluqları aşkar etdi
-Əməliyatda iştirak etmiş bölmələrimiz arasında qarşılıqlı döyüş əlaqələndirilməsindəki nöqsanlar canlı qüvvə itkilərimizin sayında mənfi təsir göstərdi
Apreldən keçmiş bir il göstərdi ki, düşmən hərb dilindən başqa dil anlamır. Biz nöqsanlarımız üzərində işləyib, Birinci Qarabağ müharibəsindən və aprel döyüşlərindən nəticələr çıxarıb, var gücümüzlə müharibəyə hazırlaşmalıyıq.
Polkovnik-leytenant Nazim Bayram
Изображение

Ответить

Вернуться в «Qazilərlə müsahibələrimiz»