TANKLAR

Tank və Zirehli Texnika

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

TANKLAR

#1 Сообщение smersh70 » 20 май 2017, 01:09

Изображение
Belarusun “Beltexeksport” şirkəti, “140 nömrəli zavod” və “Pelenq” ASC-nin birgə modernizə etdiyi T-72BME tankı MİLEX-2017 Beynəlxalq silah və hərbi texnika sərgisində təqdim olunacaq.

Bu barədə “AzeriDefence” Belarus Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Komitənin məlumatında qeyd olunur ki, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılıb. Tank ən son yeniliklərə uyğun olaraq modernizə olunub.

Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılıb. Daha güclü müəhərrik hesabına hərəkət qabiliyyəti yüksəldilib. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilib, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilib.

Tankda aşağıdakı yeniliklər tətbiq edilib:

ESSA-72U kompleks idarə sistemi qurulub. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Hansı ki kompleks günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir.
Tənzimçilər (küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri) dəsti quraşdırılıb. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır.
İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunub.
Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulub.
Tank 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunub.
Tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya quraşdırılıb.
Sürücü mexanik bölməsi müasir infra-qırmızı kameraya sahib olub.
Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generator sahibdir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#2 Сообщение smersh70 » 20 май 2017, 01:10

Изображение
İsrail ordusunun zirehli tank korpusu üçün hazırlanması nəzərdə tutulan “Carmel” tankının ilk dizaynı təqdim olunub.

Bu barədə “AzeriDefence” “İsraelDefense” saytına istinadən məlumat verib.

Yeni tankın zirehli platforması yüngül, daha çevik, fəaliyyəti daha sadə nəzərdə tutulub. Həmçinin sıx yerlərdən hərəkətinin təmin olunması əvvəlkinə nisbətən asanlaşdırılıb. “Carmel”in ekipajı iki nəfərdən ibarətdir. Tankın daxilində qurulan sistem vasitəsilə idarəçilər naviqasiya, uzaq hədəfləri aşkar etmə, müstəqil atəş açmaq və.s imkanlardan istifadə edə biləcəklər.

Tankın platforması müasir müdafiə sistemi ilə qorunacaq. Yeni platforma düşmənin tank və raket qurğularını tam məhv etmə qabiliyyətinə malik olması ilə fərqlənəcək.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#3 Сообщение smersh70 » 20 май 2017, 01:11

Изображение
Xarkov Zirehli Tank Zavodu T-80 (“uçan tank”) tankının növbəti partiyasını orduya təqdim etmək üçün hazırlayıb.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdim olunan T-80 tankının mühərriki yenilənib, elektron avadanlığı, idarəetmə sistemləri, eləcə də tankın ekipaj üzvlərinin təhlükəsizliyi daha da gücləndirilib. “Uçan tank” adlandırılan T-80 tankı 1250 at gücündə mühəəriklə təchiz edilib.
Təkmilləşdirilmiş texnika 70 km/saata qədər sürət yığa bilir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#4 Сообщение smersh70 » 27 дек 2017, 12:44

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.
Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.
Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.
Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#5 Сообщение smersh70 » 11 апр 2018, 16:51

“Ən yaxşı tank heyəti”

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarış keçirilib.
Yarışların düzgün və şəffaf keçirilməsi üçün yuxarı komandanlıq tərəfindən hakim heyəti təyin olunmuşdu. Yarışlar bitdikdən sonra baş hakim polkovnik-leytenant Faiq Əliyevdən yarışların nəticələri barədə fikirlərini öyrəndik: "Yarışlar yüksək səviyyədə keçdi. Heyətlər hər dairədə maneə və manevr sahələrini, mina sahəsinin zəncirvarı keçidini, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edərək, hər atış mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə hədəflərini məhv etdilər. Bütün heyət verilən tapşırıqları vaxtında və normativə uyğun olaraq icra etdi. Tankçılarımız istər yarışlarda, istərsə də təlimlərdə hər zaman döyüş hazırlıqlarının yüksək səviyyədə olması ilə fərqlənirlər. Məlumdur ki, “Beynəlxalq Ordu Oyunları”nda da tankçılarımız ölkəmizi lazımi səviyyədə təmsil ediblər. Onlar bu gün də öz bilik və bacarıqlarını ortaya qoyaraq "Ən yaxşı tank heyəti" adını qazanmağa çalışdılar. Burada iştirak edən hər bir heyət bizim üçün qalibdir. Çünki onların bir çoxu xalqımıza aprel zəfərini yaşadıblar və hər an Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə tam hazırdırlar.”
Zəhmətlə, mübarizəylə başa gələn qalibiyyət həmişə sevincli olur. Bugünkü yarışın qalibləri də sevinclidir. Bu sevinci onların gözlərindəki parıltıdan da sezmək olur. Sevinclərini bölüşmək məqsədilə ilk olaraq tank komandiri gizir Səməd Aslanovla həmsöhbət oldum. Müsahibim Bərdə şəhərindəndir və xeyli müddətdir ki, ordu sıralarında qulluq edir.
Изображение
"Belə yarışlarda çətin vəzifələrdən biri də tankı idarə etməkdir," - deyə gizir Asəf Əsgərov söhbətə başladı. - Düz yolda maşını idarə etməyi hər kəs bacarır. Amma təlim meydançasında xüsusi hazırlanmış maneələri, dirsəkli körpüləri, mina sahələrini dəf edərək texnikanı idarə etmək isə xüsusi bacarıq tələb edir. Əgər yarışda etdiyin səhvi döyüşdə etsən, onda həm özünü, həm də yoldaşlarını təhlükəyə ata bilərsən. Onun üçün də diqqətli olmalı, maneələri cəld və düzgün keçməyi bacarmalısan. Bizim heyət qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirmək üçün əlindən gələni etdi və "Ən yaxşı tank heyəti" adına layiq görüldü. İnanırıq ki, bu ad uğrunda apardığımız mübarizəni gələcəkdə Ali Baş Komandanın başçılığı altında torpaqlarımızın azad olunması uğrunda aparacağıq. "
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səddam Rəhimli də qalib heyətin üzvü olduğu üçün sevinc hissi yaşayırdı. "Bu gün mənim yaddaşımda silinməz izlər, xatirələr buraxdı. Sevinirəm ki, çəkdiyimiz əziyyətlər nəticəsiz qalmadı. Hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Yarışda məhv etdiyimiz hər bir hədəfi real düşmən əsgəri, düşmən texnikası hesab edib atəş açırdıq. Çətin məqamlar da oldu. Buna baxmayaraq, hamımız əzmkarlıq göstərərək yarışın qalibi olduq. Ancaq bu bizi rahatlaşdırmır. Öz üzərimizdə yenə də daha çox çalışmalıyıq. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır. Hər an Ali Baş Komandanın döyüş əmrinə hazır olmalıyıq."
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#6 Сообщение smersh70 » 21 апр 2018, 23:25


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#7 Сообщение smersh70 » 18 сен 2018, 14:40

[/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#8 Сообщение smersh70 » 05 дек 2018, 22:31

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#9 Сообщение smersh70 » 14 янв 2019, 01:56

2018 ilin göstəricilərinə əsasən Azərbaycan ordusunun Tank gücü və sayı
https://www.facebook.com/100016851438125/videos/387183028520075/

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: TANKLAR

#10 Сообщение smersh70 » 07 фев 2019, 23:20

[youtube][/youtube]

Ответить

Вернуться в «Zirehli Tank Qoşunları»