Haubitsalar- Adi və Özüyeriyən

Artilleriya və Artilleriya qurğuları

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Haubitsalar- Adi və Özüyeriyən

#1 Сообщение smersh70 » 19 апр 2017, 22:56

Haubitsa (almanca Haubitze, çexcə houfnice, ilkin mənası - daş atmaq üçün silah (sapand)) - açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Atəş məsafəsi 17 km-dəkdir. Haubitsanın lüləsi topa nisbətən qısadır (20-30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#2 Сообщение smersh70 » 19 апр 2017, 22:57


T-155 "Fırtına obuslerinin Azerbaycana satilamamasi engeli aradan kakliyor.

Ukroboronprom "Devlet Konserninin Türkiye temsilcisi olan" Delta Defence "şirketi 155 mm / 52 kalibre T-155" Fırtına "özüyeriyən haubitsalarının donatılması için 1050 beygir gücüne sahip 5TDFMA-1 dizel aracınızı ve otomatik transmissiyadan oluşan alternatif güç paketini Mart ayında sundu.

"Delta Defence" şirketinin Genel Müdürü Serdar Özyurt MKE Genel Müdürü ve personeli ile gerçekleştirdiği toplantıda ellerinde mevcut olan 5TDFMA-1 motorunun üzerinde yapılacak bazı değişikliklerle "Fırtına" obuslerinin uyumlu hale getirilebilir olabileceğini ve bununla obuslerin disa ihracatinin tüm engellerin ortadan kalkacağını belirtti.

Fırtına "osuleri için önerilen alternatif güç paketi belirtildiği gibi 5TDFMA-1 dizel motor ve 7 ileri, bir geri ötürmeli otomatik transmissiyadan oluşur. 1050 beygir gücüne sahip 5TDFMA-1 dizel aracınızı 5 silindirli, 2 etaplı, yana eğimli, turboşarjlı, direkt hava soğutmalı mühərrikdir. Mühərriyin esas avantajı +55 ° C sıcakta ve deniz seviyesinden yükseklikte tam gücünü kaybetmeden çalışa bilmesidir. 5TDFMA-1 motorunu genişliği 581 mm, yüksekliği 955 mm, uzunluğu 1413 mm, yakıt tüketimi 165 gram / at saat olarak gösterilir. Önerilen otomatik şanzıman motor üzerine kurulmuş halde üretilir. Bunun sonucunda ayrı motor-şanzıman entegrasyonuna ihtiyaç duyulmuyor. Önerilen güç paketi 45 ton ağırlığında askeri tekniği 65 km / saat hızla 500 km mesafeye taşıyabileceği üretici tarafından belirtildi.
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#3 Сообщение smersh70 » 25 май 2017, 23:19

Azərbaycan Quru Qoşunlarının malik olduğu raket-artileriya sistemləri
Raket sistemi

Toçka-U 150 km 12 ədəd
Reaktiv yaylım atəş sistemləri
BM-30 Smerç 300mm-lik 30 ədəd
T-122 122mm-lik 44 ədəd
T-300 Qasırğa 300mm-lik 18 ədəd
LAR-160 160mm-lik 30 ədəd
Lynx/Extra 300mm-lik 6 50 ədəd "Extra" raketi BM-21 Qrad 122mm-lik 63 ədəd
TOS-1 220mm-lik 18 ədəd
T-107 Boran 107mm-lik 30 ədəd
Özüyeriyən artileriya sistemləri
2S9 Nona-S 120mm-lik 26 ədəd
2S31 Vena 120mm-lik 18 ədəd
2S1 Qvozdika 122mm-lik 54 ədəd
2S3 Akatsiya 152mm-lik 16 ədəd
2S19 Msta-S 152mm-lik 18 ədəd
2S7 Pion 203mm-lik 24 ədəd
Soltam Cardom 120mm-lik 50 ədəd
Çəkilən artileriya sistemləri
D-30 122mm-lik 80 ədəd
D-20 152mm-lik 30 ədəd
M-46 130mm-lik 36 ədəd
Msta-B 152mm-lik 30 ədəd
2A36 Giasint B 152mm-lik 32 ədəd
D-44 85mm-lik 72 ədəd
MT-12 Rapira 100mm-lik 72 ədəd
Minaatanlar
Soltam Cardom 120mm-lik 50 ədəd
Sani 120mm-lik 50 ədəd
Vasilyok 120mm-lik 50 ədəd
Digər minaatan sistemləri
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#4 Сообщение smersh70 » 02 июл 2017, 18:38

Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#5 Сообщение smersh70 » 26 сен 2017, 00:27


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#6 Сообщение smersh70 » 12 окт 2017, 19:28


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#7 Сообщение smersh70 » 20 дек 2017, 21:58

Изображение
“Ən yaxşı artilleriya divizionu”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrdə "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib. Yarışların əsas məqsədi şəxsi heyətin döyüş ustalığını artırmaqla yanaşı, ixtisas, taktiki, atəş və fiziki hazırlığını, nəzəri və praktiki vərdişlərini, döyüş zamanı onların uzlaşma və idarəetmə qabiliyyətlərini formalaşdırmaqdır.
"Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışın nəticələrini öyrənmək və şəxsi heyətin təəssüratlarını bölüşmək məqsədilə hərbi hissələrimizdən birində olduq. Burada kapitan Azad Cəfərov bildirdi ki, yarış fərqli məkanlarda ayrı-ayrı ixtisaslar üzrə divizionlar və bölmələr arasında keçirilib.
"Ölkə rəhbərliyi tərəfindən orduya göstərilən diqqət və qayğı, qoşunlarımızın maddi-texniki təminatı döyüş hazırlığının daha da yüksəldilməsinə səbəb olub. Şəxsi heyətimizin çəkdiyi zəhmətin nəticəsidir ki, şəxsi heyətimiz "Silahlı Qüvvələrin ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışda ən yüksək nəticə əldə edib."
Öyrənirik ki, yarış üç mərhəldə həyata keçirilib. İlk olaraq divizionun zabit heyəti kompüterli artilleriya sinfində toplanır. Divizion komandiri atəşin idarə edilməsi üzrə yarışın başlandığını elan edir. Zabit heyəti məruzəni qəbul etdikdən sonra, onların nəzəri bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə imtahan biletləri paylanır və bilik səviyyələri yoxlanılır.
- Şəxsi heyətimizin yarışda qalib olması təsadüfi deyil, -deyə kapitan Rəşad Məmmədov bizimlə söhbətə başlayır. Bir zabit, bir vətəndaş kimi 20 faiz torpaqlarımızın işğalda olması, dövlətimizin ərazi bütövlüyünün pozulması ilə barışa bilmərik. Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Ona görə də yüksək səviyyədə hazırlıqlı olmağımız vacibdir.
Baş leytenant Məmməd Məmmədov söhbətə müdaxilə edərək bildirdi ki, divizonumuzda xidmət edən zabitlərin əksəriyyəti ali hərbi təhsili fərqlənmə ilə bitirən zabitlərdir. bacarıqlarını ortaya qoymağı bacardılar və bu il keçirilən yarışın birincisi oldular. Hər zaman şəxsi heyətimizin döyüş ustalığının artırılması üçün əlimizdən gələni əsirgəmirik. Növbəti yarışlarda da birinci olmağa iddialıyıq.
Kapitan Rüstəm Muradov isə bildirdi ki, yarışın qalibi olmaq üçün döyüş hazırlığı ilə paralel, şəxsi heyətin mənəvi-psixoloji durumu da diqqətdə saxlanılır. Yüksək mənəvi dəəyərlər ruhunda formalaşdırılan şəxsi heyət Vətəni qorumağa qadirdi.
Şəxsi heyətə sıra baxışının keçirilməsi və tədris-material bazasının yoxlanılması ilə ikinci mərhələ başlayır. Bunun üçün divizionun texnikası atəş mövqeyi rayonundan bir qədər kənarda kolona düzülür, şəxsi heyət sıraya cəlb edilir və tədris-material bazası təqdim olunur. Tədris-material bazası, şəxsi heyətin ekipirovkası yoxlanıldıqdan və qeydlər aparıldıqdan sonra özüyeriyən artilleriya divizion komandirinin marş əmri şəxsi heyətə çatdırılır və hər kəs təhlükəsizlik qaydaları ilə təlimatlandırılır. Müvafiq sənədlər yoxlandıqdan sonra divizion komandiri tərəfindən atəş mövqeyi və komanda müşahidə məntəqələri rayonlarına çıxmağa icazə verilir. Marşın həyata keçirilməsi və saxlancdan döyüş tapşırığı yerinə yetiriləcək rayona hərəkət etmək üçün şəxsi heyət düzülür. Divizion komandiri tərəfindən "daimi dislokasiya mövqeyini tərk etməyə başlayın" komandasını alan şəxsi heyət maşınlarda öz yerini tutur. Kapitan Azad Cəfərov bildirir ki, ilk növbədə əsas diqqət əvvəlcədən hazırlanan atəş mövqeyinin və komanda müşahidə məntəqələrinin vaxtında və dəqiq şəkildə tutulmasına, fərdi və qrup normativlərinin yerinə yetirilməsinə yönəlir.
"Döyüşə!" komandası ilə marşın icra olunması prosesi başlanır. Bu komandadan sonra şəxsi heyət atəş mövqeyində və komanda müşahidə məntəqəsində öz yerini tutur.
Hər bir heyət dərhal əmri yerinə yetirməyə başlayır və müasir özüyeriyən qurğu bir neçə saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Qurğunun komandiri dərhal bayrağı qaldırıb heyətin döyüşə hazır olduğunu bildirir.
- Bundan sonra planlı hədəflərə atəş tapşırıqları yerinə yetiriləcək", - deyə baş leytenant İgid Məmmədov söhbətə başlayır. Şəxsi heyət divizion komandirinin planlı hədəflərə atəş tapşırıqlarının yerinə yetirilməsi əmrini gözləyir. Bu əmr yerinə yetirildikdən sonra üç atəş tapşırığı ilə plandankənar hədəflərə də atəş tapşırığı yerinə yetiriləcək.
Изображение
- Zabitlə birlikdə atəş tapşırıqlarının yerinə yetirilməsi prosesini izləyirik.
- Gördüyünüz nailiyyət məşğələlərdə ixtisas, taktiki və atış bacarıqlarını daim artırmağımızın nəticəsidir - deyə baş leytenant söhbətə davam edir. Bu məşğələlərdə texnikanın taktiki-texniki xüsusiyyətlərini öyrənir, təcrübəmizi daha da artırırıq. Gördüyünüz texnika ən müasir texnologiya ilə, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilib. Hazırlıqlı olmayan, texnikanı mükəmməl bilməyən əsgərlə nailiyyət əldə oluna bilməz. Vətəni qorumağın şərəfli peşə sayıldığını, dövlətimizə xidmət etməyin müqəddəs borc olduğunu bilən əsgərlərimizin düşmənə nifrəti böyükdür.
Gizir Vüsal Yunisov da söhbətimizə qoşularaq bildirir ki, istənilən hərbi qulluqçu ümumi uğurumuz naminə bilik və bacarığını əsirgəmir. "Özünüz də gördünüz ki, vahid mexanizm kimi hərəkət etməyimizin, əldə etdiyimiz biliklərin sayəsində nəzərdə tutulan normativləri vaxtında və yüksək dəqiqliklə həyata keçiririk. Bu yarışlar və təlimlər imkan verir ki, Azərbaycan əsgəri özünü əsl döyüş meydanında hiss etsin. Belə yarışlar həm də şəxsi heyətə özünəinam aşılayır. Hamı başa düşür ki, təlim meydanında çəkilən zəhmət döyüş meydanında qələbəyə nail olmağa imkan yaradır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsən Qarayev isə bildirdi ki, təlimdə ötən ilin aprel döyüşlərində oğullarımızın nümayiş etdirdiyi qəhrəmanlıqları bir daha təkrar etmək, xalqımızı sevincə qərq etmək, bayrağımızı doğma torpaqlarımızda dalğalandırmaq istəyindəyik. "Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusunun gücü, qüdrəti, şəxsi heyətimizin peşəkarlığı ən yüksək səviyyədədir. Bu gün ordumuzda olan yüksək peşəkarlıq, ciddi nizam-intizam, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, doğrudan da ordumuzun yeni zəfərlər qazanacağına təminatdır."
Füzuli rayonundan hərbi xidmətə çağırılan əsgər İxtiyar İsayev söhbət zamanı Azərbaycan Ordusunda xidmət etdiyindən və xalqımıza məxsus hərbi ənənələri şərəflə davam etdirdiyindən qürur duyduğunu bildirdi. "Artilleriya haqqında, xüsusilə müasir tələblərə cavab verən özüyeriyən qurğu haqqında heç bir anlayışım yox idi. İndi isə təcrübəli zabitlərimizin, gizirlərimizin və əsgərlərimizin sayəsində sərbəst şəkildə hədəfləri müəyyən etməyi və düşməni atəş altında saxlamağı bacarırıq."
- Bu gün əlimizdə olan müasir texnikaların köməyi ilə düşməni tamamilə məhv etməyə qadirik", - deyə əsgər Kənan Talıblı da öz fikirlərini bölüşür. 15 aylıq xidmətim hədər getməyib. İndi isə yeni gələn əsgərlərin öyrədilməsində yardımçı olmağa çalışırıq. Bilirik ki, Azərbaycan əsgəri istənilən döyüş məqamına hazır olmalıdı. Biz həmin döyüş anını yaşamağa hər zaman hazırıq.
Əsgər Fərrux Rzayev isə dostunun söhbətini yarımçıq qoyub bildirdi ki, ancaq bir məsələ haqqında düşünürük: "Gözlədiyimiz döyüş məqamı nə vaxt gəlib çatacaq. Nə vaxt bu texnikanın köməyi ilə haqqımız, halalımız olan o torpaqlara ayaq basacağıq.
Qısa fasilədən sonra komanda müşahidə məntəqələrinin yerdəyişməsi prosesi başlayır. Bu zaman maskalanma və gizli fəaliyyət qaydalarına da əməl olunur. Atəş tapşırığı yerinə yetirilir. Bununla paralel olaraq kəşfiyyatın təşkili prosesi də aparılır və s.
Bu mərhələnin sonunda idarəetməni batareya komandirlərindən birinə ötürməklə atəş tapşırığının yerinə yetirilməsi prosesini izləyirik. Kapitan Azad Cəfərov bildirir ki, bu mərhələnin əsas məqsədi düşmənin əks-həmlələrinin qarşısını vaxtında almaqdır.
Sonuncu mərhələdə divizion komandiri yarışın başa çatması, atəş mövqelərinin və komanda müşahidə məntəqələrinin yığışması və təyin olunmuş yerdə şəxsi heyətin düzülməsi barədə komanda verir. Divizionun şəxsi heyəti atəş mövqelərini və komanda müşahidə məntəqələrini tərk edərək, sıraya düzüldükdən sonra yarışa yekun vurulur.

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#8 Сообщение smersh70 » 07 фев 2018, 14:46

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.
Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.
Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#9 Сообщение smersh70 » 13 мар 2018, 00:23

САУ ДАНА М1М
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 153788
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11820 раз
Поблагодарили: 16492 раза

Re: Haubitsalar- Adi və Özüyeriyən

#10 Сообщение smersh70 » 14 мар 2018, 23:48

Изображение
Изображение
Изображение
Изображение


Ответить

Вернуться в «Artilleriya»