Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

Azərbaycan və digər dövlətlər
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#1 Сообщение smersh70 » 11 апр 2017, 00:48

1.“Zərbə KM” PUA-larının kumulyativ döyüş başlıqlı versiyası hazırlanır.
2.Yavər Camalov: MSN radioelektron mübarizə sisteminin yaradılması üzərində işləyir.

1.Aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, ordunun daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib.

“Sizin digər tapşırığınıza əsasən hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb”, – deyə nazir qeyd edib.

Y.Camalov bildirib ki, ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.
Изображение
2.Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yeni silah sistemlərinin yaradılması üzərində işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir bildirib ki, MSN-in müəssisəsində yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə – zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.

Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq.

Nazir qeyd edib ki, 2017-ci ildə MSN-in müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Planlar barədə danışan Y.Camalov bildirib ki, 2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək: “İstismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40×46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək”.

Silahlanmaya tövsiyə olunan 7,62×51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62×54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40×46 millimetrlik əl qumbaraatanının, 7,62×39 və 5,56×45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#2 Сообщение smersh70 » 11 апр 2017, 00:49

1.Azərbaycan xarici ölkələrə 101 milyon dollarlıq silah və sursat ixrac edəcək
2.Azərbaycan və Türkiyə hökumətləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq

1,Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) xarici ölkələrə müdafiə təyinatlı məhsulların ixracına dair 101 milyon dollarlıq müqavilə bağlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək.

Y.Camalov MSN-in yerli qurumların təchizatındakı rolundan da danışıb. Nazir qeyd edib ki, 2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur.
Изображение
2.Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü İDEF-2017 sərgisində 260 adda məmulat nümayiş etdirəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Camalov bildirib ki, adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək.

Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#3 Сообщение smersh70 » 11 апр 2017, 00:50


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#4 Сообщение smersh70 » 19 апр 2017, 22:38

Изображение
20N6MT
Azərbaycan Respublikası Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin istehsal etdiyi 60 mm uzun mənzilli minaatan istismarda rahat, olduğca dəqiq və bölmə səviyyəsində geniş atəş dəstəyini təmin edən silahdır. Dünyanın hərbi mütəxəssisləri tərəfindən sinifinin ən yaxşı minaatan sistemi kimi tanınır.

Minaatan ekstremal şəraitdə keçilməz ərazilərdə (səhra, dağlıq ərazı, cəngəllik) və şəhər döyüşlərində istifadə oluna bilər. Sinif rəqiblərindən yüngül çəkisi, qabaritləri və üstün texniki imkanlarıyla fərqlənir. 20N6MT yığcam dayağ plitəsi, lülə və doldurulmanı rahatlaşdıran qurğu, ayaqlar və optik nişangahdan ibarətdir. Daşınma zamanı bir neçə hissəyə bölünə bilər.

Silah 60 mm kalibrli geniş sursat çeşidindən istifadə edə bilər. Bunların sırasında təlim (inert dolğulu), qəlpəli, qəlpəli-fuqas, tüstü və işıqlandırma mərmilərini qeyd etmək olar.

*şəkildə - Azərbaycan SQ xüsusi təyinat bölməsinin əsgərləridir.

kalibr: 60 mm
atəş məsafəsi (max.): 4000 m
çəkisi: 18 kq
lülənin ümumi uzunluğu: 940 mm
atəş bucaqları: 45°-dən 85° qədər
mərminin çəkisi: 1.8 kq
atəş tempi: dəqiqədə 20 mərmi
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#5 Сообщение smersh70 » 05 май 2017, 02:33

Azərbaycanın 260 adda müdafiə təyinatlı məhsulu nümayiş etdiriləcək
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Изображение
Вu barədə Report-a nazirlikdən məlumat verilib.

Bunula bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində Y.Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#6 Сообщение smersh70 » 09 май 2017, 23:23


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#7 Сообщение smersh70 » 11 май 2017, 00:00


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#8 Сообщение smersh70 » 17 май 2017, 22:52

Xəbər verdiyimiz kimi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) may ayının 9-dan 12-dək İstanbulda keçirilən İDEF-2017 beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunub.

“AzeriDefence”nin məlumatına görə, sərgidə Azərbaycan müəssisələrində istehsal edilmiş müxtəlif atıcı silahlar – 3 növ snayper tüfəngi, pulemyotlar, tapançalar və qumbaraatan, habelə “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsi böyük marağa səbəb olub.

Sərgidə “Azeri Defence” jurnalı da media tərəfdaş qismində iştirak edib.

“AzeriDefence” sərgidə nümayiş etdirilən Azərbaycan silahları barədə videonu təqdim edir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#9 Сообщение smersh70 » 19 май 2017, 23:07

buraxsınlar-baxarıq :shifty:
Изображение
Nazir: Yeni “Zərbə-KH” PUA-mız ilə düşmənin tanklarını 100 kilometrdən vurmaq mümkün olacaq.

“Zərbə-KH” kumulyativ döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatı (PUA) düşmənn cəbhənin yüz kilometrədək dərinliyindəki zirehli texnikasını və sığınacaqlarını məhv etməyə imkan verəcək.

Bu barədə “AzeriDefence”yə eksklüziv müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

“Bundan sonra düşmənin – ermənilərin tank, piyada döyüş maşını və digər döyüş texnikası təmas xəttindən kilometrlərlə uzaqda dayanmalıdır. Daha o texnikalar heç bir işə yaramayacaq. “Zərbə” həm düşmənin texnikasının yerini kəşfiyyat etmək, həm də onları “ovlamaq” imkanına sahib son nəsil PUA-lardandır. Bu aparat ordumuza əlavə imkanlar qazandıracaq”, – deyə nazir qeyd edib.

“Zərbə” PUA-nın qəlpəli-fuqas başlıqlı konfiqurasiyasının testlərinin keçirildiyini və sifarişçiyə təhvil verildiyini deyən nazir Yavər Camalov “Zərbə-KH”nin kumulyativ döyüş başlığının MSN-in Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlandığını vurğulayıb.

“Bu başlığın PUA-ya inteqrasiyası “Aeronautics” şirkəti ilə birlikdə həyata keçiriləcək. Döyüş başlığı tam olaraq milli istehsaldır. Yaxın 3 ay ərzində “Zərbə”nin kumulyativ başlıqlı versiyasının testlərinə başlamağı düşünürük. Fuqas başlıqlıdan fərqli olaraq çalışmışıq ki kumulyativdə partlayıcı hissəni artıraq ki məhvetmə gücü böyük olsun”, – deyə Y.Camalov bəyan edib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146176
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN)

#10 Сообщение smersh70 » 23 июн 2017, 13:36

Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Eyni zamanda, partlayıcı maddələrlə işləyənlər müvafiq kurs keçərək xüsusi sertifikat alıblar. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.

Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.

Ответить

Вернуться в «Qoşun növləri»