123-cü alay və DQ bütövlükdə müxtəlif istiqamətlərdə hərəkət etmələrinə baxmayaraq, bir neçə əməliyyatlarda birgə hərəkət ediblər.mirotvores70 писал(а):Nazim bəy,123-cü alayın bilavasitə Daxili Qoşunlarla əlbir əməliyyatlarından yazmanızı xahiş edirəm. Cünki Ağdərə zonasında bir cox əməliyyat və döyüş pozisiyalarında bu alayın döyüşcüləri ilə əlaqəmiz olub. Mənim yadımdadır. Amma adlarını yaddan cıxarmışam. Yaş o yaş deyil, 20 il kecib. Əsasən məni yaralananda tərtərə catdırmış tankcı kapıtanı axtarıram. Uzun arıq bir oğlandı. Üzü təmiz qırxılmış.Duman kimi yadıma gəlir-ya 145 ya 45 yazılmışdı tankda.
Əvvəlcə onu da qeyd edim ki, 92-ci ilin mayın sonlarından Yevlax Yun ilkin tədarükü kombinatında qəbul edilib, h/h və bölmələrə paylaşdırılan könüllülərin hamısı 123-cü alaya daxil deyildilər, amma döyüş hazırlıqlarını 123-cü alayın stansiya Mingəçevirdəki təlim mərkəzində keçdiklərinə görə, xalq arasında onları da 123-cü alay yaxud “Sürətin dəstəsi” kimi qəbul edirdilər. Bu dəstələr Yevlaxdan, 123-cü alayın bazasından təhciz olunurdular.
Belə, 123-ün təlim bazasında hazırlıq keçmiş bir böyük dəstə(ancaq 123-ə daxil olmayan) 12 iyun 92-ci ildə Fred Asifin batalyonu ilə Naxçivanik və Pircamalda döyüşürdülər. Bizdə döyüş hazırlığı keçmiş bir dəstə iyun 92-ci il hücumu zamanı həmçinin Sırxavənd istiqamətində hərəkət edən Milli Ordunun və könüllü dəstələrin tərkibində vuruşurdular.
Bilavasitə 123-cü alayın DQ-ın bölmələri ilə ilk döyüş əlaqələndirməsi 92-ci ilin iyulun sonlarında Məniklinin üstündə vurulmuş azərbaycan təyyarəsinin pilotu Konstantin Virtsevin ermənilərin ərazisindən xilas və təhliyyə əməliyyatında olmuşdir.
92-ci ilin sentyabırın sonları- oktyabırın əvvələrində DQ-ın hücum istiqamətində 123-cü alayın 1-ci batalyonun Neftçala "əfqan" rotası "General Ərşadın" dəstəsi ilə birgə Kiçana hücum etmiş, oranı tutmuş, lakin ermənilər əkshücuma keçmiş, amma Neftçala rotası sona qədər döyüşmüş, mövqelərini tərk etməmiş və hamısı Şəhid olmuşdular. Ermənilər hətta açığa düşüb, onların meyitlərini bizə vermədilər.
Üçüncü birgə döyüşlərimiz 92-ci ilin 15-18 noyabrda Laçının Fingə kəndi ətrafında olmuşdur. O zaman 123-cü alay müdafiə mövqelərini DQ batalyonuna təhvil vermiş və bir neçə gün bir mövqelərdə qalmışdıq.
Dördüncü birgə əməliyyat 93-cü ilin qış Ağdərədə hücumu olmuşdu.
Bundan başqa, Paprəvənddə yerləşən DQ-la Seyfəlidə hazırlanmış ehtiyyat qüvvələrin hissələri ilə də Fərruxda birgə hərəkət etmişdilər.