Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#1 Сообщение mirotvores70 » 17 дек 2014, 00:25

Изображение

Cəbhə xəttində təxribat yaradarkən ağır itkilərə uğrayan ermənilər artıq beynəlxalq təşkilatlar qarşısında haray-həşir salaraq“Azərbaycan snayperlərinin cəbhə xəttindən geri çəkilməsi” kimi qəribə və əsl ermənisayağı təklif qaldırıblar. Maraqlısı da odur ki, bu təklif uzun müddətdir işğal etdikləri ərazilərdən Azərbaycan hökumətinin nəzarətində olan əraziləri, günahsız əhalini atəşə tutan, onlarla dinci insanı öldürən ermənilərin “burnu ovulanda” qaldırılır. Erməniləri tək qoymayan ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu təklifləri dəstəkləyir.

Hərb sənətinin əsas növlərindən olan sərrast atıcılıq artıq 300 ilə yaxındır ki, döyüş meydanlarında tətbiq edilir. Günümüzdə snayperlər kimi tanınan nişançılar təyinatlarına uyğun olaraq düşmənin komandir heyətini, terrorçuları məhv etməkdən tutmuş, döyüş texnikalarının, rabitə qurğularının antenlərinin sıradan çıxarılmasına kimi bir çox işlərin öhdəsindən gəlməyi bacarırlar.
Изображение

Snayperlərin tarixi odlu silahların, xüsusilə də muşket tüfənglərinin meydana çıxması ilə bağlanılır. Lakin ixtisaslaşmış nişançıların hərbi əməliyyatlarda iştirakına dair ilk yazılı faktlar Amerikada istiqlaliyyət savaşı dövrünə təsadüf edir. Belə ki həmin dövrdə Corc Vaşinqtonun komandanlıq etdiyi orduda yaradılan sərrast atıcı bölükləri o dövrün ənənəvi – flanqa halında döyüş üsulundan vaz keçərək yeni döyüş taktikasından yararlanır. Ətraf mühitə uyğun maskalanan bu snayperlər həm özlərini qoruyaraq, həm də sərrast atəşlə düşmənin yüzlərlə canlı qüvvəsini məhv etməyə nail olub. Az keçməmiş bu üsulu Napoleon da tətbiq edir.
Изображение
Snayperlər döyüşən ordunun vacib elementi kimi Birinci və İkinci Dünya müharibələrində öz sözlərini deyib. Birinci Dünya Savaşında üzərinə durbinlər bağlanmış o dövrün karabinləri ilə silahlanan snayperlər hər iki tərəfdə “fəaliyyətləri”nə görə diqqət mərkəzində olub. Müharibədən sonra snayperlərin vacibliyinə daha çox inanan Avropa dövlətləri nişançılar üçün xüsusi silahların yaradılması üzərində işləməyə başlayıb.
Изображение
Sovet-Finlandiya müharibəsində fin snayperləri tərəfindən ən azı 3 min sovet əsgərinin öldürüldüyü bildirilir. Qarlı meşələrdə ağ xalatlarla maskalanmış finlər hücuma keçən sovet birliklərinin kabusuna çevrilib. Bundan sonra sovet generallarının təşəbbüsü ilə snayperlərin təyin olunması üçün xüsusi əməliyyatlar təşkil olunur, ərazi bombardman ediləndən sonra sovet snayper birlikləri düşmənin sağ qalmış atıcılarını sıradan çıxarırmışlar.
Изображение
Artıq İkinci Dünya Müharibəsi başladıqda həm nasist Almaniyası, həm Sovetlər Birliyi, həm də müttəfiq dövlətlərinin savaşan birliklərinin ön səflərində ixtisaslaşmış snayperlər yer aldı. Hətta snayperlər döyüşlərin qazanılmasında mühüm rol oynamağa da başladılar. 1942-ci ildən etibarən sovet ordusunun hər bir taqımında bir snayper yer alırdı və sovet ordusu ilk dəfə snayperlərin maskalanması üçün xüsusi kamuflyajlar da hazırlamışdı. Stalinqradın müdafiəsinə sovet tərəfinin minlərlə snayper cəlb etdiyi qeyd olunur. Bunların arasında məşhur snayper, Sovet İttifaqı Qəhrəmanı Vasili Zaytsevin adı bu gün də hallanır. Hansı ki, Zaytsevin ən azı 240 alman əsgərini öldürdüyü bildirilir.

Vyetnam savaşında ABŞ ordusu da snayperlərdən maksimum istifadə etməyə çalışıb. Artıq bu dövrdə yeni snayper tüfənglərini də tətbiqinə başlayan ABŞ Vyetnamda ilk dəfə üzərinə durbin qurulmuş iri çaplı avtomatik snayper tüfənglərini sınaqdan çıxarıb. Belə ki, 1967-ci ilin fevralında Vyetnam müharibəsində ABŞ Dəniz Piyadalarının snayperi Karlos Hatkok “Browning M2” iriçaplı avtomatik snayper tüfəngi ilə 2300 metr məsafədən öldürücü atışlar həyata keçirib. 2002-ci ilin mart ayında isə Əfqanıstanda xidmət edən Kanada ordusunun snayperi Rob Furlonq 2430 metr məsafəyə dəqiq atəş açaraq dünya rekordunu vurub.

Snayper hazırlığı

Snayper çox dəqiqlik, səbr və əzm tələb edən bir hərb sənəti olduğundan orduda snayperlərin hazırlanması xüsusi seçim əsasında aparılır. Bunun üçün gənc əsgərlər arasında seçim edilir, onlara uzun müddət – saatlarla müşahidə etmək və ani atəşlə hədəfi məhv etmək aşılanır. Snayperlər xüsusi və ən dəqiq nizamlanmış silahlarla təmin olunur və onlar uzaq məsafədə hədəfləri təsbit etmək və vurmaq üçün zəruri optik cihazlarla, gecəgörmə sistemləri ilə təchiz edilirlər. Ən əsası isə snayperlərə atəşin dəqiqliyini təmin edən küləyin sürətini, yerin cazibəsini, havanın temperaturunu təhlil etmək üçün riyazi hesablamaların öyrədilməsidir. Qeyd edək ki, küləyin sürətindəki dəyişmələr hədəfdən metrlərlə məsafədə sapmalara səbəb ola bilir. Eyni zamanda, Yerin cazibə qüvvəsi atılan güllənin hərəkət trayektoriyasında dəyişiklik yaradır ki, bu səbəbdən də snayperlər daha çox hədəfin üst hissəsini nişan alır. Həmçinin onlar düşməndən maskalanma üsullarını da öyrənirlər ki bu da hədəfi izləyən snayperin hədəfə çevrilməməsi üçün ən zəruri məqamlardandır.

Snayperlər döyüş meydanına daxil olarkən xüsusi maskalanma üsullarından istifadə edərək həm özlərini, həm də silahlarını görünməz hala gətirir. Çox zaman üzlərini yaşıl və ya qara rəngə boyamaqla sifətlərinin parıldamaqdan gizlədirlər. Ətrafdakı müxtəlif bitkilərin yarpaqlarından hazırladıqları və NATO ordularında “ghillie suit” adlanan özəl kamuflyajlarla o dərəcədə maskalana bilirlər ki, onları hətta yanlarında ayaq üstə dayanmış əsgərlər belə təyin edə bilmir.

Standart ordu təlimlərinin çoxunda adi əsgərlərə 200 və ya 300 metr məsafədə, ABŞ Dəniz Piyadalarında 400-500 metrdə hədəfi vurmaq aşılanır. Amma snayperlər üçün bu məsafə 800 metrdən başlayır.

Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev snayperlərin hazırda qoşunların təmas xəttində mühüm rol oynadığını deyir. Generalın sözlərinə görə, snayperlərin əsas vəzifəsi düşmənin komandirlərini, idarə edən şəxsləri məhv etmək, bununla da idarəetmə sistemini sıradan çıxarmaqdır: “Bu gün hər iki tərəfdə snayperlər öz işlərini necə lazımdır, elə də görürlər. Snayperlər üçün 3 əsas şey lazımdır: yaxşı fiziki hazırlıq, səbr və dəqiqlik, bir də dəqiq nizamlanmış silah”.

Azərbaycanda snayperlərin hazırlanması əsasən orduda həyata keçirilir. Ancaq ötən ildən etibarən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində snayper kursu açılıb. Bu kursa ilk yazılanlar arasında qızlar say çoxluğu təşkil edir.

Ümumiyyətlə, əksər ordularda snayperlər hazırlayan xüsusi məktəblər mövcuddur. Snayperlər ordudan ehtiyata buraxıldıqda xüsusi uçota salınır. Rusiyada və bir sıra qərb ölkələrində təhlillər göstərir ki, peşəkar killerlərin 45%-dən çoxunu vaxtı ilə orduda snayper olmuş insanlar təşkil edir.

Snayperin snayperi

Generalın dediyi kimi, snayperin ustalığını təyin edən əsas 3 faktordan birisi də onun silahıdır. İlk dəfə ixtisaslaşmış atıcılar üçün xüsusi təyinatlı (snayper) tüfəngləri İkinci Dünya Müharibəsində meydana gəlib.

Artıq bu gün dünya ordularında yüzlərlə model snayper tüfənglərindən istifadə olunur. kiçik – 9 mm çaplı güllələrdən 26 mm çaplı iri çaplı güllələrdən atəş açan snayper tüfəngləri mövcuddur. Təbii ki, əməliyyat şəraitinə uyğun olaraq istifadə olunan tüfənglər də dəyişir.

Snayper tüfənglərinin hamısı optik nişangahlarla təchiz olunur. Atış mexanizminə görə tüfənglər 2 tipə ayrılır: yarımavtomatik və əllə doldurulan.

Hazırda dünyada ən geniş yayılmış snayper tüfəngi modellərinə “Browning”, “Reqminton”, SVD, “Vintorez”, M-93 Black Arrow və s. tüfənglər daxildir. Hazırda Azərbaycan və Ermənistan ordularında əsasən keçmiş sovet və hazırda Rusiyanın istehsalı olan SVD markalı snayperlərdən, eyni zamanda Ermənistan tərəfdə Serbiya və Qazaxıstanın istehsalı olan bəzi snayperlərdən istifadə olunur. 2007-ci ildən Azərbaycan ordusu milli istehsal olan 14,5 mm çaplı “İstiqlal” snayper tüfəngini silahlanmaya daxil edib ki, bu tüfəngin təsir məsafəsi 3 min metrdir. Yandırıcı və qəlpələnən güllələrdən atəş açan “İstiqlal” uzaq məsafədən döyüş texnikalarının zirehlərini deşə bilir. Hazırda “İstiqlal”ın 12,7 mm çaplı yüngül versiyasının testləri keçirilir. Eyni zamanda, Azərbaycan müdafiə sənayesi 23 mm çaplı snayper tüfənginin yaradılması üzərində işlər aparır. Qeyd edək ki, bu snayper tüfəngi təyyarələrə qarşı tətbiq olunan ZSU-23 zenit pulemyotu ilə eyni çaplı güllələrdən atəş açacaq.

Cəbhə xətti – snayper hər zaman tətikdə

Məlum olduğu kimi, Ermənistan və Azərbaycan qoşunlarının 1000 km-dən artıq bir məsafədə uzanan cəbhə xəttində hər gün atəşkəs rejimi pozulur, ermənilər Azərbaycan ordusunun mövqeləri ilə yanaşı cəbhəyanı kəndlərdə mülki sakinləri belə atəşə tutaraq ziyan vurmağa çalışırlar. Təbii ki düşmənin hər bir belə təxribatının qarşısı Azərbaycan əsgəri tərəfindən vaxtında alınır, qarşı tərəf itkilərə məruz qoyulur. Təəssüf ki, bəzən bu döyüşlərdə Azərbaycan tərəfdən də əsgərlər şəhid olur.

Cəbhə xəttində xidmət edən snayperlərin üzərinə xüsusi vəzifələr düşür və digər əsgərlərdən fərqli olaraq snayperlərdən daha çox məsuliyyət və iş tələb olunur. Yuxarıda qeyd etdiyimiz kimi snayperlərin əsas vəzifəsi düşmənin komandir heyətini sıradan çıxarmaq, eyni zamanda daha uzaq məsafədən onların planlaşdırılan hərəkətlərinin qarşısını almaqdır. Bu baxımdan Azərbaycan snayperləri də artıq praktiki təcrübə qazanıb və cəbhə xəttində xidmət keçən snayperlərimiz MDB ordularındakı silahdaşlarından heç də geri qalmırlar.

Cəbhə xəttində xidmət edən hərbçilərin sözlərinə görə, erməni ordusu əsasən qadın snayperlərin xidmətindən daha çox yararlanır. Səbrli olmalarına və çox dəqiq atışlarına görə fərqlənən bu qadın snayperlər əsasən xaricdən muzdla gələnlərdir.

Naxçıvandakı məşhur Buzqov yüksəkliyində xidmət etmiş azərbaycanlı snayper (snayperlərin adları məxfilik baxımından açıqlanmır) deyir ki, ermənilərin snayper qadınlardan istifadə etməsinin dəfələrlə şahidi olub. Müəyyən vaxtlarda posta qalxan qadın snayperlər Azərbaycan əsgərlərini çox zaman aldadaraq vururmuş. Belə ki, müsahibimiz deyir ki, 2004-2005-ci illərdə belə bir hadisə baş verib. Snayper qadınlardan biri paltarını soyunaraq səngərin üzərinə qalxır və striptiz göstərməyə başlayır. Təhlükəsizliyi unudub səngərin üzərinə qalxan əsgəri hazır dayanmış digər snayper qadın vursa da xoşbəxtlikdən ölüm olmur. Ərazidə snayper qadınların bu cür hərəkəti bir müddət davam edir. Azərbaycanlı əsgərlərin həmin qadınların çayda çimərkən silah və paltarlarını oğurlamasından sonra snayper qadınlar bir daha həmin posta qalxmır.

Müsahibimiz deyir ki, ermənilər dəfələrlə snayperlə radiostansiyanın antenini qırıb, postdakı ildırımötürücü boruya hərf yazıb: “Axırda məcbur qalıb, gecə ermənilərin 500-600 metr uzaqdakı kazarmasını atəşə tutduq və elektrik lampalarını qırdıq. Bundan sonra eşitdik ermənilər deyir ki, türklər lampanı bu məsafədən qırırsa, ehtiyatlı olun”.

Qarabağ cəbhəsində xidmət edən zabitlər isə snayperlərlə bağlı daha maraqlı əhvalatları danışırlar. Onların sözlərinə görə, erməni snayperləri əsasən axşam tərəfi, gün batana yaxın aktivləşir. Səbəbi isə odur ki, gün o zaman əks istiqamətə düşür və Azərbaycan snayperləri bu şəraitdə işləyə bilmir.

“Hədəfim yıxılanda ləzzət alıram”

S.Ə. (adının açıqlanmasını istəmir) vaxtı ilə SSRİ Sərhəd Qoşunlarında xidmət edib. Dəfələrlə sovet ordusunda atıcılıq yarışlarında birinci yerə çıxan S.Ə. “Voroşilov atıcısı” adına layiq görülüb. Qarabağ döyüşlərində iştirak edərək snayper kimi düşmənin onlarla zabitini və əsgərini məhv edən S.Ə. ordudan ehtiyata çıxandan sonra da ordunun gərəyi olub. Cəbhəyanı kəndlərdən birində yaşayan müsahibimiz vəziyyət gərginləşəndə komandanlığın çağırışı ilə “vəziyyətin gərgin olduğu ərazidə işləməyə göndərilir”. Bir-iki düşmən zabit və gizirini o dünyaya göndərib, ərazidə “vəziyyəti stabilləşdirib” yenidən evinə qayıdır.

Təcrübəli snayper peşəsinin vurğunu olduğunu və uzun illərdir sərrast atıcılığın həyatının bir hissəsinə çevrildiyini söyləyir. Uşaqlıqdan silaha maraqlı olduğunu deyən snayper sonradan hərbçi peşəsini seçməsini də bununla əlaqələndirir: “Snayperdən ilk növbədə hövsələli, səbrli olmaq tələb olunur. Əgər hədəf başını qaldırırsa, dərhal atmaq olmaz. Bəzən düşmən tərəf snayperin yerini təsbit etmək üçün dəbilqəni və ya papağı bir ağaca keçirib, səngərdən qaldırır. Bunu nəzərə almaq lazımdır. Zamanın varsa, hədəfə maksimum sərbəstlik verməlisən ki, snayperin onu izlədiyini unutsun. Pişik siçanı yeməzdən əvvəl necə oynadırsa, snayper də hədəfini eləcə oynatmalıdır”.

S.Ə. deyir ki, snayperlər “dörd göz” olmalı, “işlədiyi ərazini” tanımalı, ora uyğun maskalanmalı, həmişə eyni silahdan istifadə etməlidir. Bir dəfə onu güdən düşmən snayperini onun kiçik bir səhvi – durbinin linzasının parlaması nəticəsində vurduğunu deyən sərrast atıcı qurbanları barədə məlumatı elə ermənilərin öz dilindən eşitmək istəyir: “Mən Əfqanıstanda da döyüşmüşəm, Qarabağda da. Bir snayper olaraq mən peşəmi icra edəndə xüsusi zövq alıram və buna bir idman kimi baxıram. Hədəfim yıxılanda isə xüsusi ləzzət alıram. Xüsusilə də uzun müddət axtardığım hədəf olduqda”.

Təcrübəli snayper 27 illik hərbçi həyatında ən uğurlu “ovunu” da Qarabağda edib: “Mənimlə bir yerdə hərbi məktəbdə Gerasim Mkrtıçyan adlı bir erməni vardı. O da çox dəqiq snayper idi. Məktəbi bitirdikdən sonra Əfqanıstanda da bir yerdə olduq. Yoldaşlığımız, dostluğumuz var idi və bir zaman düşmən olacağımızı kimsə deyə bilməzdi. Mən Qarabağda döyüşərkən onun haqqında eşitdim. Əvvəlcə düşünmədim ki, o olar. Amma sonra əsirlikdən gələnlər onun barəsində danışanda zənnim düz çıxdı. Bir dəfə ratsiyada ona xəbərdarlıq etdim ki, qarşıma çıxmasın, yoxsa atacam. 6-7 ay gizlənpaç oynadıq. Nəhayət, Füzulinin Aşağı Veysəlli kəndində olarkən Gerasimin də orada olduğunu öyrəndim. Bizdən iki nəfəri vurmuşdu. Təxminən 4-5 saat izlədikdən sonra gördüm siqaret çəkir. Yanında da bir rabitəçisi vardı. Gerasimin başı yandan azacıq görünürdü. Rabitəçiyə ermənilərin tezliyinə girməyi əmr etdim. Ratsiyada “Gerasim xoş gördük” dedikdə o diksindi və azacıq yerindən qalxdı. Artıq həmin an hər şey hazır idi. Gerasimlə dostluğumuz beləcə bir güllə ilə sona çatdı”…

P.S. Birinci Qarabağ müharibəsində “veteran” olmuş ermənilər Qarabağ üçün yenidən könüllü dəstələr toplamaq istəyir. Hər halda işğalçı niyyətlərindən vaz keçməyən bu insanlar qarşılarında dayananların da kimlər olduğunu unutmamalıdırlar.

Rəşad Süleymanov
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Snayperlər. Mif və reallıqlar

#2 Сообщение mirotvores70 » 26 авг 2015, 15:05

Cox zaman sosial şəbəkələrdə və gənclərin danışıqlarında snayperlərin fövqəldöyüşcü,təkrarolunmaz və orduda xüsusi bir anlam olması haqda yazıları oxuyur və “nağıllara” qulaq asıram. Və düşünürəm görəsən nə və kimdir bunlar və əfsanəyə cevrilmiş bu atıcı və atıcılıq növü doğurdanmı belə yanaşmaya yarayır?
Ən əvvəl Snayper anlayışı haqda. Birdə görürsən ki, biri bir göz oxşayan hansısa şirkətin istehsalı olan SNAYPER TÜFƏNGİNİN fotosunu qoyaraq,atında “filan adlı snayper” yazır. BU SƏHFDİR.
Snayper silah yox İNSANDIR. Şəkildə görünən isə adicə snayper TÜFƏNGİDİR.
Yaxud snayperin şəklini qoyaraq “Snayperci filankəs” yazılır. Bu da səhfdir. Snayper insan olduğu halda,snayperci anlayışı –insancımı olur?
Məlumatsızlığın,yalancılığın,naşı jurnalistikanın,xülyabaz “qazilərin” boş söhbətinin əsasında gənc nəsilə yanlış informasiya verilir və gənclərin bu sahə ,bu silah,bu döyüş vahidi haqda biliyi korlanır.
ƏN ƏVVƏL –SNAYPER KİMDİR?
Snayper sözü ingilis anlamlı olaraq (SNİPE)-yəni cəld və ucuş traektoriyasını xaotik dəyişən kicik quş deməkdir.
Snayper-əslində dəqiq və sərrast atəş acmaq elminə yiyələnmiş insan deməkdir.
Həyatda bir necə belə anlayış var.Bunlar ordu,diversant ,polis,xüsusi güc strukturları snayperləridir ki, hər birinin özünün tədris və təlim metodları vardır. Polis snayperindən orduda,ordu snayperindən digər əməliyyatlarda istifadə etmirlər.Cünki hər birinin profi sahəsi başqadır. Düşmən snayperini müşahidə ilə tapan snayper,böyük insan kütləsində maskalanmış cinayətkarı tapa bilməz. Cünki profi anlayışı,cinayətkarın maneraları,onun istifadə etdiyi vasitələr-ordu snayperinə yaddır.
-Ordu snayperi əsasən xüsusi təlim kecmiş əsgər,zabit yaxud digər rütbəli hərbi qulluqcudur ki, tədris ,teoriya və praktika əsasında dəqiq atəş acmağı,hədəfi birinci atəşdən məhf etməyi,maskalanmağı,atəş trayektoriyasını riyazi baxımdan təyin etməyi,müxtəlif növ gecə və gündüz istifadə edilən optik nişangah.uzaqlıq ölcmə və müxtəlif sahələrdə yerini təyin etmə qurğularından istifadəni mükəmməl bilir.Vəzifəsi də əsasən düşmənin komanda heyətini,məxfi obyekt,elektron izləmə,xüsusi təyinatlı texnika heyətlərini və bir cox hallarda cətin görünən,adi qoşun əsgərlərinin silahlarının məhf edə bilmədiyi xüsusi hədəflərin məhfidir.
Polis snayperləri isə -xüsusi polis əməliyyatları zamanı hücuma kecən dəstəni atəş acan,insan kütləsinə qarışmış və hansısa bir təxribat törətmək məqsədli ,sürətli avto və digər nəqliyyat vasitəsini zəbt etmiş cinayətkardan qorumaq,lazımı anda atəşlə onu zərərsizləşdirmək funksiyasını yerinə yetirən,xüsusi təlim görmüş polis nəfəri ,zabiti və digər rütbəlisidir.
Xüsusi təyinatlı snayperlər-antiterror mərkəzlərinin döyüşcüləridir ki, bunların da fəaliyyəti adlarından göründüyü kimi,terrorcular.narkocinayət döyüşcüləri ,xidmət etdikləri orqanların təyin etdiyi hədəflərin məhfi və sıradan cıxarılmasıdır.
Diversant snayper-əsasən tək və yaxud döyüş vahidinə aid olan köməkcisi ilə,düşmənin arxasında,əsas qüvvələrdən uzaqda fəailiyyət göstərir.Vəzifəsi düşmən komanda heyətinin,xüsusi qorunan vasitələrin,komanda qərərgahının şəxsi heyətinin sıradan cıxarılması,düşməndə pozuculuq və caşqınlıq yaratmaq və snayper terrorudur.Cox zaman snayper yerinin bildirilməməsi ücün aldadıcı müqəvvalar və səs effektləri istifadə edir.
Snayper anlayışına kicik və dəqiq aydınlıq gətirdik.
SNAYPER DEYİLƏN SNAYPER TÜFƏNGLƏRİ.
Snayper tüfənglərinə zərurət hələ Birinci dünya müharibəsində yarandı. İlk olaraq belə tüfəngləri 1915 ci ildə Alman ordusu istifadə etməyə başladı. Dünyada müxtəlif növ snayper tüfəngləri vardır. Bunlar yarımavtomatık və təkatəşli tüfənglərdir. Avtomatik atəş və snayper anlayışı bir birinə zidd olan anlayışlardır .Yəni avtomatik atəş zamanı silahın təpməsi və digər atəş faktorları,dəqiq atəşi hecə endirir. Snayper tüfəngləri son zamanlar cox müasirləşmişdir. Yəni adi tüfənglərə bağlanılan az effektli yaxınlaşdırıcı nişangahlılardan fərqli olaraq bu gün snayper tüfəngləri,böyük uzaqlığa,dəqiq atəşə,səssizliyə,hər şəraitdə görə bilən,uzaqlıq ölcüb,infraqırmızı şüaları və istilik mənbələrini təyin edə bilən optik nişangahlara malik olan tüfənglərdir.
Bundan əlavə ANTİMATERİAL snayper tüfəngləri də vardır ki, bu tüfənglərin vəzifəsi-düşmən texnikasını,obyektlərini,qorunan atəş nöqtələrini məhf etməkdir.
Snayperlər əsasən öz profilinə uyğun olaraq məktəblərdə teorotik və praktik olaraq hazırlanır. Bu zaman sağlamlıq,intelekt,fiziki göstəricilərlə bir arada döyüşcünün psixoloji hazırlığı da önəm təşkil edir. Ştat əsasında xidmət kecən əsgərdən fərqli olaraq profi snayperlər daha ciddi və daha dəqiq hazırlanır. Bir snayperin hazırlanıb,ona müstəqil döyüş tapşırığı verilənə qədər o uzun tədris prossesi kecir,müxtəlif testlərə məruz qalır. Snayper də başqa döyüş növünün döyüş vahidi kimi professionallıq səviyyəsi ilə ölcülür. Yəni tankcı öz işinin professionalıdırsa,top nişancısı dəqiq və səhf etmədən atəş acıb düşməni məhf edirsə- snayper də onun kimi hesab olunmalıdır.
Snayper əfsanə deyildir-sadəcə özünün hazırlığı,elmi,praktikası və ən əsası qarşısında qoyduğu məqsədi yetərlidirsə-o da başqa döyüş vahidinin əsgəri kimi sənətkardır.
İNANIRAM Kİ MİF VƏ HƏQİQƏTLƏRƏ AZACIQ DA OLSA AYDINLIQ GƏTİRƏ BİLDİM.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#3 Сообщение smersh70 » 13 янв 2016, 02:15

Kamuflyaj olunmuş Kəşfiyyatçılarımız "OSV-96", "JNG-90" və "AK-74 M"
Изображение
Kəşfiyyatçı-snayperimiz "JNG-90" snayper tüfəngi
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#4 Сообщение smersh70 » 23 мар 2017, 23:41


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#5 Сообщение smersh70 » 31 май 2017, 00:11


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#6 Сообщение smersh70 » 20 ноя 2017, 11:26


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#7 Сообщение smersh70 » 07 ноя 2018, 22:20

bizim məşhur snayperçilər :character-oldtimer:
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#8 Сообщение smersh70 » 19 ноя 2018, 14:37

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#9 Сообщение smersh70 » 06 дек 2018, 01:52

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#10 Сообщение smersh70 » 06 дек 2018, 01:54

[youtube][/youtube]

Ответить

Вернуться в «Quru Qoşunları»