İŞİD- DƏCCALIN DOĞULUŞU

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

İŞİD- DƏCCALIN DOĞULUŞU

#1 Сообщение mirotvores70 » 19 окт 2015, 21:17

Изображение

Kicik müharibələr,böyük mübahisələr,təbii fəlakətlər ,dünya maliyyə böhranları,enerji daşıyıcılarının qiymətində siyasi faktorlar.idarəolunan narkomanlıq,insan alveri,korrupsiya,adı “hüquq keşikcisi olan” lakın əməldə hüquqa düşmən zatların cəzasızlığı,atmosfer cirklənməsi,böyük farmokoloji kompaniyalar tərəfindən düşüqnülən xəstəliklərdən yorulmuş və beli bükülmüı dünyamız-biz ciddi qəbul eləməsək də,artıq Dəccalın doğuluşunu,böyüməsini və dünya nizamını dəyişməsini müşahidə etmək zorunda qaldı. Deyərdim ki,Dəccal doğulmadı,onu süni bətnlərdə yetişdirib bəslədilər.Və qoca dünyaya bir iblis balası sifətində buraxdılar. Kim və Nə ücün?
Güya Usama Bin Ladenin şəxsi əmri ilə 11c senntyabrda partladılan əkiz qüllələrdən sonra, dünyaya yeridilən “Əl Qaidə “ terror təşkilatı tarixdə yeni nizam yeni bir anlayış irəli sürdü. Bu radikal terror təşkilatlarının parakəndəlik,başıpozuqluq prinsiplərini silərək,hərb tarixinə mükəmməl hərbi mütəxəssislərlə,böyük maliyyə imkanları ilə,informasiya texnologiyaları və təbliğat ilə ,mobil silah və texnika ilə silahlanmış nizami–lakin radikal terrorculuq prinsipli ordu gətirdi. Kim yaratdı bu ordunu? Məqsəd nə idi?
Geostrateji baxımdan 11 senntyabr dünya nizamının köklü surətdə dəyişməsində başlıca rol oynadı. Əkiz qüllələrin yıxılması ilə dünya yeni bir strategiyaya ,yeni bir düzəmə doğru irəllədi. Əsasən Əfqanıstana uzun illər beynəlxalq təhdidlərə görə girə bilməyən ABŞ ordusu-bu fürsətdən istifadə etməyə bilməzdi.İrakda “Səddamda nüvə silahı var” deyən ABŞ,Əfqanıstanda Usama Bin Laden axtarışına cıxdı. Böyük hərbi kontingentlə.Hərbi əməliyyatlar bilavasitə “Taliban” və “Əl qaidə” döyüşcüləri ilə aparılsa belə,bu zaman sadaladığımız terror ordusu hec də zəifləmədi,əksinə böyüyərək daha mobil,daha müasir orduya cevrildi. Sual yaranar niyə?
Texnologiya nə qədər inkişaf etsə belə-dünyanı idarə edən maliyyə qurumları, ciddi cəhdlə enerji daşıyıcılarının istifadəsini gündəmdən buraxmır. Baxmayaraq ki, enerji istifadəsi və istehsalı ücün elmdə karbohidrogen vasitələrdən ucuz başa gələn ,asan istifadə olan coxlu resurslar var, lakin dünyanın idarəsində məhz karbohidrogen ehtiyatlara secim edilməkdədir. Artıq bu kimyəvi tərkibli qara şeytan-dünyanın idarəetmə mexanizminə cevrilib.Məhz bu idarəetmə mexanizmində hegemonculuq,öncülük prinsipləri qabarır. Bu zaman hegemonluqla və öncülüklə razılaşmayan qüvvələr,yəni dövlətlər meydana cıxır. Etiraz edən dövlətləri müxtəlif vasitələrlə sakitləşdirmək lazım gəlir. Bu zaman üz-üzə müharibələrdən qacılır. Cünki böyük dövlətlərin müharibələri,amansız,sonu isə dünyanın dağılmasına gətirib cıxaran vasitələrlə doludur. Bəs nə cür etməli? Bu zaman sınanmış üsullardan biri də müttəfiqlərin məhf edilməsidir.
BƏLİ ARTIQ HƏR ŞEYİ ÖZ ADI İLƏ CAĞIRMAQ ZAMANIDIR.BU İKİ BÖYÜK GÜC DÖVLƏTLƏRİNİN MÜHARİBƏSİDİR.
ABŞ niyə Əfqanıstana girdi? Usama Bin Laden beləmi gözəgörünməz və məhfolunmaz idimi? Bəs belə idisə müxtəlif vaxtlarda “həbs” edilən Usama,niyə məhz ABŞ-ın yüksək rütbəli şəxsləri tərəfindən azadlığa buraxılmışdı? Sovetlər zamanında Sovet qüvvələrinə qarşı savaşda iştirak edən,böyük nüfuza maalik Usama məyər ABŞ xüsusi xidmət orqanlarının” hansı nömrəli isə agenti “ deyildimi? Yerin altını müşahidə edən peyklər texnologiyasına malik olan dövlət,hansısa mağarada Usamanı görə bilmirdimi? Üzdə görə bilmirdi. Lakin həqiqət başqadır. Həqiuqət daha dərindir.
Yadımdadır Cingiz Abdullayevin hansısa əsərində narkotik plantasiyalarının məhsulunun böyük dövlətlərin aldığını oxumuşdum. Bu bədii əsər idi. Lakin bu həqiqətə düşən şüa idi. Bəli bir cox dövlətlərin gizli “Nuhun gəmisi” planlarının olması artıq sirr deyil. Bu plana əsasən nüvə müharibəsi baş verərsə,bu zaman təhlükədən qaca bilməyən insanlar ücün,yəni nüvə bombalarının sarsıda bilməyəcəyi bunkerlərdən kənarda qalan lakin ölməyən əhali ücün,aldıqlıarı yanıq və digər yaraların müalicəsi zamanı əsas tələbat,ağrıkəsici morfi tipli preparatların üzərinə düşəcək. Bu zaman ölcüyəgəlməz həcmdə bu tip preparatlar tələb olunacaq. Belə preparatların hazırlanmasında narkotik maddələrin istifadəsi şəksizdir. Və böyük həcm də narkotik məhsulun alınması da böyük vəsait tələb edir. Nüvə müharibəsi olmadan da bu cür preparatlar istifadə olunur və onun resurslarını yeniləmək və kifayət həcmdə saxlamaq lazım gəlir. Bu zaman ucuz narkotik məhsul lazımdır. Belə xammal bazası da Əfqanıstan ərazisidir. Bu ölkədə yetişdirilən narkotik maddə,böyük həcmi və keyfiyyəti ilə Qızıl Ücbucaq ölkələrindən secilir. Bu fərz olunan birinci aspektdir.İkinci aspektdə yaxın şərqdə bir cox müxalif və kecmiş sovetlər birliyi respublikalarına cıxacaq bir bazanın yaradılması. Əfqanıstan Tacikstan,Özbəkistan,Türkmənistan ,İran,Cin,Pakistanla həmsərhəddir. Bu ölkədə mövcud olan qeyri stabil vəziyyət,onunla həmsərhəd olan dövlətlər ücün mütləq təhlükə mənbəyidir. Son zamanlarda Tacikstan və Özbəkistanda baş verən cevriliş cəhdləri və silahlı toqquşmalar bu aspektin də gündəmdə olduğunu təsdiq edir. Məhz maraq dairəsinə daxil olan dövlət və respublikalarda qeyristabillik-bu ölkə və respublikalara öz maraqlarını yeritmə sırasında ən sınanmış metodlardandır.
Sirada İSLAM faktoru.,yaxud müasir dünyaya yeridilmiş “terrorcu din” anlayışı.
Məhz İslamın dünya dini və elmi aspekt baxımından 1000 lərlə təsdiqini tapan dünya nizamı qurmaq istəyən supergüclər,müsəlman əhalisinin durmadan artmasının qarşısında real təhlükəni görməyə bilməzdilər. Baxın əyər İslam dünyada bərqərar olarsa,bu zaman dünya supergüclərinin apardığı oyunlar nəticəsiz qalacaq,dünya HƏQİQİ İSLAMIN TƏMİZ VƏ MƏKRSİZ İDARƏSİNƏ CEVRİLƏCƏKDİR. Bu zaman isə supergüclərin sünii yaratdıqları hər bir natəmiz ideya hecə enəcəkdi. Bunun qarşısını hecə almaq olardı?
Hərb elmində və bu gün İŞİD adlandırdığımız barbarlar qurumunda mənim son dərəcə xoşuma gələn və ənənəvi döyüş aparma qaydalarına köklü surətdə dəyişiklik gətirən bir taktiki gediş var. Bu “İcəridən dağıtma” –dır. İŞİD döyüşcüləri əsasən hücum edəcəkləri rayonlara,qacqın mülki əhali ilə qarışaraq soxulur,düşmənlərinin komanda mərkəzləri və təminat zonalarına cox sıx yaxınlıqda məskən salırlar. Əsas qüvvələr hücuma kecdiyi zaman isə onlar daxildən düşmənlərini parcalayaraq tam iflic vəziyyətinə salır və məhf edirlər. Məhz İSLAMIN dağıdılması da daxildən,kənar dindən yox,müsəlmanlar tərəfindən olmalı idi. Və bu zaman İSLAMİ TERROR ORDULARI ,TERROR QRUPLARI meydana cıxmağa başladı. Qəribə burasıdır ki, bir cox hallarda bu orduların başında bir zamanlar ABŞ ordusu,xüsusi xidmət orqanları və qəddar rəftarları ilə secilən ƏBU QREYB əsir düşərgəsinin kecmiş məhbusları dururdu.
Bəs İŞİD nədir?
Aysberqin görünən tərəfində bunlar barbar ordusudur ki, parakəndə halda,üzlərində saqqal,xalq arasında qorxunc “vəhhabi “ adlanarlar. Lakin aysberqin görünməyən tərəfində İŞİD böyük bir hərbi,iqtisadi,elmi potensiala malik bir qurumdur. Belə qurum hec zaman maliyyəsiz yaşaya bilməz və buna onun şansı da yoxdur. Aysberqin aşağısında dünyanın hər tərəfindən,hətta müsəlman olmayanlardan nbarət 1000 lərlə ixtisaslı İŞİD-in tərkibinə qatılmışdır. Bu Nüvə müharibəsindən də təhlükəli bir yaranmadır ki, yaradıcılar böyük silahlardan tutmuş,kicik iynəyə qədər hər şeyi düşünmüşlər. Bu gün İŞİD-in maliyyə durumu 2-10 milyard ABŞ dolları civarında hesablanır. İŞİD cəngərlikdə gizlənən,ara sıra hökumət qüvvələri ilə silahlı münaqişəyə girən bir partizan qüvvəsi deyil. İŞİD dünyaya yayılmış bir vəbadır ki, onun kökünün kəsilməsi dünyaya hələ cox başa gələcək. Sadəlövh olmayaq. Bu gün İŞİD bütün növ mütəxəssisləri öz sıralarına cəmləyir. Həkimlər, İT mütəxəssisləri,Telekommunikasiya,maliyyə,təhsil,hərbi və bir sıra başqa sahələr. Bu gün İŞİD cöx böyük internet ressurslarına malikdir. Böyük studiyalarda ,əla formatlarda İŞİD-i reklam edən filmlər cəkilir və həmən filmlər operativ surətdə catdırılır. Bu filmlərin əksəriyyəti İŞİD in amansız və qəddar bir qüvvə olduğunu göstərir. Niyə? Bəli bu silahdan da güclü olan təbliğatdır. Bu qorxunc imic yaradaraq,hücum etdiyi ərazilərdə ,onun gəlişindən xoflanaraq qacan rəqib qüvvələrinə hesablanmış bir psixoloji hücumdur. İŞİD-təmiz İSLAMI gətirəcək qüvvə kimi təbliğ olunduqca,onun sıraları genişlənir. Bundan əlavə maliyyə durumu cətin olan insanlar,məhz güclərini İŞİD –də sınamağa üstünlük verir. Bu gün İŞİD dünyanın hərb aparma anlayışına köklü dəyişikliklər etmiş bir taktika elminin banisidir. Bu taktikaya baxdıqca-bütün orduların taktiki təlimlərində dəyişikliklər vacibdir. İşid icəridən dağıtma,mobil,hücum zamanı müdafiə,müdafiə zamanı hücum kimi taktiki gedişlər etməklə rəqibini hər zaman caşdırır. Bu da sonda rəqibin başıpozuq düşməsinə imkan yaradır. Baxın Rusiyanın elit “Alfa” dəstəsi haqda Şamil Basayev demişdi: Alfanın bir catışmayan cəhəti var. Onlar hücum etməyə öyrədilib,müdafiəyə yox. Onlara hər yerdə hücum edin və onlar müdafiə olunmaq elmi olmadığından tələf olacaqlar. Lakin İŞİD bu iki məhfumu bir birinə qarışdırmaqla yeni bir taktika işləyib hazırlamışdır. Sozsüz ki bu saqqallı “Vəhabilərin” yox,daha professionalların işidir.
Onlar Müsəlmanmı?
Bütün media yazılarında İŞİD cilərin ALLAHU ƏKBƏR cığırmasına baxmayaraq onlar müsəlman deyil. Bu birmənalıdır. Allah evlərinə,Allahın Rəsulunun nişanələrinə,insanların inanc yerlərinə təcavüz edən,məscidlər dağıdan ,YUNESKO nun tarixi incilər kimi qorunma fərmanı verilən abidələrini bir göz qırpımında partladaraq külə cevirənlər ALLAHIN EVLADI OLA BİLMƏZ. Onlar şeytan və iblisdən əmələ gələn DƏCCALIN evladlarıdır. İSİD –in ideologiyasında bütün sitayiş mənbələri təzkib və təqib olunur. Bu idologiyada müqəddəs hec bir anlam yoxdur.Hətta İslam alimlərinin və Rəsulun ailəsinin məzarları sökülmə və dağılma gündəmindədir.Baxın Qədim İraqın Suriyanın torpaqlarında yaşı 3000 min ildən cox olan arxeoloji qazıntıklar zamanı meydana cıxmış coxlu eksponatlar vardı. Bu eksponatlar bir cox müharibələrə davam gətirərək qorunmuşdu. Amma XXI əsrdə İŞİD onları tamamiilə dağıtdı. Dünya bu vəhşiliyi göz yaşı ilə seyr etdi. İŞİD qədim məbədləri,məscidləri, abidələri dağıtmaqla güya “Allaha şərik qoşulan idolları” məhf etdiyini və müsəlmanların Allahdan başqasına sitayiş etməməsinə calışdığını deyir. Lakin bu cür deyimlərin arxasında daha təhlükəli oyunların olması şəksizdir. Belə dağıtmalar nəticəsində milyonlarla qiyməti olan abidələr və tarixi eksponatlar yoxa cıxır yaxud onlar ölkə ərazisindən cıxarılırdı.Məsələn,cox ekspertlərə Mosul şəhərində tarixi kitabxananın İŞİD tərəfindən yandırılması müəmmalı göründü. Bu kitabxanada Ərəb filosofiyasının və tarixinin qədim əl yazmaları saxlanırdı. İŞİD-cilər kitabxananı yandırdıqdan sonra,mülki əhali onların 12 suriya nömrəli yük maşınınında kitabxanadan qutular yüklədiyini və şəhərdən cıxarıldığının şahidi olmuşdular. Təcrübə və mənbələr göstərir ki, İŞİD aparıla bilməyən nümunələri məhf edir,aparıla bilən və qiymətli nadir tarixi nümunələr isə milyonlarla qiymətə şəxsi kolleksiyalara satılır.Ekspertlər bu qənaətdədir ki, İŞİD cilər milyonlarla dollarlıq sərvəti yaxın şərqdən cıxarılan neft və antikvariat sayəsində xəzinələrinə ötürürlər.
Bu gün Rusiyanın İŞİD-i bombalaması fonunda eyforiyaya qapılıb bu dünya nəhəngini məhf edəcəyi haqqında düşüncələr,ən azından ağıldankəmlikdən başqa bir şey deyil. Rusiya qüvvələri sadəcə olaraq Suriyada Bəşər Əsəd ücün ənənəvi Abxaziya,Dnestryanı, Donbass,Luqansk hazırlayırlar desək yanılmarıq. Cünki, Rusiya hec zaman tam olaraq İŞİD üzərində qələbəyə hazır deyil. İşid üzərində qələbəyə aviazərbələrlə müvəffəq olmaq mümkün deyil. Cünki Rusiya və dünyadan fəqli olaraq İŞİD gələcək müharibələr planları üzərində calışır və bu planları uğurla yerinə yetirir. Bir coxuna naməlumdur ki, İŞİD-in bir cox hərbi hazırlıq düşərgələrindən başqa,ənənəyə zidd olaraq kicik yaşlı uşaqlar hazırlayan düşərgələri də var. Bu düşərgələrdə uşaqlar silahlarla davranışı,hücum taktiki fənləri,partlayıcı maddələrin hazırlanmasını,təbliğat və təşviqat müharibəsini və bir sıra hərbi aspektləri öyrənirlər. Bu o deməkdir ki, İŞİD nəsilbənəsil müharibə aparmaq niyyətindədir.
Əvvəllər Türkiyə ərazisindən istifadə etməklə Səudiyyədən və Suriya Azad ordusu ücün nəzərdə tutulmuş köhnə silahlardan istifadə edən İŞİD ,sonralar İrakın hərbi anbarlarını qarət etməklə 42 milyardlıq silah,sursat,ləvazimat, avtomobil və zirehli texnikaya malik oldu. İlk zamanlarda ASU(Azad Suriya Ordusu) ,”Ən Nüsrə”,”Əl qaidə” və digər həbiləşmiş qurumlarla əlaqəli şəkildə vuruşsa belə sonradan bu qruplara qarşı vuruşaraq ,demək olar ki onları sıxışdırıb maraq dairəsindən kənarlaşdırdı. Bu kənarlaşmadan sonra İŞİD vahid qüvvə kimi həm İraq,Həm də suriyada aktivləşdi. ASU –isə zəif müqavimətlərlə İŞİD yönümlü olaraq hələ də nəfəs alır.
İŞİD –i “ mövhumatcı radikal islamcılar idarə edir” –deyənlər yanılır və bu dövlətyaradığıların tərkibində nə qədər yüksək ixtisaslı mütəxəssislər(hər sahədən) olduğundan xəbərsizdirlər.
Liderlər:
ABU BƏKR ƏL BAĞDADİ . Əsl adı: İbrahim Bərdi. İxtisasca İslam fakultəsinin müəllimidir. Bundan əlavə Bağdadın və Fəllucənin bir cox məscidlərində imam olmuşdur. 4 iyun 2004 cü ildə ABŞ və İrak hərbciləri tərəfindən həbs olunsa da ,sonradan həbsdən”qaca” bilmişdir.ƏL-Qaidəyə tabe olan İraq İslam Dövləti əvəzində o 2013 cü ildə İŞİD –i yaratdı. Və bu dövlətə İraq İslam Dövlətinin bütün strukturlarını tabe etdi.

ƏBU YƏMƏN ƏL İRAQİ. Səddamin hakimiyyəti dövründə İraq HHQ –nin polkovniki rütbəsində xidmət kecib.Kod adı : ƏBU MÜXƏNNƏD ƏL SÜVEYDƏVİ-dir.2004 cü ildə “həbs olunub”,2007 ci ildə azadlığa buraxılıb.Aleppo və İdlib əməliyyatlarının başcısıdır.

ƏBU ƏHMƏD ƏL ƏLƏVANİ. Həqiqi adı VƏLİD CƏSİM. Səddam hakimiyyəti dövründə İrak ordusunun yüksək rütbəli zabiti olub. Hal hazırda İŞİD hərbi şurasının üzvüdür.

ƏBU ƏBDÜLRƏHMAN ƏL BİLƏVİ . İŞİD –in Ali Məclisinin sədri olub. İndi Hərbi şuranın 4 liderindən biridir. Səddam ordusunun yüksək cinli zabiti olub.27 yanvar 2005 ci ildə İrakda ABŞ hərbciləri vasitəsi ilə həbs olunaraq “ƏBU QREYB” həbsxanasına göndərilir və sonradan həbsxanadan”yoxa cıxır”. 4 iyun 2014 cü ildə Mosulda gizli evində döyüş nəticəsində həlak olur.

HACI BƏKİR.Həqiqi adı SAMİ MÜHƏMMƏD. Səddam ordusunda HHQ lərinin xüsusi xidmət polkovniki olub. İŞİD –in İdeoloji atasıdır. ABŞ qüvvələri tərəfindən həbs olunub “ƏBU QREYBƏ” aparılsa da ,sonradan müəmmalı surərdə İrakda peyda olur. İŞİD-in döyüş əməliyyatlarını idarə edənlərdən biri olub. 2014-cü il fevral ayında LİVA TƏVHİD döyüşcüləri ilə döyüşdə ALEPPO da həlak olub.

ƏBU FATİMA ƏL CEXŞİ.Həqiqi adı NİMA ABDUNAİF.Məlumatlara görə İŞİD-də sayılan hərbcilərdəndir. Əsasən İraqın şimalında aktiv olub.

TARİQ ƏL XAŞİMİ. Prezident Cəlal Tələbaninin müavini olub.Həm də sələfi yonlü “müsəılman qardaşları” təşkilatının İraq İslam partiyasının lideri olub.Bu şəxs İŞİD-in gizli liderlərindən biri hesab olunur.

ƏBU ÖMƏR ŞİŞANİ. Həqiqi adı TARXAN BATARAŞVİLİ.Pankis dərəsində doğulub.Gürcüstan cecenlərinin ailəsində doğulub. Gürcüstan ordusunun zabiti olub.
Bu aysberqin görünən tərəfində olan komandir və liderlərdir. Aysberqin görünməyən tərəfində isə daha ciddi fiqurlar yaşayır. Bu fiqurları yox etmək 10-15 Rus təyyarəsini nbombardmanı ilə mümkün deyil. Görünən analiz olunan budur ki:
Bu gün dünya nəhəng GÜC DÖVLƏTLƏRİNİN DÜNYA SAVAŞINDADIR. BU SAVAŞ HƏLƏ VARŞAVA MÜQAVİLƏSİ İTTİFAQI DAĞIDILANDAN SONRA DAVAMLI SURƏTDƏ DAVAM ETDİRİLMİŞ-İNDİKİ DURUMDA İSƏ İSTİ HALINA GƏTİRİLMİŞDİR. ARTIQ NƏ İRAK,NƏ SURİYA ,NƏ LİBİYA VƏ BAŞQA RUSYÖNÜMLÜ müsəlman ölkələri-bu cür isti müharibələrdən kənar qalmayacaq. Kənar qalmaq ücün isə bu dövlətlərin ayıq başlı liderləri olmalıdır. Gördüyümüz kimi isə bu hələdə yoxdur. Əyər yoxdursa,o zaman:
ALLAH BU XALQLARIN YARDIMCISI OLSUN ! . BAŞQA CÜR-HEC CÜR.

ABUZƏR ƏBİLOV
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#2 Сообщение qaqali01 » 26 янв 2016, 00:36

Deyirlər hər başa 3000dollar alırlar. Bəs bu qədər pulu hardan alırlar..bizdə də bahalı maşınlarla gəzirlər.....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#3 Сообщение smersh70 » 12 мар 2019, 04:58

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#4 Сообщение smersh70 » 12 мар 2019, 04:58

Təhvil edilən silahları
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#5 Сообщение smersh70 » 12 мар 2019, 04:58

əsirlər..kürdlər tərəfindən son döyüşlər zamanı götürüblər
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#6 Сообщение smersh70 » 12 мар 2019, 05:00

buda bunların sonu ;) Efratın Baquza kəndi..
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#7 Сообщение smersh70 » 20 мар 2019, 04:27

kürdlər axırıncı məskunlaşdıqları lageri ələ aldılar...



Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#8 Сообщение smersh70 » 20 мар 2019, 04:28

smersh70 писал(а):
12 мар 2019, 05:00
buda bunların sonu Efratın Baquza kəndi..
Buda axırı,Mıxaylo demişkən :mrgreen:
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#9 Сообщение smersh70 » 20 мар 2019, 18:53

smersh70 писал(а):
20 мар 2019, 04:28
Buda axırı,Mıxaylo demişkən
Изображение
Изображение

Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: İŞİD- DƏCCALIN DOĞULUŞU

#10 Сообщение smersh70 » 21 мар 2019, 02:32

smersh70 писал(а):
12 мар 2019, 04:58
əsirlər..kürdlər tərəfindən son döyüşlər zamanı götürüblər

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»