Silah və sursatla davranma qaydaları

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#21 Сообщение smersh70 » 16 май 2020, 23:37

Öldürücü “HƏDİYYƏLƏR”
Bəzən döyüş zonasında rast gəldiyimiz əşyalar bizə maraqlı gəlir. Onları birinci olaraq əldə etməyə çalışırıq. Qədim hərb ənənələrindən biri olan “Трофей» yəni “ Qənimət” anlamı hər zaman cəlb edici görünsə belə,bu qənimət son qənimət ola biləcəyi şübhəsiz bir anlamdır. Yəni Legionun bu dəfəki tədris metodikasının qonağı:
Hədiyyə minalardır. “Мины сюрпризы”
Изображение
Bu tip partladıcı vasitələr bir çox taktiki əməliyyatlar zamanı vacib faktorlardan biri olaraq,əsasında düşmənin canlı qüvvəsini sıradan çıxarmaq,onlara psixoloji təpgi göstərməkdir. HM( hədiyyə minaları) əsasən geri çəkilən qüvvələr, reyddə olan yaxud KDQ qrupları tərəfindən ,düşmənin gələcəyi istiqamət və tikililərdə qurulur.HM –ları demək olar ki hər sahədə,hər bir bir tikilidə qurmaq olar. Əfqanıstan müharibəsi dövründə «Авганский тюлбпан» deyilən HM lər də vardı ki, əsasən bunlar adi əl qumbaraları idi ki, onların qoruyucu üzüyü çıxarılaraq tutacaq qarıçıq adı stakanlara qoyurdular. Belə HM –lər yüksəkdən uçan helikopterlərdən sız toplanmış şübhəli yaraqlılara tullanırdı. Snakan sınır və partlayış baş verirdi. Bundan əlavə öldürülmüş Əfqan mücahidlərinin meyidlərinin altına da bu tip qumbaraların qoyulması dəb halında idi.Bundan əlavə simli HM lər də hər addımda rast gəlinirdi. Bu əl qumbaralarının qoruyucu üzüyünə sim baölayaraq hərəkət yollarında bərkidilən və qəlpələri ilə canlı qüvvəni məhf edə bilən HM lər idi. Bu kimi məhfedici vasitələrin də gücü onda isi ki, əyər HM yaxşı maskalanıbsa,bu zaman mütləq ona fikir verməsən keçən düşmən qüvvəsi partlayışla qarşılaşacaqdır. Maskalanma bir tərəfdə əyər gizlinliyi tələb edirdisə,başqa tərəfdə aşkarlıq vacib amil idi.Məsələn yerə atılmış sılah, yümək qutusu, güllə darağı, diqqəti cəlb edən əşyalar və s. Sözsüz ki bu predmetləri götürən yaxud tərpədən zaman partlayışın baş verməsi qaçılmazdır. Bu kimi vasitələr üçün əsasən artilleriya, minaatan mərmiləri,tank əleyhinə minalar, qumbaralar və başqa nöb partlayıcı elementlər istifadə olunur.
Изображение
Bəzi hallarda üzdə görünən piyada əleyhinə yaxud tank əleyhinə minaları çıxardaraq zərərsizləşdirmək elədə böyük təhlükə deyil. Lakin kiçik təhlükənin altında böyük təhlükənin olması cox zaman unudulur. Yəni üzdə sadəcə yola basdırılmış mina kimi görünürsə,onun altında HM gizlədilir. Üstəki mina çıxarılan zaman aldakı partlayışa səbəb olur. Buna görə də həmən yerlərdə əyər xüsusi mina zərərləşdirici mütəxəssis yoxdursa,belə partlayıcı vaxitələrə toxunmaq təhlükəlidir. Bu zman onu tərpətmədən sadəcə həmən partlayıcı qurğunun olduğu yerə bildirici vasitə qoymaq bəs edər.
Yaxın tariximizdə erməni işqalçıları belə minaları uşaq oyuncağına quraşdıraraq,çaylarla əhalimizin yaşadığı ərazilərə axıtması faktları da olmuşdur. Bundan isə əziyyət çəkən azyaşlılar olmuşdur.
Ümumiyyətlə HM lər Beynəlxalq konvensiyalar ilə qadağan olunsa belə,hal hazırki dövrdə buna imza atmış dövlərlər bütün məhəlli və lokal müharibələrdə bu kimi vasitələrdən istifadə edir .
Ardı var.
Abuzər Əbilov(Legion)
Artilleriya və xüsusi taktikalar üzrə hərbi ekspert
(Materiallardan istifadə zamanı müəllifə istinad vacibdir)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#22 Сообщение smersh70 » 17 май 2020, 00:03

Düşmən tərəfdən yerə atılmış sursatı götürməyin.
Döyüş sursatı savaş çölündə ən qiymətli vasitədir. Olur ki, düşməndən əldə edilmiş döyüş sursatlarından istifadə etmək zərurəti yaranır. Əyər sizinlə vuruşan və sizin atəşinizdən ölən düşmənin gülləsini yaxud sılah darağını götürmüsünüzsə burada bir təhlükə yoxdur. Amma siz düşmənin qoyub qaçdığı blindaj,səngər yaxud dayaq məntəqəsində açıq sinklərdə,yeşiklərdə parakəndə güllələr tapmısınızsa ,bu zaman onları istifadə etməyin.
Əks tərəfə “təhlükəli” güllələr yeritmək anlayışı öz başlanğıcını hələ 2 ci dünya müharibəsindən götürçüşdür. Bu zaman Böyük Britanıya tərəfi “diversiya güllələri” hazırlayaraq,onları geri çəkildikləri ərazilərdə yeşiklərlə atmağa başladılar. Əsasən P 490 (7.92x57) tipli alman güllələrindən bu məqsədlər üçün istifadə olundu. Bu güllələr zavod şəraitində hazırlansa da,işliyində barıt əvəzinə partlayıcı maddə olurdu. Belə güllələrdən atəş zamaı silah partlaması ilə yanaşı,atıcı da sıradan çıxırdı. Britaniya tərəfi bombardmanlar zamanı belə güllələri yeşiklə havadan almanlara atmağa başladılar. Almanlar isə Britaniyalıların səhf etdiyini düşünərək bu güllələrdən çox istifadə etdilər və bu onlar üçün böyük itgilər bahasına başa gəldir.(Şəkil 1).
Изображение
Bundan sonra belə güllələr çox məhəlli və lokal münaqişəıərdə istifadə olunmağa başladı.Rusiyada bu məqsəd üçün xüsusi 7ş62x39 mm lik “İskra “ güllələri hazırlandı. Belə güllələr adi həqiqi güllələrdən heç nə ilə seçilmirdi. (Şəkil 2)
Изображение
Müasir dövrdə çox ölkələrdəki inqilabi, terrorçu qruplaşmalar tərəfindəndə kustar olaraq belə güllələr hazırlanır. Lakin bu güllələrin başlığına baxan zaman ,oradakı müxaniki izlər aydın görünür.
Yəni hər zaman belə nyuanslara fikir vermək,sizin həyatınızı qoruya bilər. Düşmən tərəfdə açıq sinklərdə,yeşiklərdə,yol kənarına tökülmüş sursatlara toxunmayın.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#23 Сообщение smersh70 » 02 фев 2021, 02:41


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#24 Сообщение smersh70 » 07 май 2021, 05:52


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#25 Сообщение smersh70 » 25 авг 2021, 11:44

Əl qumbarasını üzüyündən asmaq düzdümü?
Bir çoxumuz Rembo və digər filmlərdə əl qumbaralarının "razqruzka","lifçik" dediyimiz ,döyüşdə əsgərin yükünü azaltmaq üçün nəzərdə tutulmuş vasitədən asılmasını görmüşük. Filmlər heç zaman real həyatı təkrar etmədiyindən bu yanaşma da utopik bir anlamaq gəlib çıxır.
Əl qumbaralarının üzüyünün üstündə olab qoruyucu məftil, möhkəm metaldan hazırlanıb. Bu məftili çıxarmaq üçün onun üzükdən əks tərəfdə olan qatlanmış hissəsini düzəltmək vacibdir. Əks halda onu çıxartmaq çox çətindir və əksər hallarda heç mümkün deyil. Buna görə asılan qumbaraların üzüyünün çıxacağı təhlükəsi azdır.
Lakin bu təhlükə var və realdır.
Qumbaraların daşınması üçün "Razqruzkada" xüsusi cibciklər var !
Bunlar olan zaman əl qumbaralarını üzüyündən asmaq adi farmazonluq və təhlükə üstünə təhlükə gətirməkdir.
Kimsə avtolatı tətitindən qayışla üstündən asırmı?
Hə deyən olsa,mütləq həmən adam xəstədir.
Hər bir silah və sursat, onun üçün nəzərdə tutulmuş yerlərdə daşınmalı və nəzərdə tutulmuş qaydada istifadə olunmalıdır. Bu ilk növbədə Lazımsız itgilərin qarşısının alınması və döyüşçünün sığortası üçün vacibdir !
Buna görə də qeyd edək ki, bu kimi qumbaraların sırğasından asılaraq istifadəsi- sadəcə kino məhsuludur və onun hərbi qayda və qanunlara heç bir dəxli yoxdur !

Abuzər Əbilov.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Silah və sursatla davranma qaydaları

#26 Сообщение smersh70 » 19 май 2023, 19:50


Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Silah və sursatla davranma qaydaları

#27 Сообщение Ifti » 12 фев 2024, 20:10


Ответить

Вернуться в «Hərbi Hazırlıq»