Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#11 Сообщение smersh70 » 06 дек 2018, 01:55

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#12 Сообщение smersh70 » 06 дек 2018, 01:56

[youtube][/youtube]
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#13 Сообщение smersh70 » 06 дек 2018, 01:57

[youtube][/youtube]
[youtube][youtube][/youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#14 Сообщение smersh70 » 05 фев 2019, 21:44

[youtube][/youtube]
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#15 Сообщение smersh70 » 19 фев 2019, 22:36

Düşmənin iki hərbçisini məhv edən snayper: “Birini ürəyindən vurdum, digərini isə alnından” (MÜSAHİBƏ)

Ehtiyatda olan əsgər , TOZ ləqəbli snayper.

Əvvəlcə qəhrəmanımızı tanıyaq: Tovuz şəhər sakini, ehtiyatda olan əsgər, Süleymanov Amin Zirəddin oğlu 1991-ci il martın 1-də Tovuzda anadan olub, orta təhsillidir. Həqiqi Hərbi Xidmətini Milli Ordunun Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində başa vuran Amin 18 ay xidməti boyunca bir çox uğurlu əks-həmlə əməliyyatlarında iştirak edib, düşmən təxribatının qarşısını alarkən biri zabit olmaqla, iki hərbçini tək atışla məhv edib.

Müsahibimlə maraqlı söhbətimizi sizinlə də bölüşürük. Amin 2009-2011-ci ilərdə hərbi xidmətdə olub, hazırda yaşadığı rayonda avtomobil şinlərinin təmiri ilə məşğul olur. Ailənin ikinci oğul övladıdır. Subaydır.

- Salam, Amin.
- Salam, xoş gördük.

- Amin, əvvəlcə hərbi xidmətdə snayper seçilməyindən danış.

- Təşəkkür edirəm. Deməli, 2009-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırıldım və Tərtərə göndərildim. İdmanla məşğul olduğumdan, eyni zamanda çevikliyimə görə məni kəşfiyyat bölüyünə təhkim etdilər. Burada hələ də unutmadığım hərbi sirlərə sahib oldum. Ən çox da düşmən mövqeləri arxasında tapşırıqlar həyata keçirməyi daha dərindən öyrəndim. Artıq 6 ay idi ki, xidmət edirdim. Bir gün başqa hərbi hissədən zabitlər gəldi. Dedilər sizdən könüllü olaraq snayper olmaq istəyən varmı? Qeyri-ixtiyari olaraq bir addım önə çıxıb, məruzə etdim və razı olduğumu bildirdim. Birinci boyumun balaca olduğuna görə uyğun gəlmədiyini söylədilər, lakin mən çox çabaladım, komandirimə dedim ki, snayper olmaq mənim uşaqlıq arzumdur. Sağ olsun, bölük komandirim onlara dedi ki, siz bir şans verin, mən əsgərimə bələdəm. Bundan sonra kursa getdim. Bu müddət ərzində yoldaşlarımdan fərqləndim. Bircə atışım da boşa getmədi. Hər dəfə bir bədən üzvünü nişan alırdıq. Mən isə həmişə baş və ürək nahiyəsindən vururdum, məhz buna görə də danlanırdım. Amma sonunda verdiyim cavab onların da xoşuna gəlirdi. Dedim ki, komandir mən bu gülləni atıramsa, hədəfin öldüyündən və ya öləcəyindən əmin olmalıyam. Kurs bitər-bitməz məni snayper kimi öz hərbi hissəmizə göndərdilər.

- Amin, snayper olmaq fərqlilikdirmi?

- Deməzdim. Düşünürəm ki, özünə hakim olmağı bacaran hər kəs snayper ola bilər. Sanyper olmaq ölümlə üz-üzə dayanmaq deməkdir. Bir güllə atırsan, hədəfə dəymirsə və ya yaralayırsa, bu artıq sənin üçün faciənin başlanğıcıdır. Həm də hər güllə bir hədəfdən atılmalıdır, azı 8-10 metr sağa və ya sola. Məkana və fəsilə uyğun maskalanmaq da əsas şərtlərdən biridir. Əsas şərtlərdən biri də budur ki, düşmənə görüntü vermək və mövqeni bəlli etmək olmaz. Eyni zamanda yaxşı snayper olmaq üçün təmkinli və səbrli olmaq lazımdır. Əlin əsməsin, hədəfi tam görüntüyədək izləmək, hava şəraiti və günəşin əks şüalarını gözləmək lazımdır. Elə olurdu ki, düşməni 4 saat yorulmadan müşahidə edirdim ki, posta tərəf bircə güllə atsın. Dərhal postun üstü başlarına uçurdu. Bir də həvəsin olmalıdır. Bayaq da dedim, mən uşaq vaxtdan snayper olmaq arzusunda idim, şükür allaha, oldum da, həm də sözün əsl mənasında. İndi də bəzən əlimdə daş və ya başqa nəsə olanda nəyisə hədəf alıb atıram, artıq qanıma işləyib.

- Snayperlərin özlərinin və silahlarının ləqəbləri olur. Sizin necə, olubmu?

- Vallah, ləqəb deyəndə ki, komandir və əsgər yoldaşlarım mənə “Nividimka” və ya “balaca” deyirdilər. Bəzən komandir tapşırıq verəndə ki, flan postda təhlükə var və ya intensiv atəş açırlar, ora gedirdim. Uşaqlar baxırdılar ki, düşmən postuna cəmi bir güllə dəydi və sükuta qərq oldular. Ona görə ki, əgər görüntüm olmurdusa, ya postun damını, ya elektik naqilini, ya da önəmli nəyisə vururdum ki, hədəfdə olduqlarını bilsinlər. Bizim uşaqlar da məni axtarırdılar ki, haradan atıramsa, onlar da gəlib ordan atsınlar. Buna görə də məni o ləqəblə çağırırdılar. Silahım isə SVD idi. Qara rəngli olduğu üçün “qara balam” deyirdim. O silahı məndən başqa heç kim sıfırlaya bilmirdi, sanki mənim üçün istehsal edilmişdi. “Qara bala” ilə 1 il ömür-gün yoldaşı olduq.

- Gələk düşmən hərbiçlərini məhv etdiyin günlərə. Onları necə oldu ki, vurdun?

- Birinci erməni əsgərini ürəyindən vurmuşam, MAXE idi. 2010-cu ilin iyun ayının 3-ü idi. Bölüyə məlumat gəldi ki, düşmən DŞK postundan mövqelərimizi dairəvi atəşə tutur. Komandir dedi ki, balaca, postu onların başına uçurmaq lazımdır. Oldu, deyib hazırlaşdıqdan sonra posta getdim. Artıq mən çatanda sakitçilik idi. Müşahidəyə başladım, 2 saat gözlədim, atmadılar. Artıq qərar verdim ki, düşüm aşağı. Komandirə məruzə edəndə dedi ki, gəl. Elə getməyə hazırlaşırdım ki, pulemyot və DŞK-lardan atəş açmağa başladılar. Bizim postlarda da atəş başladı və mən mövqeyimi onların əsas postuna dəyişdim. Erməni əsgərlərdən birinin postun üstünə çıxaraq avtomatla atəş açdığını gördüm. O, həm də çığıra-çığıra bizə tərəf nəsə deyirdi. 1 dəqiqə müşahidə etdim, çünki profil dayanmışdı, yaralamaq istəmirdim. Bu an tam mənə tərəf döndü, məsafə də 120 metr idi. Ürəyini nişan alıb atəş açdım. Güllə dəyən kimi postun üstünə düşdü, tərpənmədi. Öldüyündən əmin deyildim. 20 dəqiqə qoymadım ki, kimsə yaxınlaşa, ətrafına atəş açırdım. Bu an mənim yaxınlığıma da bir 7/62 mərmi düşdü. Bildim ki, onlar da posta snayper çıxarıblar, dərhal yerimi dəyişdim, bundan sonra sakitləşdilər.

Axşam komandir xəbərlərdə oxudu ki, Azərbaycanın işğal altındakı rayonlarında müqavilə ilə hərbi xidmət keçən 33 yaşlı Akop Qriqoriyan gəbərib. Həmin gün bayram edirdim. Sabahı gün təşəkkürün ardı-arası kəsilmirdi. Hərbi hissə komandiri isə 7 gün növbədənkənar məzuniyyət verdi və ailəmə təşəkkür məktubu ünvanladı.

- Bəs zabiti necə oldu ki, vurdun? Rütbəsi nə idi?

- Düşmən tərəfi Çaylı kəndini tez-tez atəşə tutur, dinc sakinləri hədəf alırdı. Nədənsə həftənin beşinci günü onlar mövqelərə yox, kənd istiqamətində atəş açırdılar. Avqustun 15-i yenə başladılar, biz də tapşırıq aldıq ki, güllə atılan bütün postları susduraq. Bir neçə snayper fərqli istiqamətlərdə fərqli postlara çıxdıq. Mən adətim üzrə təmkinlə müşahidə aparırdım. Bir də gördüm ki, onlar tərəfdə bir nəfər hündür, kök bir adam başını çıxararaq istiqmət verir, sonra isə yenidən aşağı əyilir. Burada artıq bütün ümidlərim puç oldu ki, vura bilməyəcəm.
Изображение
Məsafə bir az uzaq, hava isə artıq qaralmaq üzrə idi. Bir də bu erməni komandiri atəş aça-aça əsgərlərə başa salmağa başladı ki, bu istiqamətlərə atəş açsınlar. Növbəti dəfə ayağa qalxanda mən atəş açdım. Papağı göyə qalxdı özü də düşdü səngərə. Yenə məyus oldum ki, vura bilmədim, güllə papağa dəydi. Bir müddətdən sonra susdular. Onların təkər postunu da uşaqlar darmadağın etdilər, kor peşman bölüyün dayaq məntəqəsinə qayıtdım. Bir azdan əsgər komandirə məruzə etdi ki, filan posta erməninin təcili tibbi yardım avtomobili gəldi. Yenə də heç nə demədim, amma içimdə qığılcım yarandı ki, bu, mən atdığım postdur, bəlkə də, vurmuşam, nə bilim... Bir saat keçmişdi ki, komandir yüksək səslə çağırdı, Süleymanov yanıma gəlsin! Komandirin otağına necə girdimsə, bircə Allah bilir. Gördüm kefsiz halda oturub, dedi ki, “Süleymanov filan postdan sən atırdın?” Utana-utana dedim ki, bəli, komandir. Dedi ki, heyif, “mən də sənə ümidlənirdim. Birini vurdun, daha arxayın düşdün”. Mən daha da pis oldum. Amma sən demə komandirim bilirmiş ki, vurmuşam, özü də iki qaşının arasından.

Axşamüstü yeməyə getdik, yeməkxananın qabağında komandir məni sıradan çıxardı. Şəxsi heyət yeməyə qalxdı, bir az söhbət etdik. Dedi ki, Süleymanov gərək, vətənin çörəyini yeyəndə də özünü o tikəyə layiq biləsən, eynən sənin kimi. Sözü ikibaşlı çıxdı deyə, yenə tutuldum. Bir də yeməkxanaya girəndə gördüm ki, bütün bölük bir səslə üç dəfə “Süleymanov, əhsən” dedilər. Sən demə bütün hərbi hissə bilirmiş ki, erməni kapitanını vurmuşam. Bundan sonra da yenə təşəkkür və yüksək komandanlıqdan layiqli mükafatımı aldım.

- Bu gün orduda olsan yenə snayper olarsan?

- Əlbəttə, müzakirəsiz. Sadəcə bircə gün lazımdır ki, silaha uyğunlaşam, başqa heç nə. Hə, bir də əmr lazımdır ki, “Nividimka” gəlsin. 8 il keçsə də, mən yenə də hər şeyə hazıram.

- Hazırda təkər təmir edirsən... Bu peşəni özün seçdin?

- Mən uşaq vaxtdan hərbçi, snayper olmaq istəyirdim. Sənədlərimi də verdim, həkim komissiyasından və idman normativlərindən də keçdim. Sonralar məsələ bir az uzandı. Hamı ali təhsil almağımı istəyirdi. Mən də nə hərbçi oldum, nə də ali təhsil aldım. İndi şükür Allaha sənətim var, əl zəhmətimlə beşdən-üçdən qazanıram.

- Müsahibə üçün təşəkkür edirəm!

- Dəyməz, onu da yazarsınız ki, bu işdə də snayper dəqiqliyi lazımdır. (Gülür)

Cümşüd Məmmədov Orduaz

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#16 Сообщение smersh70 » 16 мар 2019, 00:20

Norveç ordusunun snayperi
https://youtu.be/dEGGQ0rebjo

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#17 Сообщение smersh70 » 01 апр 2019, 22:04


Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Qələbənin görünməyən qəhrəmanları – Snayperlər

#18 Сообщение smersh70 » 11 май 2019, 05:33


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#19 Сообщение smersh70 » 04 авг 2019, 00:57


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145751
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10540 раз
Поблагодарили: 15854 раза

Re: Snayperlər. Mif və reallıqlar

#20 Сообщение smersh70 » 05 авг 2019, 22:47


Ответить

Вернуться в «Quru Qoşunları»