Dövlət Sərhəd Xidməti

Din,MTN,FHN,SQ və başqa

Модератор: Nazim Bayram

Автор
Сообщение
GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Dövlət Sərhəd Xidməti

#1 Сообщение GuneyAz » 24 апр 2012, 02:02

ИзображениеTəlimlərə 1200 hərbçi, 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunub


Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində genişmiqyaslı taktik təlimlər keçirilib. Bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 12-də başlayan təlim bu gün yekunlaşıb. «Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması» mövzusunda döyüş atəşi ilə keçirilən taktik təlimlərə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, itisürətli kater və qayıqları, helikopterləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin helikopterləri və yanğınsöndürmə gəmiləri cəlb olunub.

DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qüvvə və vasitələrə sıra baxışının keçirilməsi ilə başlanmış təlimlər 3 mərhələdə keçirilib. Təlimlərdə 9 taktiki epizod müvəffəqiyyətlə icra edilib. DSX Sahil Mühafizəsinin, Aviasiya Dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epizodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Şərti düşmənin terror-təxribat qrupunu dəstəkləyən hava hədəfi «İqla» tipli daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edilib. Sonra təyin edilmiş rayonda helikopterlər və gəmilər birgə sərhəd axtarışı keçirib, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilib.

Digər epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsi ilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunub.

Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı FHN-in gəmi və helikopterləri tərəfindən alınıb, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyəsi aparılıb.

Təlimdə zenit artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları keçirilib.

Ümumilikdə 1200 hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunub.

Təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirilib. Qarşıya qoyulmuş vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycana məxsus bölməsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı DSX və FHN bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
Изображение

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Dövlət Sərhəd Xidməti

#2 Сообщение GuneyAz » 24 апр 2012, 02:09

Video roliki

"
http://dsx.gov.az/videoqalereya"

Fotki
http://photo.trend.a...6930/74485.html" onclick="window.open(this.href);return false;
http://www.skyscrape...=909164&page=36" onclick="window.open(this.href);return false;
http://az.apa.az/album.php?id=257767" onclick="window.open(this.href);return false;
http://az.apa.az/album.php?id=257607" onclick="window.open(this.href);return false;
http://dsx.gov.az/fotoqalereya" onclick="window.open(this.href);return false;

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Dövlət Sərhəd Xidməti

#3 Сообщение GuneyAz » 24 апр 2012, 02:20

Azərbaycan DSX-nın Aviasiya dəstəsinin silahlanmasına qəbul edilən helikopterlər ilk hava uçuşu edib

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya dəstəsinin silahlanmaya qəbul edilən “Mi-35 M” tipli helikopterləri ilk hava uçuşu edib.

APA-nın xəbərinə görə, DSX hərbi aerodromumda keçirilən uçuşda 1 ədəd “Mi-35 M” tipli helikopter havada müxtəlif manevrlər sərgiləyib, çətin pilotaj nümunələri icra edib.

Helikopterin uçuşunu baş nazirin birinci müavini Yaqub Eyyubov, DSX rəisi Elçin Quliyev və digər şəxslər izləyiblər.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarına ilk dəfə qəbul edilmiş bu helikopterlərin nümunəvi uçuşları yüksək qiymətləndirilib.

Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.

http://az.apa.az/news.php?id=257780" onclick="window.open(this.href);return false;
Последний раз редактировалось GuneyAz 24 апр 2012, 02:20, всего редактировалось 1 раз.

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Dövlət Sərhəd Xidməti

#4 Сообщение GuneyAz » 24 апр 2012, 02:20

Azərbaycan DSX-nin yeni aldığı helikopterlərin, zirehli transportyorların və silahların döyüş sıralarına qəbulu keçirilib

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) aldığı yeni helikopterlərin, zirehli transportyorların və silahların döyüş sıralarına qəbulu keçirilib.

APA-nın xəbərinə görə, 8 ədəd “Mi-35 M”, 4 ədəd “Mi-17 V1” və “Mi-8” tipli bir helikopter DSX-nın Aviasiya dəstəsinin sıralarına qəbul olunub.

Həmçinin Türkiyədən satın alınmış “Cobra”, ZPT və “Land-ROVERdefender” tipli zirehli personal daşıyıcıları, “İqla S” tipli portativ zenit raketi, “Skif” tipli tank əleyhinə idarə olunan raket də Sərhəd Qoşunlarının silahlanmasına qəbul edilib.

DSX rəisi, general-leytenant Elçin Quliyev yeni silah və texnikalara baxış keçirib.

Silah və texnikaların texniki-taktiki xüsusiyyətləri barədə generala məlumat verilib.

zeynal74
партизан
Сообщения: 6111
Зарегистрирован: 28 янв 2012, 14:04

Благодарил (а): 75 раз
Поблагодарили: 528 раз

Re: Xəzərdə genişmiqyaslı təlimlər keçirib 2012

#5 Сообщение zeynal74 » 24 апр 2012, 18:43

Bizimkilər real olataq poqranslujba adı altında bir ayrı ordu qurublar.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2509
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 751 раз
Поблагодарили: 1098 раз

Dövlət Sərhəd Xidməti

#6 Сообщение Ifti » 08 окт 2012, 11:58

Zeynal, sözünüzə qüvvət. Deyirik 3-cü eşelon, amma belə 3-cü eşelon heç də pis görünmür. Mobillik var, ehtiyata buraxılanlar da ki, demək olar ki, 70-80 faizi dağlarda qulluq ediblər.

Fotolardakı texnika göz oxşayır.
http://azeridefence.com/news.php?id=7708" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2509
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 751 раз
Поблагодарили: 1098 раз

Dövlət Sərhəd Xidməti

#7 Сообщение Ifti » 08 окт 2012, 12:44

http://president.az/articles/6368/images" onclick="window.open(this.href);return false;
тут качественный фоторепортаж (фотки приличного размера).

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145760
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10545 раз
Поблагодарили: 15855 раз

Dövlət Sərhəd Xidməti

#8 Сообщение smersh70 » 01 май 2017, 00:20


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145760
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10545 раз
Поблагодарили: 15855 раз

Re: Dövlət Sərhəd Xidməti

#9 Сообщение smersh70 » 01 май 2017, 23:26

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Изображение
Ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları” və “Formula I” yarışları ərəfəsində, həmçinin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezidenti İlham Əliyevin 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145760
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10545 раз
Поблагодарили: 15855 раз

Re: Dövlət Sərhəd Xidməti

#10 Сообщение smersh70 » 10 май 2017, 19:09

Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inşa edilmiş inzibati binası
Изображение
Изображение
Изображение
Ə bu qədər də general olar bi balaca xidmətdə :? :shock: :o :evil: 15 nəfər :think:
Изображение
Изображение
Изображение

Ответить

Вернуться в «Güc strukturları qoşunları»