Mülki müdafiə tədbirləri

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Mülki müdafiə tədbirləri

#31 Сообщение smersh70 » 25 мар 2020, 22:35

Döyüşçünün sağlamlığı, onun özünün, döyüş yoldaşlarının diqqətli, həssas və qayğılı olmalarını tələb edir.
Vaxtında və düzgün göstərilmiş ilk yardım yaralını xilas etməyə imkan verir.
Bayılma zamanı xəstə qısa müddətə huşunu itirərək yıxılır, üzü solğun olur, ona soyuq tər gəlir, nəbzi zəif vurur.
Xəstə ayağı başından olmaq şərtilə uzadılır, kəməri və yaxası açılır. Təmiz hava gəlməlidir, üzünə, döşünə soyuq su vurulur, naşatır spirti iylədilir. Ağır hallarda, göstərilən tədbirlər kömək etməsə xəstəyə süni tənəffüs vermək lazımdır.
Normal nəfəs alma imkanı olmayan bir yaralıya açıq havada bsüni yolla nəfəs verilir.


Изображение
Nəfəs almanın durma səbəbləri:
Əsaas səbəblər
1)Baş zədələnməsi
2)Baş daxilində təzyiqin artması
3)Spirtli içki
4)Beyinə qan sızması
5)Beyin zədələnməsi ilə nəfəs alma əzələlərinin qırılması
Digər səbəblər
1)Refleks səbəbi ilə dilin qatlanaraq arxaya getməsi
2)Xarici cismin boğaza tıxanması
3)Nəfəs yollarında allergiya şişlərinin əmələ gəlməsi
4)Boğazın yanması
SÜNİ NƏFƏSVERMƏYƏ BAŞLAMADAN ƏVVƏL:
a)yaralının hissiyatının olub olmamasını müəyyən etmək
b)yaralını çevirərək uyğun vəziyyətə gətir
c)nəfəs yolunu açaraq nəfəs alıb-almadığını yoxla
SÜNİ NƏFƏS VERMƏ 3 ÜSULLA YERİNƏ YETİRİLİR.
1.Ağzından-ağıza nəfəs vermə
2.Ağızdan-buruna nəfəs vermə
3.Döşdən basmaqla və qolları (hərəkət etdirməklə) qaldırmaqla
Tətbiq mərhələsi.
1).Yaralı nəfəs ala bilmirsə,alnından basaraq başını geriyə at.
2).Dərindən nəfəs alıb,ağzını yaralının ağzına dirəyərək nəfəs ver.
3)Bu qaydanı 5 san bir dəfə tətbiq et,yəni 1 dəqiqədə 12 dəfə et.
Bu üsulu tətbiq edərkən “min-bir,min-iki,min-üç,min-dörd” –süni nəfəsvermə,min-bir,min-iki....” şəkilində sayaraq dövrləri nizamla.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Mülki müdafiə tədbirləri

#32 Сообщение smersh70 » 26 мар 2020, 00:20

Döyüşçünün sağlamlığı onun özündə, döyüş yoldaşlarından diqqətli, həssas və qayğılı olmalarını tələb edir.
Vaxtında və düzgün göstərilmiş ilk yardım yaralını xilas etməyə imkan verir.
1. Yaralanma və sümük sınıqlarında ilk tibbi yardım :
Zəif qanaxma verən yaralar üzərinə aid sarğı, nisbətən güclü qanaxmaya səbəb olan yaralar üzərinə isə sıxıcı sarğı qoyulmalıdır. Bu məqsədlə, adətən, fərdi sarğı paketlərindən istifadə olunur;
Şiddətli qanaxma ilə müşayiət olunan yaralanmalar zamanı (yaradan al-qırmızı rəngli qan fəvvarə ilə vurduqda), qanaxmanı ilk növbədə yara barmaqla, əl ilə sıxaraq dayandırılmalı, sonra yardan azca yuxarıda ətrafa (yaralanma ətraflarında, yəni qolda, qıçda olduqda)turna (jqut) qoyulmalıdır. Qanaxma dayandırıldıqdan sonra yara üzərinə aseptiki (imkan daxilində təmiz) sarğı qoyulmalıdır. Turna ya paltarın, ya da hər hansı bir əsginin, dəsmalın üstündən qoyulur. Turnaya bərkidilmiş kağız üzərində isə onun qoyulduğu vaxt dəqiq qeyd olunur, çünki turnanı 1,5-2 saatdan çox saxlamaq olmaz, müddət tamam olduqda turna açılır (bu vaxt qanaxmanı barmaqla basmaqla dayandırmaq olar) və 10-15 dəqiqədən sonra əvvəlki yerində bir qədər yuxarıda (aşağıda) yenidən qoyulur. Turna olmadıqda rezin parçası, kəmər, dəsmal, qalstuk və s. istifadə etmək olar.
a. Yaralanma zamanı ətrafın sümükləri sındıqda həmin ətraf təsbit olunmalıdır, yəni hərəkətsizləşdirilməlidir. Bunun üçün şinalardan istifadə edilir. Standart şinalar olmadıqda faner, budaq, taxta parçası və s. işlədilə bilər, heç bir vasitə tapılmadıqda zədələnmiş yuxarı ətraf gövdəyə, aşağı ətraf isə sağlam ayağa bağlanmaqla hərəkətsizləşdirilə bilər;
Döş qəfəsi üzərindəki yaraya hava keçirsə, onun üstünə sellofan parçası (məsələn, fərdi sarğı paketinin
a. sellofanı), onun üzərinə isə salfet qoyulub döş qəfəsinə möhkəm bağlanmalıdır. Beləliklə, döş qəfəsinə hava keçməsinin qarşısı alınır;
b. Qarın nahiyəsinin yaralanmaları zamanı daxili üzvlər çölə töküldükdə onları qarın boşluğuna qaytarmaq olmaz. Həmin üzvlər steril materiala, heç olmazsa təmiz dəsmala bükülüb qarın divarına bağlanmalıdır.
c. Onurğa sütunu zədələnmiş yaralar çox ehtiyatla ya sərt material üzərində arxası üstə, ya da xərəkdə üzü üstə uzadılmalıdır.
d. Huşunu itirmiş yaralılar uzadıldıqda başı yana döndərilməlidir.
Изображение
2. Bayılma (özündən getmə) hallarında ilk tibbi yardım :
Bayılma zamanı xəstə qısa müddətə huşunu itirərək yıxılır, üzü solğun olur, ona soyuq tər gəlir, nəbzi zəif vurur.
Xəstə ayağı başından olmaq şərtilə uzadılır, kəməri və yaxası açılır. Təmiz hava. gəlməlidir, üzünə, döşünə soyuq su vurulur, naşatır spirti iylədilir. Ağır hallarda, göstərilən tədbirlər kömək etməsə xəstəyə süni tənəffüs vermək lazımdır.
3. Elektrik cərəyanı, yaxud ildırım vurma hallarında ilk tibbi yardım :
Bu zaman birinci növbədə travma alan şəxsi elektrik şəbəkəsindən ayırmaq lazımdır (texniki təhlükəsizlik qaydalarını gözləməklə).
Elektrotravmalarda xəstə huşunu itirir, qıc olmalar başlayır, tənəffüs dayanır. Zədələnmədən sonra dərhal ağciyərlərin uzunmüddətli (özünə gələnə kimi) süni tənəffüs aparılmalıdır (ağızdan-ağıza, ağızdan buruna). Sonra uzanıqlı halda üstü isti örtülür və müalicə müəssisələrinə təxliyə edilir. Özünə gələndə çoxlu çay, su verilməlidir. Qəhvə, spirtli içkilər vermək olmaz.
İldırım vuranı yerə basdırmaq qəti qadağandır. Ona da yuxarıda göstərilən qaydada tibbi yardım göstərilməlidir.
4. Yanıqlarda ilk tibbi yardım :
Paltarı yanan qaçmamalıdır, yerəuzanaraq alovu söndürməlidir. Onun üstünü örtmək vacibdir, örtük olmasa alov torpaqla, qarla, su tökməklə söndürülməlidir. Sonra yanmış paltar tez kəsilərək çıxarılmalıdır.
- xəstəyə çoxlu su vermək (bir litr suya bir çay qaşığı duz və bir çay qaşığı soda qatmaqla), isti çay içirtmək lazımdır;
- yanmış sahəyə quru steril sarğı qoyulmalıdır;
- ağrını azaltmaq üçün sarğının üstünə polietilen kisəcikdə soyuq su qoymaq lazımdır (sarğını islatmamaq şərtilə);
- üzün yanıqlarına sarğı qoyulmalıdır, gözü yummaq olmaz;
- kimyəvi yanıqlarda dərhal dərini çoxlu soyuq su ilə yumaq vacibdir. Sonra qələvi və turşu xarakterinə görə neytrallaşdırılır.
Turşular - 2 %-li soda məhlulu, tabaşir tozu tökməli (sabunlu su ilə).
Qələvi - 1-2 %-li limon və sirkə turşusu ilə.
Düzgün ilk tibbi yardım göstərildikdən sonra xəstə müalicə müəssisəsinə göndərilir.
5. Gün və istivurma hallarında ilk tibbi yardım :
Xəstəni kölgəyə çəkmək, qurşağa qədər soyundurmaq, başı yuxarı olmaqla arxasıüstə uzatmaq lazımdır. Başına soyuq kompres qoymaq, bədənini soyuq su ilə islatmaq vacibdir.
- içməyə çoxlu soyuq su vermək lazımdır.
- tənəffüs çatışmazlığı olan hallarda süni tənəffüs aparılmalıdır.
6. Donvurmalarda ilk tibbi yardım :
- isti yerdə isti çay qəhvə (az miqdarda spirtli içki vermək olar) verilir, soyuqdan ağarmış yerlər spirtlə (araqla), yun parça ilə qızarana və istiləşənə qədər sürtmək
- donvuran yeri qarla, yod və piylə sürtmək olmaz
donvurmadan sonra suluqlar varsa sürtmək olmaz, həmin yerə qalın pambıqlı steril sarğı qoyularaq xəstə müalicə müəssisəsinə göndərilir

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Mülki müdafiə tədbirləri

#33 Сообщение smersh70 » 05 апр 2020, 20:29

Bioloji və Kimyəvi müharibələr-2
Kimyəvi silahlar.
Kimyəvi silahlar (KS) - kütləvi qırğın silahları sinfinə daxil olaraq, özlüyündə toksik zəhərləyici maddələr daşıyıcısıdır. Kimyəvi silahlar bilavasitə müxtəlif qurğu və mərmilərdən istifadə edilərək tətbiq olunur ki, bunlar da: artilleriya və minaatan mərmiləri, raketlər, aviasiya bombaları, qazvurucular, balon tipli qazpüskürdücülər, çiləyici avasiya qurğuları, qumbara və şaşkalardır. Kimyəvi silahların tətbiqi 1899-ildə “Haqqa konvensiyası”, 1925-ci ildə Cenevrə protokolu və digər beynəlxalq razılaşmalar ilə qadağan olunmuşdur.
Əsasən insan fiziologiyasına kimyəvi silahların təsiri aşağıdakı kimidir:
- Əsəb-iflicedici KS, insanın sinir sisteminə təsir edərək iflic edir və lazımi tibbi yardım olmadıqda ölüm hallarına gətirib çıxarır. Bu tip KS vəzifəsi əsasən böyük sayda şəxsi heyəti tez bir zamanda məhv etməkdir .Zəhərləyici təsir üçün zarin, zoman, tabun və V qazları maddələrindən istifadə olunur.
- Dəri qıcıqlandırıcı KS: Bu tip maddələr əsasən dərinin açıqda qalan hissələrinə hoparaq dərin yaralar əmələ gətirir. Qaz və buxar halında istifadə olduqda isə nəfəs borularına daxil olaraq ölümə gətirib çıxarır. Zəhərləyici təsir üçün iprit və lyuizit maddələrindən istifadə olunur.
- Ümumzəhərli KS: Orqanizmə daxil olaraq, qana və kapliyarlara oksigenin daxil olmasını əngəlləyir. Bu tip KS – lər teztəsirli zəhərləyici maddələr sinfinə daxildir. Zəhərləyici təsir üçün sinil turşusu və xlaorsiandan istifadə olunur.
Изображение
- Boğucu təsirli KS: Əsasən nəfəs borusu və ağ ciyərlərə təsir edərək ölümlə nəticələnir. Zəhərləyici təsir üçün fosgen və difosgendən istifadə olunur.
- Psixokimyəvi KS: Bu kimi silahlar ən təsirli və qorxulu silahlar olaraq mərkəzi sinir sisteminə təsir göstərərək korluğa, karlığa, qorxu hissinə, hərəkətlərin qeyri normallığına gətirib çıxarır. Bundan əlavə psixi təsirə məruz qalan insanlar aqressiv və psixoloji problemli olurlar. Kiçik müddətdə isə mərkəzi sinir sisteminin məhv olması nəticəsində ölüm faktı baş verir. Zəhərləyici təsir üçün xinikludul 3 benzilat və dietilamid istifadə olunur.
- Qıcıqlandırıcı təsirli KS yaxud ippirantlar: Bu tip silahlar teztəsiredici olaraq insanlarda qıcıq əmələ gətirərək, bir-birlərinə qarşı aqressiya oyatmaq üçün istifadə edilir. Təsiredici zonadan çıxdıqdan sonra 1 saat ərzində öz təsirini itirir. Lakin böyük dozada daxilə düşdükdə ölüm hallarına gətirib çıxara bilir.
Bundan əlavə gözyaşardıcı qaz formalı kimyəvi elementlər də vardır ki, əsasən bunlar CS, CN (xlorasotefenon) və PS (xlopikrindir).
Silahlanmada olan insanlara yox, ətraf mühitə təsir edən kimyəvi silahlar var. Belə ki, ABŞ-ın Vyetnamda apardığı müharibə zamanı, “AGENT ORANCE” adlı deflorantlar meşə massivlərinə çilənirdi ki, bu da öz növbəsində ağacların yarpaqlarının tökülməsi və meşələrin “keçəlləşməsinə” gətirib çıxarırdı. Bu kimi əməliyyatlar aviasiyanın Vyetkonq partizanlarını dəqiq təqib edərək bombalaması üçün nəzərdə tutulmuşdu.
Mütəxəssislərin son illər gəldiyi qənaətə görə təmas zonalarında düşmənə qarşı kimyəvi silahın tətbiqi çox təhlükəli tendensiya anlamındadır. Belə ki havada həll olan kimyəvi zəhərləyici maddələr, küləyin dəyişdiyi zaman düşməndən əlavə öz qüvvələrinə də təsir edə bilər. Bundan əlavə bir çox hərbi mütəxəssislər bu silahın qeyri-insani silah olduğunu anlayaraq, ona dərin nifrət bəsləyirlər. Lakin buna baxmayaraq, dövlətlər hələ də gizli olaraq öz laboratoriyalarında bakteriopoji, bioloji və kimyəvi silahlar üzərində tədqiqatlar aparmaqdan çəkinmirlər. Bu zaman ən dəhşətlisi də bu silahlar üçün əkstəsirli xilasetmə vaksinlərinin olmamasıdır. Başqa dil ilə desək, bu kimi silahları öz elmi-tədqiqat institutlarında yaradan dövlətlər, bu silahlardan qorunmaq üçün vasitələrin yaradılması üçün maliyyə yatırmaqdan vaz keçirlər. Bu da tətbiq olunacağı zaman böyük dəhşətlərə gətirib çıxara biləcəyi şəksizdir. Dünya alimlərinin gəldiyi qənaətə görə, bakterioloji və bioloji silahlar dərindən öyrənilmədiyi üçün, onların tətbiqindən sonra elementlər mutasiyaya uğraya bilər ki, bunun da fəsadları apokalipsisə yəni qiyamətə gətirib çıxarar. Sadə dil ilə desək, “İblisləri” açaraq azad buraxmaqla insanlıq özünün məhv prosesinə start verə bilər.

(Abuzər Əbilov)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Mülki müdafiə tədbirləri

#34 Сообщение smersh70 » 16 май 2020, 23:47

Fövqəladə hadisə hər zaman baş verə bilər.
Bu planlaşdırılmamış və hazırlanmamış hadisələr toplumudur. Bunlar təbii fəlakətlər: subasma,fırtınalar,zəlzələlər,texnigen fəlakətlər,yanğınlar hətta terror aktlarıdır. Və bu vəziyyətdə yaşaya bilmək ,sağ qalmaq özü müəyyən mənada taktiki gedişlər toplumudur.
Fv(fövqəladə vəziyyət) zamanı ilk olaraq insanlar –qorxu və narahatlıq sindromundan əziyyət çəkirlər. Əyər bu insan itgisi ilə müşayət olunursa ,vəziyyət daha da pisləşir. Müxtəlif vəziyyətlərdə həyatını itirmiş insanlara yaxınlaşmaq və onları bu vəziyyətlərdə görməyə çox insanlar alışmamışlar. Buna görə sonrakı sırada özünü itirmə və psixoz özünü göstərir. Bu zaman artıq öz yaxınlarının sağ olması haqda məlumatın olmaması bir daha şok və psixoza yol açır. Əyər yaxınlarına çatmaq böyük problemlər yaradırsa-artıq psixi iflic halı özünü göstərir.
Vəziyyət susuzluğun və aclığın təsiri ilə birazda çətinləşir. Qida tapmaq və su əldə etmək çətinləşə bilər.
Изображение
Nə etməli ?
- İlk əvvəl yaxınlıqdakı hansısa su mənbəyini tapıb əl üzünüzü soyuq su ilə yuyun və bir düşüncəni özünüzə silahlanmaya götürün ki bu artıq olmuşdur və olanları yüngülləşdirmək üçün siz əmək sərf eləməli, psixoloji güclü olmalı,itgilər qarşısında acıpz olaraq,qohum və yaxınlarınıza artıq dərd verməməlisiniz.
-İnsanların köməyinə çatın və müəyyən vəziyyətdə olan həlak olmuş insanlardan qorxmayın. Onlar durub qorxu filimdəki kimi sizi boğmayacaqlar. Ağzınızı ,burnunuzu əsgi parçası ilə bağlayın . Bu həm qoxu həm də yayıla biləcək müxtəlif yolxucu xəstəliklərdən qoruyar.
- Ailənizə tərəf yol tapın. Psixoloji güclü olun. Yolda qalan insanlar,köməksizləri”mənə nə” deyib atmayın. Bacrdıqca onları təhlükəli yerlərdən uzaqlaşdırın.
-Tibbi biliyiniz varsa,bu zaman ilkin yardım edərək insanları avtomobil yol kənarlarına yerləşdirib üzərində müəyyən nişanələr qoyun. Hökumətin Fövqəladə Qüvvələrinin onları tapması və aparması üçün yardımçı olun.
Uznmüddətli FV –zamanı hansı hərəkətlər vacibdir:
-İlk əvvəl insanları təhlükəsiz yerlərə aparın.
-Qida və su tədarükü edin. Bu zaman uzunmüddət xarab olmayan qidalara diqqət ayırın. Bunlar konservləşdirilmiş və quru ərzaqlardır(düyü,noxud,qarabaşaq,mərci, makarob və vermeşillər və s)
-İstilik lazım olacaq və işıq. Bunun üçün portativ generatorların köməyinə ehtiyac var. Generatorlar isə yanacaqla işləyir. Yənəcaq əldə etsəniz onu texnogen elementlərdən qoruyun. Çünki böyük miqdarda yanacaq özü də təhlükə mənbəyidir. Propan balonları,alışqanlar və kibritlərdən ehtiyat qurun. Kibrit və alışqanlar mütləq sellofan paketlərdə saxlanılmalıdır. Meşə şəraitindəsinizsə vaxtaşırı odun əldə edərək saxlanclar yaradın. Qış zamanı mütləq lazım olacaq.
- Ailənizdə yaxud toplandığınız insanlar arasında tibb sahəsini bilənləri mütləq ayırd edin. Onların insanların yardımına çatması üçün zəruri tibb avadanlıqları və dərman peraparatları tədarükünü edin. Bunları atılmış apteklərdən tapmaq olar. Yadda saxlayın ki, götürdüyünüz tibb avadanlıqları və dərmanlar tək sizin şəxsi malınız deyil,bu yardıma ehtiyacı olan hər bir insan üçün istifadə olunmalıdır
- Gecələmə,uzunmüddət daldalanma yerlərini kommunikasiyalardan çox uzaqda qurmayın ki hökumət qüvvələri,Fövqəladə hallar qoşunları sizi tapmaqda vaxt itirməsinlər. Lakin böyük və hündür tikililərdən uzaq qaçın,onların uçma təhlükəsini düşünün.
-Su ehtiyatı haqda düşünün. Bilin ki bir insanın günlük su ehtiyacı 2-3 litrdir. 10 gün susuz qalmaq olar-lakin bu müddətin yarısı qədər susuz qalan insan-bədəndə su qıtlığından çox ağır hala düşə bilər və sonradan onun müalicəsi çox ağır keçir. Mənbələrdən götürdüyünüz suyu dezingeksiya edin. Qaynadın və müxtəlif üsullarla süzün. Əyər xüsusi filtriniz yoxdursa-kömürdən filtr hazırlayın.
-Əyər açıq havada qalmağı qərara almısınızsa mütləq sukeçirməyən tentlər və isinmək üçün adyallar ehtiyatı görün. Bu zaman yemək bişirmək üçün yeri elə seçin ki leysan zamanı da bunu edə biləsiniz.
-Yaxınlıqda qərar tutmuş qonşularınızdan məlumatlı olun. Onlar arasında arzuolunmaz şəxslər ola bilər. Bu zaman hökumət qoşunlarına onların yerini nişan verməkdən çəkinməyin. Anlayın ki,sizin susqunluğunuz böyük fəlakətlərə yol aça bilər. Əyər qonşularınız normal insanlardırsa,onlarla birləşib fəsadları birlikdə aradan qaldırın. Toplum şəkildə bu daha asan başa gəlir.
- Mütləq alətlər bazası yaradın. Bu sizə iş görən və problemləri həll edən zaman kömək olar.
Yadda saxlayın bütün FV lər sonradan hökumət qüvvələri tərəfindən aradan qaldırılır. Lakin bu sizə haqq vermir ki, əlinizi qolunuzu sallayaraq kimi isə günahlandırasınız. Əyər fəaliyyətsiz qalsanız-ən böyük günahkar sizsiniz !
Abuzər Əbilov(Legion)
Artilleriya və xüsusi taktikalar üzrə hərbi ekspert.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 789 раз
Поблагодарили: 1186 раз

Mülki müdafiə tədbirləri

#35 Сообщение Ifti » 10 янв 2021, 20:00


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Mülki müdafiə tədbirləri

#36 Сообщение smersh70 » 12 июн 2022, 00:03


Ответить

Вернуться в «Hərbi Hazırlıq»